Davud bəy Yadigarov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Davud bəy Yadigarov
Davud bəy Sadıq bəy oğlu Yadigarov
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
Vəfat tarixi bilinmir
Vətəndaşlığı
Atası Sadıq bəy Yadigarov
Anası Olga Rusiyeva-Korçibaşeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti
Qoşun növü süvari
Rütbəsi general-mayor (1919)
Döyüşlər

Yadigarov Davud bəy Sadıq bəy oğlu (1883, Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyasıbilinmir) — Rusiya imperiyasıAzərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.

Davud bəy Yadigarov 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi.[1]

1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.[2]

Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi[3] və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.[4][5][6]

1920-ci il 28 aprel işğalından sonra Davud bəyin taleyi məlum deyil.

  1. Назирли, 1991. səh. 33-34
  2. Потто, 1908. səh. 248, 159
  3. Кавказский календарь на 1914 год. — Тифлис, 1913, s. 589
  4. Степашин və Ямпольский, 1908. səh. 248, 159
  5. Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). Bakı. 1998. səh. 246—250.
  6. Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı: Şirvannəşr. 2004. səh. 11-18.
  7. "Historia Veli bek Jedigara". domkaukaski.org. 2007. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
  • Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004  (az.)
  • Şəmistan Nəzirli. Yadigarov qardaşları. // Azərbaycan generelları. Bakı: Gənclik. 1991. 208.
  • В. А. Потто. История 17-го Драгунского Нижегородского Его Императорского Величества полка. Tiflis. 1908. 248.
  • С. В Степашин, В. П Ямпольский. Органы государственной безопасности СССР в Великой Отечественной войне. Bakı. 1995. 699.