Aida İmanquliyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aida İmanquliyeva
Aida Nəsir qızı İmanquliyeva
Doğum tarixi 10 oktyabr 1939(1939-10-10)
Doğum yeri
Vəfat tarixi 19 sentyabr 1992(1992-09-19) (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
Uşaqları
Atası Nəsir İmanquliyev
Elm sahələri şərqşünaslıq, ədəbiyyatşünas, tərcüməçi
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Ələsgər Məmmədov

Aida Nəsir qızı İmanquliyeva (10 oktyabr 1939, Bakı19 sentyabr 1992, Bakı) — şərqşünas,[1] ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987).

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir.

Elmi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışmışdır. 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərmişdir. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır.1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir. A. İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

  1. Cübran Xəlil Cübran (həyatı və yaradıcılığı)
  2. Qələmlər birliyi və Mixail Nüaymə
  3. Yeni ərəb ədəbiyyatının korifeyləri

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ərəbcədən)

  • İnsan və quş (hekayələr)
  • Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr)

Aida İmanquliyeva (film, 2018)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]