Demokratikləşmə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Demokratikləşməhökumətin avtoritarizmdən liberal demokratiyaya, yəni daha demokratik bir nizama keçid prosesidir. Bu prosesin ən vacib xüsusiyyətləri əsas azadlıqların, xüsusilə siyasi hüquqların verilməsi, hər kəsin səs verə biləcəyi və rəqabətli seçkilərin təşkil edilməsi və bazar islahatlarıdır.Demokratikləşmə, daha demokratik bir siyasi rejimə doğru demokratik bir keçidi ifadə edir və demokratik yöndə baş verən mühüm siyasi dəyişiklikləri əhatə edir.[1] Demokratikləşmə prosesi, avtoritar bir rejimdən tam mənasıyla demokratiyaya, avtoritar bir siyasi sistemdən yarı-demokratiyaya və ya hibrid bir siyasi sistemdən demokratik bir siyasi sistemə keçidi əhatə edən bir vəziyyət ola bilər.[2]

Nəticə konsolidə ola bilər və ya demokratikləşmə tez-tez geri dönüşlərlə qarşılaşa bilər. Müxtəlif demokratikləşmə modelləri, bir ölkənin müharibəyə getməsi və ya iqtisadiyyatın inkişaf etməsi kimi digər siyasi hadisələri izah etmək üçün tez-tez istifadə olunur.[3]

Demokratikləşmənin baş verməsi və dərəcəsi, iqtisadi inkişaf, tarixi irs, vətəndaş cəmiyyəti və beynəlxalq proseslər kimi müxtəlif amillərə bağlıdır. Demokratikləşmənin bəzi izahları, elitlərin demokratikləşməni yönləndirdiyini vurğulayarkən, digər izahlar isə aşağıdan yuxarıya doğru proseslərə fokuslanır.

Demokratikləşmənin əksi olan proses demokratik geriləmə kimi tanınır.

Demokratiyanın meydana çıxması

[redaktə | mənbəni redaktə et]

Demokratikləşmə nəzəriyyələri, bir siyasi rejimin diktatorluq və ya avtoritarlıqdan demokratiyaya keçidi kimi böyük miqyaslı bir dəyişikliyi izah etməyi hədəfləyir. Akademiklər arasındakı bəzi anlaşmazlıqlar demokratiya anlayışı ilə bağlıdır. Digər fərqliliklər isə demokratiyanın necə ölçüləcəyi və hansı demokratiya indeksinin istifadə ediləcəyi mövzularını əhatə edir.

Demokratikləşmə prosesinə baxış

[redaktə | mənbəni redaktə et]

Geniş olaraq istifadə edilən bəzi demokratiya indeksləri arasında V-Dem Demokratiya İndeksləri və Demokratiya İndeksi vardır. Demokratiya indeksləri, seçkilərə əsaslanan, liberal, iştirakçı, müzakirəçi, bərabərlikçi və digər demokratiya prinsipləri arasında fərq yarada bilər və digər göstəriciləri əhatə edir. Demokratiya indeksləri, kəmiyyət və ya kateqorik ola bilər.

Demokratikləşmə dalğaları

[redaktə | mənbəni redaktə et]

Demokratikləşmə nəzəriyyələrinin nəticələrini izah etmək üçün istifadə edilən bir metod, demokratikləşmə dalğaları anlayışı ilə izah edilə bilər.

Samuel Hantinqton tərəfindən müəyyən edilən üç demokratikləşmə dalğası, tarix boyunca demokratiyanın böyük bir yüksəlişini ifadə edir. Samuel P. Hantinqton, tarix boyunca meydana gələn üç demokratikləşmə dalğasını müəyyən etmişdir. İlk dalğa ilə XIX əsrdə Qərbi AvropaŞimali Amerikaya demokratiya gətirilmişdir. Bu dalğanın ardınca, Birinci Dünya müharibəsindən sonra diktatorluqların yüksəlişi prosesi yaşanmışdır. İkinci dalğa İkinci Dünya müharibəsindən sonra başlanmış, ancaq 1962 ilə 1970-ci illərin ortası arasında sürətini itirmişdir. Ən son dalğa isə 1974-cü ildə başlanmış və hələ də davam edir. Latın Amerikası və keçmiş Şərq bloku ölkələrinin demokratikləşməsi bu üçüncü dalğanın içərisində yer alır.

Demokratikləşmə dalğalarından sonra demokratiyanın geriləmə dalğaları da müşahidə edilə bilər. Bunagörə də, Hantinqton 1991-ci ildə aşağıdakı təsviri təqdim etmişdir.

İlk demokratikləşmə dalğası, 1828-1926 İlk demokratiyanın geriləmə dalğası, 1922-1942 İkinci demokratikləşmə dalğası, 1943-1962 İkinci demokratiyanın geriləmə dalğası, 1958-1975 Üçüncü demokratikləşmə dalğası, 1974-

Demokratikləşmə dalğaları nəzəriyyəsi, Renske Doorenspleet, John Markoff, Seva Gunitsky və Svend-Erik Skaaning kimi bir çox başqa yazıçılar tərəfindən də istifadə edilmiş və tədqiq edilmişdir.

