Airbus A220

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Airbus A220
Airbus A220
Airbus A220-300
Airbus A220-300
Tipi İki mühərrikli dar füzelyajlı sərnişin təyyarəsi
İstehsalçı
İlk uçuş 16 sentyabr 2013
İstismara verilmə tarixi 15 iyul 2016
Status istifadə edilir, istismar olunur
İstismarçılar
Buraxılış sayı

57 (31 yanvar 2017)[1]
(A220-100 - 12 ədəd,

A220-300 - 45 ədəd)
Hazırlanma dəyəri 4,4 milyard ABŞ dolları[2]
Vahidinin qiyməti

A220-100: 76,5 milyon ABŞ dolları[3];

A220-300: 85,7 milyon ABŞ dolları
Variantları

Airbus A220-100 (A220-100ER);

Airbus A220-300 (A220-300ER)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Airbus A220, həmçinin əvvəllər Bombardier CSeries (və ya C Series) kimi tanınan — Bombardier Aerospace şirkəti tərəfindən istehsal olunan, iki mühərrikli dar füzelyajlı reaktiv sərnişin təyyarələr ailəsi. 2017-ci ilin oktyabrında Airbus şirkəti tərəfindən C Series proqramının 50,01% aksiyalar paketini əldə etdi, müqavilə (razılaşma) 2018-ci ilin iyulunda tamamlandı. Bombardier Aerospace-də aksiyaların 31%, Investissement Québec-də isə - 19% qaldı.
Hal-hazırda 108-130 yerlik A220-100 (əvvəllər CS100) və 130-160 yerlik A220-300 (əvvəllər CS300) təyyarə növləri ilə təmsil olunur.

İlk uçuş 2012-ci ilin ikinci yarısına planlaşdırılmışdır, lakin, sonra 2013-cü ilin iyun ayına keçirilmişdir. Nəticə etibarı ilə Bombardier CS100-ün ilk uçuşu 16 sentyabr 2013-cü ildə baş tutdu[4][5][6][7]. İstismarçıya ilk çatdırılma 2014-cü ilin sonuna planlaşdırılmışdır, lakin sonra 2015-ci ilin ikinci yarısına keçirilmişdir[8].
18 dekabr 2015-ci ildə CS100 Transport Canada sertifikatını almış və 15 iyul 2016-cı ildən Swiss International Air Lines tərəfindən istismar olunur. 130-160 yerlik CS300 ilk uçuşu 27 fevral 2015-ci ildə baş tutub[9] və 14 dekabr 2016-cı ildən AirBaltic tərəfindən istismar olunur[10][11][12][13].
1 iyul 2018-ci ildən, Airbus şirkəti tərəfindən C Series proqramının idarə aksiyalar paketinin alınması ilə əlaqədar olaraq, seriya Airbus A220 adlandırıldı[14][15][16].

Analoq təyyarələr

[redaktə | mənbəni redaktə et]

Əsas texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Airbus A220-100[17][18]:

CS100 CS100ER
Ölçüləri
Uzunluğu (m) 34,9 34,9
Qanadların kənar nöqtələri arasındakı məsafə (m) 35,1 35,1
Hündürlüyü (m) 11,5 11,5
Qanadın sahəsi (m2) 112,3 112,3
Çəkisi
Uçub qalxma zamanı maksimal kütlə (kq) 54 930 58 150
Uçub enmə zamanı maksimal kütlə (kq) 50 580 50 580
Uçuş məlumatları
Maksimum ağırlıq zamanı uçuş uzaqlığı (km) 4 000 5 460
Kreyser sürəti (km/saat) 870 870
Maksimum uçuş hündürlüyü (m) 12 500 12 500
Mühərriklər PW1500G, 2x9550 kqg PW1500G, 2x10600 kqg
Sərnişin salonu
Oturacaqların sayı (ekonom sinif) 110-125 110-125
Oturacaqların sayı (ekonom/biznes) 99-108 99-108
Oturacaqlar arası məsafə (ekonom sinif) (sm) 76-81 76-81
Salonun eni (m) 3,27 3,27
Salonun hündürlüyü (m) 2,13 2,13
Oturacaqların eni (ekonom sinif) (m) 0,48 0,48

Airbus A220-300[19][20]:

CS300 CS300ER
Ölçüləri
Uzunluğu (m) 38,0 38,0
Qanadların kənar nöqtələri arasındakı məsafə (m) 35,1 35,1
Hündürlüyü (m) 11,5 11,5
Qanadın sahəsi (m2) 112,3 112,3
Çəkisi
Uçub qalxma zamanı maksimal kütlə (kq) 59 560 63 100
Uçub enmə zamanı maksimal kütlə (kq) 55 340 55 340
Uçuş məlumatları
Maksimum ağırlıq zamanı uçuş uzaqlığı (km) 4 000 5 460
Kreyser sürəti (km/saat) 870 870
Maksimum uçuş hündürlüyü (m) 12 500 12 500
Mühərriklər PW1500G, 2x9550 kqg PW1500G, 2x10600 kqg
Sərnişin salonu
Oturacaqların sayı (ekonom sinif) 130-150 130-150
Oturacaqların sayı (ekonom/biznes) 120-130 120-130
Oturacaqlar arası məsafə (ekonom sinif) (sm) 76-81 76-81
Salonun eni (m) 3,27 3,27
Salonun hündürlüyü (m) 2,13 2,13
Oturacaqların eni (ekonom sinif) (m) 0,48 0,48
  1. "Airbus: Orders and Deliveries". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  2. "Bombardier's CSeries program costs jump $1 billion". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  3. "Bombardier: Commercial aircraft". 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  4. "Bombardier CS 100". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  5. "Aviation EXplorer: Bombardier C-series". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  6. "Bombardier CS100 выполнил первый тестовый полет". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  7. "Авиационная энциклопедия: Уголок Неба: CS100". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  8. "Bombardier Delays CSeries Again as Debut Moves to 2015". 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  9. "Авиационная энциклопедия: Уголок Неба: CS300". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  10. "Bombardier's CS300 Enters Service with Air Baltic". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  11. "Первый Bombardier CS300 для airBaltic: чего ожидать пассажирам". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  12. "Airbus A220-300". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  13. "Состоялась первая в мире поставка самолета Bombardier CS300". 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  14. "Новые пассажирские самолеты Bombardier C Series поменяли название на Airbus". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  15. "Airbus переименовал самолеты CSeries в A220". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  16. "Новые пассажирские самолеты Bombardier C Series поменяли название на Airbus". 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  17. "Airlines Inform: Airbus A220-100". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  18. "Airbus: A220-100". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  19. "Airlines Inform: Airbus A220-300". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  20. "Airbus: A220-300". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.