39°05′12″ şm. e. 45°38′25″ ş. u.HGYO

Alməmməd mağarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alməmməd (Ərməmməd) mağarası
Yerləşməsi
39°05′12″ şm. e. 45°38′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
  • Kiçik Qafqaz
Rayon
Alməmməd (Ərməmməd) mağarası xəritədə
Alməmməd (Ərməmməd) mağarası
Alməmməd (Ərməmməd) mağarası

Alməmməd mağarasıCulfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının  mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.[1]

Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.