Cığatay xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çağatay xan
Цагадай
1226 – 1241
ƏvvəlkiÇingiz xan
SonrakıQara Hülakü
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1183(1183-12-22)
Doğum yeri
Vəfat tarixi 1242[1][2]
Vəfat yeri
Fəaliyyəti Xan
Atası Çingiz xan
Anası Börte
Həyat yoldaşı Ebuskun
Uşaqları Baydar, Mütügen, Yesü Möngke
Ailəsi Çingizlilər
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan1242[1][2], Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu.

Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi.

Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı.

Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü. Ölümündən sonra qurulan dövlətə Çağatay xanlığı adı verilmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]