Commonwealth Bank

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Commonwealth Bank
Commonwealth Bank of Australia
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Maliyyə xidmətləri
Təsis tarixi 22 dekabr 1911, 12 sentyabr 1991
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 52.000 nəf.
commbank.com.au
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Commonwealth Bank of Australia (azərb. Avstraliya Birlik Bankı‎) — Avstraliyanın ən böyük bankıdır. Commonwealth Bank pərakəndə satış, fondların idarə edilməsi, yaşlılıq təqaüdü, sığorta, investisiya və vasitəçilik xidmətləri də daxil olmaqla bir çox maliyyə xidmətləri təqdim edirlər.

Commonwealth Bank of Australia 2008-ci ildə yanvar ayı üçün Avstraliya Fond birjasında ikinci ən böyük listinq şirkəti idi. 7 dekabr 2007-ci ildə Avstraliyanın ən rahat bankı adı uğurunda mübarizədə ANZ-ə qalib gələ bilmişdir.

1911-ci ildə Avstraliya hökuməti tərəfindən əsası qoyulmuş Commonwealth Bank of Australia Avstaliya Milli Bankı, ANZ və Westpac ilə birlikdə Avstraliyanın "böyük dördlüyünə" daxildir. 1912-ci ildə Tasmaniya, 1920-ci ildə isə Kvinslendin banklarını özünə birləşdirdi. 1931-ci ildə Yeni Cənubi Uels və Qərbi Avstraliyanın dövlət yığım bankları ilə birləşdi.

Bank müxtəlif xidmətlər göstərir: fiziki şəxslər üçün bank xidmətləri (xüsusi və kiçik biznesi olan müştərilərə xidmətlərin göstərilməsi); beynəlxalq maliyyə xidmətləri (bank offşor imkanları nəzərə alır və bank işi, sığorta, investisiya xidmətləri göstərir); beynəlxalq fəaliyyət: Commonwealth Bank of Australia həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə (İndoneziya, FiciÇin; London, Nyu-York, Tokio, Sinqapur, HonkonqOklenddə filiallar) mövcuddur; məhsul və xidmətlər: Commonwealth Bank of Australia müştərilərə borc, kredit kartları və yığım hesabları kimi geniş məhsul və xidmət spektri təqdim edən Avstraliyanın ən iri pərakəndə bankıdır.

Bu gün Commonwealth Bank of Australia-ın bütün Avstraliyada 1000 filialı və 3,3 min bankomatı var. Gün ərzində 120 milyon zəngə cavab verən 10 qaynar xətt mərkəzi də fəaliyyət göstərir. 187 min EFTPOS terminalı mövcuddur. İşçilərinin sayı 38 minə çatır. Commonwealth Bank of Australia ən iri 500 korporasiya reytinqində 267-ci yeri tutur (Fortune 500).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]