Birləşdirici toxuma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Birləşdirici toxuma — Heyvan orqanlarının əsas hissəsini təşkil edir, həmçinin orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qanpiy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur. Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayılmış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə "textus conjuctivus" adlanır. Əsasən dayaq sistemində yerləşir. TDV-BTI

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir:

Xarici mühitlə birbaşa əlaqədə deyil.

Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir.

Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir. Buna səbəb bütün hüceyrələrin daxili mühitin içərisində yerləşməsidir.

Bu toxuma orqanların həm daxilində həm də aralarında olmaqla yeganə sistem yaradır.

Bu toxumada hüceyrələrarası maddə güclü inkişaf edir və hüceyrə elementlərindən çoxdur.

Birləşdirici toxuma yüksək plastikliyə və regenerasiya qabiliyyətinə malikdir.

Yüksək adaptasiya (mühitə uyğunlaşma) qabiliyyətinə malikdir.

Hüceyrəarası maddə müxtəlif birləşdirici toxuma növlərinə görə fərqlənir. Belə ki, maye, yarımmaye və sərt formalarda olur. Maye formalı toxuma növünə qan və limfa, yarımmaye mühitinə kövşək birləşdirici toxuma, sərtə isə qığırdaq və sümük toxumaları aid olur.

Gənc və yaşlı hüceyrə

[redaktə | mənbəni redaktə et]

Birləşdirici toxuma növlərinin hərbirində isə iki tipdə hüceyrə olurki bunlarda aşağıdakı formada gösdərilir.

Bunlardan birinci inkşafı davam edən hüceyrələr və ya başqa formada desək yüksək metabolizmə malik olan "blast" hüceyrələrdir. Digəri isə inkşafını sona çatdırmış "sit" yəni zəif metobolizmə malik olan hüceyrələr. Bu xüsusiyyət hər növə aid edilir.

Əmələ gətirdiyi qruplar

[redaktə | mənbəni redaktə et]

Birləşdirici toxuma qruplara görədə fərqlənir. Daha dəqiq desək hüceyrələr qruluşuna görə 4 qrup formalaşdırır : Qanlimfa,əsl birləşdirici toxuma, qığırdaq toxumasısümük toxuması.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]