Aqostinyo Neto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aqostinyo Neto
Antonio Aqostinho Neto
Aqostinyo Neto 1975-ci il
Aqostinyo Neto
1975-ci il
Doğum adı António Agostinho Neto
Doğum tarixi
Doğum yeri Kakikan
Luanda əyaləti
Anqola
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Moskva
SSRİ SSRİ
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi[1]
Dəfn yeri
Təhsili Coimbra Universiteti
İxtisası həkim
Fəaliyyəti siyasətçi, şair, həkim-yazıçı[d], siyasi məhbus
Əsərlərinin dili Portuqal dili
Janr poeziya
Mükafatları "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1977)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[2][3][…]10 sentyabr 1979[3][4][…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.

Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.

Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.

Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-yə gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.

11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökumətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.

Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.

  • Şeirlər, 1961
  • Quru gözlərlə, Şerlər. 1963
  • Müqəddəs ümid, Şerlər. 1968
  • Azadlıq nəğmələri. Şerlər. Aqostinyo Neto. T.Bayram. Yazıçı, Bakı, 1978. 84 səh.[5]
  • 1970 — Beynəlxalq "Lotus" Mükafatı (Asiya Afrika Yazıçılar Birliyi)
  • 1976 — Jolio-Küri adına Qızıl Sülh medalı
  • 1977 — "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı

Antonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.

Anqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.

  1. https://elpais.com/diario/1979/09/12/portada/305935202_850215.html.
  2. António Agostinho Neto // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France Agostinho Neto // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Antonio Agostinho Neto // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. "Elektron Kataloq:Sıra:59720". kitab.az (az.). kitab.icando.ws. 2002–2004. 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]