40°19′ şm. e. 49°52′ ş. u.HGYO

Bakı xan sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakı xan sarayı
Kompleksin Böyük Qala küçəsinə baxan fasadı
Xəritə
40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Bakı xanlığı
Tikilmə tarixi XVII-XVIII əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Sahəsi 20 ha
Vəziyyəti bərpa olunub
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.69, 70, 71, 73
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Sarayın 30 oktyabr 1809-cu ildə həyata keçirilmiş ölçmə işləri nəticəsində hazırlanmış planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı xan sarayı və ya Bakı xanlarının eviİçərişəhərdə yerləşən XVII–XVIII əsrlərə aid saray tipli yaşayış binaları kompleksidir. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır.

Bakı xan sarayının dövümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır.

Bakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış, paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeolji baxımdan öyrənilmişdir. Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır. 2015-ci ildən kompleks ərazisində arxeoloji tədqiqatlar və konservasiya işlərinə başlanılmışdır. 2018-ci ildən başlayaraq Bakı xanlarının sarayı bərpa olunmaqdadır.

XVIII əsrdə Azərbaycan xanlıqlarının formalaşmasından sonra saray tipli tikililər əsasən Şəki, Qarabağ, Gəncə, QubaBakı xanları tərəfindən (NaxçıvanLənkəran xan sarayları xeyli gec tikilmişdi, Dərbənd xan sarayı isə Quba xanı Fətəli xan tərəfindən tikdirilmişdi) inşa etdirilmişdir.[1] Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Saray Şərqi Avropa üslubunda tikilmiş, divarları möhtəşəm rəsmlərlə, tavanları isə bitki ornamentləri və döyüş səhnələri ilə bəzədilmişdir.[2] L. S. Bretanitskiy də sarayın interyerlərinin gözəl rəsmlərlə bəzədilməsinə diqqət çəkərək yazır: "Sarayın divarlarında yağlı boyalarla işlənmiş və daha sonra qızıl suyuna çəkilmiş rəsmlər böyük qiymətə malikdirlər."[3]

Kompleksin inşasına 1754-cü ildə[4] Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır.[4] Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də onların sayı artırılmışdır.[5] Ə. Salamzadənin fikrincə saray kompleksinin inşası üçün ən uyğun tarix XVIII əsrdir.[6] Lakin, tədqiqatçı ehtimalla deyir ki, kompleksin bir hissəsi, xüsusilə Əbdülrəhim bəyin evi XVII əsrdə tikilmiş ola bilər.[6] Bakı qalasının 1738-ci ildə tərtib edilmiş planında[qeyd. 1] hazırda sarayın yerləşdiyi ərazidə saray olması qeyd edilir.[6]

Sarayda yaşamış Bakı xanları

[redaktə | mənbəni redaktə et]
  • 1747–1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu).
  • 1765–1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu).
  • 1784–1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu).
  • 1791–1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu).
  • 1792–1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).

Rusiya imperiyası dövründə

[redaktə | mənbəni redaktə et]

1806-cı ildə Bakı xanlığının Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra Xan sarayında rus döyüş qarnizonu yerləşdirilir. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi. Kompleks ərazisinə yaşayış binaları ilə yanaşı kiçik məscid binası və yeraltı hamam da daxil olmuşdur.[7]

1850-ci illərə kimi Bakı xan sarayının öz görkəmini yaxşı qorumasına Prussiya və Rusiya dövlət xadimi Avqust fon Hakstauzen şahidlik edir: "Qalada, Bakının sonuncu müstəqil xanı olan Hüseynqulu xanın sarayı vardır. Mərkəzində böyük darvaza yerləşən bu böyük dördbucaqlı kompleks hazırda komendantın evidir və Avropa zövqü ilə bəzədilmişdir."[8]

Arxeoloji tədqiqatlar və restavrasiya işləri

[redaktə | mənbəni redaktə et]

Bakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış[5], paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeoloji baxımdan öyrənilmişdir.[7] Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır.[9]

