40°20′ şm. e. 49°53′ ş. u.HGYO

Bülbülün abidəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bülbül
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Akif Əsgərov
Vəziyyəti əla
Material tunc

Bülbülün abidəsiBakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə.

Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır.[1]

31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.[1]

  1. 1 2 "İlham Əliyev Bakıda görkəmli müğənni Bülbülün abidəsinin açılışında iştirak etmişdir". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 31 oktyabr 2012. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2016.