Arktika ordusu
Arktika ordusu — Kanadanın Şimal qütbündə xidmət edən xüsusi ordusu
Uzun zamandan bəri Şimal qütbü uğrunda Rusiya ilə gərginlik yaşayan Kanada bu istiqamətdə yeni addım atıb. Kanada şimal qütbündə xidmət edəcək xüsusi ordu - "Arktika ordusu" yaradıb.
Kanadanın müdafiə naziri Piter Mak Kay ölkənin şimalındakı sonuncu əyalət olan Şimal-Qərb ərazilərinin paytaxtı Yellounayf şəhərində keçirilən mərasimdə "Arktika ordusu"nun yaradıldığını rəsmi şəkildə açıqlayıb. Nazir hazırda 60 əsgərdən ibarət olan bu ordunun sayının, habelə texnika və digər avadanlıqların artırılacağını, prosesin 2019-cu ilədək davam edəcəyini bəyan edib.
Qeyd edək ki, yeni yaradılan ordu Kanada ordusunun tərkib hissəsi olaraq, şimalda xidmət edəcək. Hazırda isə "Arktika ordusu"nun sayını artırmaq üçün elanla əsgər axtarılır.