2016-cı ildən Bak xan sarayı və Yeraltı hamam ərazisində təmizləmə və arxeoloji qazıntı işlərinə başlanılmışdır. Burada XI–XIII əsrlərə aid dulus küplər, çoxlu sayda monoxrom (təkrəngli) və polixrom (çoxrəngli) qab qırıqları, ocaq yerləri tapıldı. Arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizləməsi zamanı saxsı borulardan səliqə ilə çəkilmiş yeraltı su kəməri aşkar edilib. Şimal-cənub istiqamətində uzanan boruların bir-birinə geydirilməsi texnikası ilə ərsəyə gələn su kəməri texnikası XIV əsrə aid idi. İçərişəhərdə şəhər mədəniyyəti IX əsrdə formalaşıb. Beş əsr sonra isə belə bir texnika əsasında kəmər qurulub[10].

2018-ci ildən Bakı xan sarayı kompleksinə daxil olan binaların restavrasiya və konservasiyasına başlanılıb.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Saray kompleksinin memarlığı

[redaktə | mənbəni redaktə et]
Bakı xan sarayı və Yeraltı hamamın en kəsiyi və fasadları 1830-cu il çertyojlarına əsasən.
Sarayın plan əsasında hazırlanmış aksonometrik görünüşü

Bakı xan sarayı haqqında ətraflı məlumatlar 30 oktyabr 1809-cu ildə həyata keçirilmiş ölçmə işləri və çertyojlar sayəsində dövrümüzə çatmışdır.[qeyd. 2] Çertyojlarda "Xan sarayı və qaçmış bəylərin evləri" adlandırılan kompleksin ətraflı planları, fasadları və kəsimləri verilmişdir. Xan sarayı kompleksi Bakı qalasının Şamaxı qapısından girdikdə sol tərəfdə yerləşir.[11]

Bakı xan sarayının dövrümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Plana yazılmış izahlarda həmin bağ "keçmiş xan bağı" kimi qeyd edilmişdir. Digər iki həyətdəki evlərdən biri "Əbdülrəhim bəyin evi", digəri isə "Mehdiqulu bəyin evi" adlandırılmışdır. Digər iki həyətdəki evlərin kimə məxsus olması qeyd edilməmişdir.[12]

Sarayın küçəyə baxan fasadı 1950-ci illərdə
Sarayın girişi
Sarayın küçəyə baxan fasadının bərpa olunması planlaşdırılan ilkin görünüş təsviri

Kəsimlər və fasadlardan məlum olur ki, həyətlər ətrafında qruplaşmış yaşayış binaları ikimərtəbəli olmuşlar. Planlaşdırma xüsusiyyətlərinə görə kompleksə daxil olan binalar iki tipə bölünür. Birinci tipə aid olan binalar qarışıq planlaşdırma xüsusiyyətinə malikdir və bu baxımdan İçərişəhərdə yerləşən Şirvanşahlar sarayının plan xüsusiyyətlərini xatırladır. İkinci qrupa aid olan binalar isə birsıralı planlaşdırma xüsusiyyətinə malikdir.[12]

Planlar və fasad təsvirlərindən görünür ki, yaşayış binaları kompleksin həyətlərinə yönəlmiş iri pəncərələrə malik olmuşlar. Mehdiqulu xanın evinin ikinci mərtəbəsindəki pəncərə yerində dövrümüzə çatmış xarakterik çərçivələrdən bəlli olur ki, evlərin pəncərələri şəbəkə texnikası ilə yığılmışdır.[12] Ə. Salamzadə yazır ki, ən azından Xan sarayının balaxanasının şəbəkə pəncərələrə malik olduğunu əminliklə demək olar.[12]

Xan sarayının həyət fasadı asimmetrik həll edilməklə, kompleks ərazisinə girişi təmin edən böyük tağlı darvazanın vurğulanmasına hesablanmışdır. Sarayın birinci mərtəbəsində yerləşən kar nişlərin üstündə düzbucaqlı pəncərələr yerləşmişdir.[13]

Mehdiqulu bəyin evinin fasadı üç yaruslu girişlərlə xarakterik olsa da, evin, çertyojlarda göstərilmiş kəsimindən aydın olur ki, o, iki mərtəbəli olmuşdur.[13]

