Amerika Birləşmiş Ştatları İmmiqrasiya və Gömrük Mühafizəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 1 mart 2003
Ştat sayı
  • 19.330 nəf. (2014)
Baş qərargah
Rəsmi saytı ice.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (İngiliscə: United States Immigration and Customs Enforcement, Qısaca ICE) — ABŞ Daxili Təhlükəsizlik Departamentinin tabeliyində fəaliyyət göstərən federal hüquq-mühafizə orqanıdır. Ölkənin sərhəd, iqtisadiyyat, nəqliyyat və infrastruktur təhlükəsizliyini təmin etmək məqsədilə təhdidlərin müəyyən edilməsi, təhqiqatı və mümkün təhlükəsizliyə ola biləcək təhdidlərin aradan qaldırılmasına cavabdehdir.

Agentliyin iki əsas bölməsi mövcuddur: Daxili Təhlükəsizlik Təhqiqatları (Homeland Security Investigations (HSI))Mühafizə və Daşıma Əməliyyatları (Enforcement and Removal Operations (ERO)).

Baş ofisi Vaşinqton şəhərində yerləşir.

ICE, Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən, senatın məsləhəti və razılığı ilə təyin edilən müdir tərəfindən idarə olunur. Birbaşa Daxili Təhlükəsizlik Katibinə hesabat verir.[1][2]ICE, ABŞ-də FTB-dən sonra ədliyyə təhqiqatları həyata keçirən ən böyük ikinci təşkilatdır.[3]

  1. "Leadership: Assistant Secretary John T. Morton". U.S. Immigration and Customs Enforcement. 21 may 2009. 27 may 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2009.
  2. "Leadership". U.S. Immigration and Customs Enforcement. 21 iyun 2014. 7 sentyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2014.
  3. Morton, John T. "Interview". Business of Government Hour. IBM Center for the Business of Government. 22 avqust 2009. 17 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2012.