Ceyhun Ağayev
Ceyhun Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mircəlal, Saatlı rayonu, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Sirik, Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Ceyhun Cəmil oğlu Ağayev (9 avqust 1991, Mircəlal, Saatlı rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyhun Ağayev 9 avqust 1991-cu ildə Saatlı rayonunun Mircəlal kəndində anadan olmuşdur.[1]
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Ağayev 6 noyabr 2020-ci ildə Xocavənd rayonunun Sirik-Mülküdərə istiqamətində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[5]
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[6]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 9 avqustda doğulanlar
- 1991-ci ildə doğulanlar
- 29 yaşında vəfat edənlər
- 6 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Saatlı rayonunda doğulanlar
- Xocavənd rayonunda vəfat edənlər