Əbdülrəhim bəyin evinin fasadı memarlıq baxımından daha yaxşı işlənmişdir. Bu bina üçün, fasadın ikiyaruslu tağlı bölünməsi xarakterikdir. Bu yanaşma, XVII əsrin dini və ictimai memarlığı üçün xarakterikdir. Ə. Salamzadə bu evin, kompleksin ən qədim hissəsi olması ehtimalını irəli sürür. Salamzadə 83 Bütün planlaşdırma xüsusiyyətləri və fasadlarının memarlıq həllinə baxmayaraq, Bakı xan sarayı kompleksinə daxil olan tikililər, Abşeron xalq yaşayış tikililəri və bəzi Ordubad evləri ilə ortaq xüsusiyyətlərə də malikdir.[13] Kompleksə daxil olan tikililər hamısı daşdan tikilmişdir. Çertyojlarda evlərin hamısının düz taxta tavanla örtülməsi göstərilmişdir. Hündür günbəz formalı taxta tavan yalnız, giriş funksiyasını yerinə yetirən kiçik otaq üzərində olmuşdur.[13]

Saray kompleksi ətrafında qəsrin və ya müdafiə divarlarının tikilməməsi , onun inşası üçün əlverişli yer seçilməsi ilə kompensasiya edilmişdir. Bir tərəfdən kompleks Şamaxı qapılarına yaxın yerləşir, digər tərəfdən isə, Xan sarayı birbaşa dənizə (hazırda Əziz Əliyev küçəsinin yerləşdiyi ərazidən) açılırdı. Beləliklə də, təhlükə yaranacağı halda, xan və onun ailəsi üçün iki çıxış yolu təmin edilmişdir.[5]

Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır. Ehtimal ki, küçəyə baxan pəncərələr sonradan açılmışdır.[5] Kompleksin küçəyə açılan yeganə böyük qapısı və onun üstündə pəncərələr olmuşdur. Qapının üstündəki otaq yaşayış üçün nəzərdə tutulmamış və müşahidə yeri xarakteri (balaxana) daşımışdı.[5] Sarayın divarları guşə daşından tikilmiş və suvanmışdır. Pəncərə yerləri arxitrav formalıdır. Xan sarayı 49.6 metr uzunluq, 28 metr en və 7 metr hündürlüyə malikdir.[4]

border=none Əsas məqalə: Yeraltı hamam (Bakı)

İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir. Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m²) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir.

2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu.

border=none Əsas məqalə: Xan bağı (Bakı)

Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır.[14]

  1. Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivi, ф. 349, оп. 3, д. 3324
  2. Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivi, ф 349, оп. 3. Д. 3339, л. VI.
  1. Саламзаде, 1964. səh. 78
  2. Каджар, Ч. Старый Баку. Баку: ОКА. 2007. 153.
  3. Л. С. Бретаницкий, Б. В Веймарн. Искусство Азербайджана IV – XVIII веков (Очерки истории и теории изобразительных искусств). Москва: Искусство. 1976. 260.
  4. 1 2 3 Таирова, 2016. səh. 230
  5. 1 2 3 4 5 Таирова, 2016. səh. 229
  6. 1 2 3 Саламзаде, 1964. səh. 84
  7. 1 2 Таирова, 2016. səh. 231
  8. Фон Гакстгаузен, А. Кавказский край (ч. II). СПб. 1857. 154.
  9. Таирова, 2016. səh. 232
  10. "Bakı xanlarının evi". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
  11. Саламзаде, 1964. səh. 81
  12. 1 2 3 4 Саламзаде, 1964. səh. 82
  13. 1 2 3 4 Саламзаде, 1964. səh. 83
  14. "BAKI XANLARI PARKI". icherisheher.gov.az. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2019.
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
  • Таирова, Айдан. Дворцовый комплекс бакинских ханов. Баку: İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə, Elmi-praktik konfrans (Məqalələr toplusu), Elm və təhsil nəşriyyatı. 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Azərbaycan portalı П:  Memarlıq portalı