Akif İslamzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akif İslamzadə
Akif Qədir oğlu İslamzadə
Ümumi məlumatlar
Doğum tarixi 8 avqust 1948(1948-08-08) (76 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Qədir İslamzadə
Anası Sara Qədimova
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1972–1986
Janr pop musiqisi
Təhsili
Mükafatları "Şöhrət" ordeni — 2023
İmzanın şəkli

Akif Qədir oğlu İslamzadə (8 avqust 1948, Bakı) — Azərbaycan müğənnisi.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.[1]

6 may 2016,[2] 1 may 2017[3] və 9 may 2018-ci ildə[4] Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[5]

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib[6]

120-dən çox mahnının ifaçısıdır.

Bakının Binəqədi rayonuBadamdar qəsəbəsində Akif İslamzadə adına küçələr var.[7]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Akif İslamzadə 2005-ci il parlament seçkilərində Azadlıq Blokundan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 57 saylı Kürdəmir seçki dairəsi üzrə deputatlığa vahid namizəd olmuşdur. 2009-cu ildə o partiyasından istefa vermişdir.[8]

Akif İslamzadə ideoloji baxımdan monarxist olduğunu bildirmişdir. O, bəzi Qərbi Avropa ölkələrində olan konstitusiyalı monarxiya sistemini dəstəklədiyini bildirmiş, referendum vasitəsilə ikipalatı sistemin seçilməsi və nəticədə sadəcə parlament seçkilərinin keçirilməsinin uyğun olduğunu qeyd etmişdir. İslamzadənin fikrinə görə, bununla "daxili çəkişmələrə" ayrılan vaxt "təhsilə, mədəniyyətə, səhiyyəyə" yönələcək.[9] O, monarxiyanı "ən düzgün, özünü doğruldan bir sistem" adlandırmışdır. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[10]

İslamzadə təklif alacağı təqdirdə deputatlığa namizəd olmağı dəyərləndirəcəyini açıqlamışdır.[11]

  1. Qərib cinlər diyarında (film, 1977)
  2. Qayınana (film, 1978)
  3. Nəğməkar torpaq (film, 1981)
  4. Üzeyir ömrü (film, 1981)
  5. Evləri köndələn yar (film, 1982)
  6. Tənha narın nağılı (film, 1984)
  7. Xüsusi vəziyyət (film, 1986)
  8. Pəncərədə işıq (film, 1987)
  1. Akif İslamzadə. Mənim səsim niyə batdı?. "Xəzər" jurnalı. 1995.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  5. President.Az. "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  6. President.az. "A.Q.İslamzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2023-08-14. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  7. "Diksiya Akademiyası". Diksiya Akademiyası. 2023-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  8. "AKİF İSLAMZADƏ AXCP-dən GETMƏSİNƏ AYDINLIQ GƏTİRMƏK İSTƏMƏDİ". musavat.com (az.). 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
  9. "Akif İslamzadə: «Bəlkə Azərbaycanda monarxiya quraq?»". 11 iyl 2011. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25 – www.azadliq.org vasitəsilə.
  10. "Akif İslamzadə: "Kimlərsə namizədlik irəli sürüblər, boş şeylərdir, İlham Əliyevi dəstəkləyirik"". Pravda.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  11. ""Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.