Ceyranlar düşərgəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qobustan dövlət tarixi-bədii qoruğu
Ölkə  Azərbaycan
Yerləşir QaradağAbşeron rayonları
Əsas tarixlər 1966 - Qoruq idarəsi yaradılıb
Üslubu ibtidai incəsənət
Sahəsi 3096 ha
Vəziyyəti stabil, muzey kimi fəaliyyət göstərir
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape
TipiMədəni
Kriteriyaiii
Təyin edilib2007
İstinad nöm.1076
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.26
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qobustan (Azərbaycan)
Qobustan

Ceyranlar düşərgəsi — Qobustanda Kiçikdaş dağı ərazisində arxeoloji abidə[1].

Arxeoloji tədqiqi

[redaktə | mənbəni redaktə et]

Ceyranlar düşərgəsi - Qobustanda Kiçikdaş dağı ərazisinin düzən sahəsinin şimal-şərq hissəsində üzərində qədim qayaüstü təsvirlər[2] saxlanmış 49, 49a və 49b nömrəli daşların arasında əmələ gəlmiş, sahəsi 12 kv. metrə bərabər kiçik, yarımörtülü sığınacaqda aşkar edilmişdir. 1973-cü ildə "Ceyranlar"da (sığınacağın içində və çölündə olmaqla) 52 kv. m. sahədə arxeoloji qazıntı aparılmışdır. Daş dövrü qalıqlarına sığınacağın içində, orta əsrlərdə sığınacaq və onun ətrafından maldarların qışlaq yeri kimi istifadə etməsi nəticəsində əmələ gəlmiş təbəqənin altında rast gəlinmişdir. Burada mədəni təbəqə səviyyəsində materialın dəniz qumu ilə qarışdığından onun səviyyəsini və qalınlığını müəyyənləşdirmək mümkün olmamışdır. Qazıntı zamanı sığınacağın içərisində 20 sm peyin qatından sonra 50 sm dərinə qədər içərisində orta əsrlərə aid gil qab qırıqları və iki yerdə ocaq qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş dövrü qalıqlarına malik gil və qum qarışıqlı torpaq qatı aşkar edilmişdir. Düşərgədə 49a №-li qayanın üzərindəki qədim şəkillər 1 m dərinlikdən aşağı getmir. 49 №-li daşda isə şəkillər daha dərinə davam edir və onların aşağı hissəsi dəniz qumu qatı ilə örtülmüşdür. Burada 49 №-li qayanın alt hissəsindəki balıq təsviri, üzərində qədim şəkillər çəkilmiş və səthi yuyularaq hamarlanmış, üç ədəd əhəngdaşı parçası da qum təbəqəsinin içərisində qalmışdır. Bu, müəyyən dövrdə Xəzər dənizi səviyyəsinin buraya – "Ceyranlar" düşərgəsinə qədər qalxmasının nəticəsidir. Ola bilsin ki, “Ceyranlar” düşərgəsini Mezolit dövründən sonrakı geoloji dövrün suları yumuşdur. "Ceyranlar" düşərgəsinin materiallarının qum və lil təbəqəsinin içindən tapılması, yəqin ki, düşərgənin daha çox suya yaxın olması səbəbindən onu dəniz suyunun daha çox yuması, burada dəniz qumun və lilin çoxluğu kimi dənizin dəfələrlə səviyyəsinin dəyişməsi barədə paleocoğrafi məlumatların əyani surətdə təsdiq etməsi baxımından yeni və qiymətli elmi dəlillərdir.

Maddi mədəniyyət tapıntıları

[redaktə | mənbəni redaktə et]

"Ceyranlar" düşərgəsində arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları aşağıdakı tapıntılardan ibarətdir:

Çaxmaqdaşından nüvə (5) 3-ü konusvari, 2-i az işlənmişdir. Qaşov (4), trapes (1), bıçaqvari lövhədən düzəldilmiş (1) seqmentşəkilli alət, yanları dişəkli mikro lövhə (1), işlənmə dişəyinə malik qəlpə (5) və adi qəlpə (11) çaydaşından qəlpə (7), çopperşəkilli alət (1), qaşov (2) və bir ucundan burma üsulu ilə deşik açılmağa başlanmış, lakin başa çatdırılmamış uzunsov əşya (1) ölçüsü uzunu 16 sm, qalınlığı 2,5 sm-dir. Dəvəgözündən qəlpə (4), hündür qaşov (1), dişəkli qəlpə (2) və s. bu az material üst Paleolitdən Mezolitə keçid və Neolitin əvvəli üçün səciyyəvidir. Bu materialların təbəqəsiz, dağınıq halda tapılması, görünür təbəqənin dəniz suyu vasitəsilə yuyulması ilə bağlıdır.

Sığınacaq materiallarının səciyyəsi, onun 49 və 49a, 49b və yaxınlıqdakı 50 №-li qaya daşlarındakı arxaik formalı, arxeoloji ədəbiyyatda yuxarı Paleolitə aid edilən, yan görünüşdə döymə qadın öküz, ceyran və tək-tək gur kimi qədim təsvirlərdən ibarət olması və bu təsvirlərin çoxluğu qayalardakı ön görünüşdə silahlı qadınkişi, öküz təsvirlərinin bir qismi qayıq təsvirləri sığınacaqdan üst Paleolitin sonundan Mezolit və Neolitin əvvəllərində də minilliklər boyu istifadə olunduğunu söyləməyə əsas verir.

Qobustan qayalıqları
  1. Azərbaycan arxeologiyası, 6 cilddə, I cild. Bakı, 2008, səh.166-167
  2. Rüstəmov C.N. Qobustan petroqlifləri. Bakı, 2003
  • Rüstəmov C.N. Qobustan dünyası, Bakı,1994
  • Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008.
  • Rüstəmov C.N. Oobustan petroqlifləri. Bakı,2003.
  • Rüstəmov C.N., Muradova F.M. Oobustan petroqlifləri. Bakı,2003.
  • Джафарзаде И. М. Наскальные изображения Гобустана, Труды Института истории АН Аз. ССР. Баку, 1958
  • Джафарзаде И. М. Наскальные изображения Гобустана. Сб. «Археологические исследования в Азербайджане».

Баку, 1965