Seva Gunitskyə görə, XVIII əsrdən Ərəb baharına (2011-2012) qədər, 13 demokratik dalğa təyin edilə bilər.

Tarixi nümunələr

[redaktə | mənbəni redaktə et]

Demokratiyanın tarixi, demokratik inkişafın adətən yavaş, şiddətli və tez-tez geri dönüşlərlə dolu olduğunu nümayiş etdirir.

Böyük Britaniya

[redaktə | mənbəni redaktə et]

İngiltərədə, XVII əsrdə Magna Cartaya yenidən maraq yaranmışdır. İngiltərə Parlamenti, 1628-ci ildə "Petition of Right"ı qüvvəyə mindirmiş və vətəndaşlar üçün müəyyən azadlıqlar təmin edilmişdir. İngilis vətəndaş müharibəsi (1642-1651), Kral və oliqarxik lakin seçilmiş bir Parlament arasında baş vermiş və 1647-ci ildəki Putney müzakirələri zamanı siyasi iştirak hüquqları mövzusunda müzakirələr edən qruplar arasında siyasi partiya fikri formalaşmışdır. Bundan sonra, Protectorate (1653-1659) və İngilis Restorasiyası (1660) daha avtoritar bir idarəetməni bərpa etmiş, lakin Parlament 1679-cu ildə Habeas Corpus Qanununu qəbul etmiş və kifayət qədər səbəb və ya sübut olmadan həbs etməyi qadağan edən ənənəvi tətbiqi gücləndirmişdir. 1688-ci ildə baş vermiş olan Şanlı inqilab, fərdlərə müəyyən hüquqlar və azadlıqlar təmin edən 1689-cu ildəki Hüquqlar Bəyannaməsini qəbul edən güclü bir Parlament yaratmışdır. Bununla birlikdə, müntəzəm parlamentlərin zəruriliyini, sərbəst seçkiləri, Parlamentdə ifadə azadlığı qaydalarını və monarxiyanın gücünü məhdudlaşdıraraq, Avropanın qalan hissəsindən fərqli olaraq kral mütləqiyyətinin hakim olmayacağını müəyyən etmişdir. Yalnız 1884-də Kabotaj Qanununun qəbulu ilə əksər kişilər seçmək hüququna sahib olmuşdurlar.

Amerika Birləşmiş Ştatları

[redaktə | mənbəni redaktə et]

Amerika inqilabı (1765-1783), Amerika Birləşmiş Ştatlarını yaratmışdır. Yeni Konstitusiya, bir icra orqanı, milli bir məhkəmə sistemi və Senatda ştatları, Nümayəndələr Palatasında isə əhalinin nümayəndəsi olan iki palatalı bir Konqres kimi nisbətən güclü bir federal milli hökumət yaratmışdır. İdeoloji mənada bir müvəffəqiyyət olan Amerika inqilabı, heç bir zaman tək bir diktatoru olmayan həqiqi bir respublikanın yaradılmasını təmin etmişdir; ancaq səsvermə hüquqları başlanğıcda yalnız ağ irqə mənsub olan və mülk sahibi olan kişilər (əhalinin təxminən %6-sı) ilə məhdudlaşırdı. Köləlik, Amerikan vətəndaş müharibəsindən (1861-1865) sonrakı, Yenidənqurma Dövrü konstitusiya dəyişiklikləri ilə Cənub ştatlarında qadağan edilməmişdir. Cənubdakı Jim Crow ayrıseçkiliyini dəf etmək üçün Afrika mənşəli Amerikalılara vətəndaş hüquqları təmin edilməsi prosesi 1960-cı illərdə baş vermişdir.

Böyük Fransa inqilabı (1789), qısa bir müddət ərzində geniş bir seçki haqqı təmin etmişdir. Fransız inqilab müharibələri və Napoleon müharibələri iyirmi ildən çox davam etmişdir. Fransız Direktoriyası daha çox oliqarxik idi. Birinci Fransa imperiyası və Burbon sülaləsinin restavrasiyası dövrü daha avtoritar bir idarəetməni geri gətirmişdir. İkinci Fransa Respublikası dövründə kişilərin ümumi səsvermə haqqları var idi, ancaq ondan sonra İkinci Fransa imperiyası yaranmışdır. Fransa-Prussiya müharibəsindən (1870-71) sonra isə Üçüncü Fransa Respublikası yaradılmışdır.

Almaniyada, 1919-cu ildə Veymar Respublikasının yaradılması ilə ilk demokratiya yaranmışdır. Bu parlament respublikası, Almaniya imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra yaradılmışdır. Veymar Respublikası yalnız 14 il mövcud olmuş və Üçüncü Reyx diktatorluğu tərəfindən məhv edilmişdir. Tarixçilər, Veymar Respublikasının demokratikləşmə cəhdinin niyə müvəffəqiyyətsiz olduğunu hələ də müzakirə edirlər. Almaniya İkinci Dünya müharibəsində məğlubiyyətə düçar olduqdan sonra, demokratiya ABŞ rəhbərliyindəki işğal altındakı Qərbi Almaniyada yenidən yaradılmış və cəmiyyətin denazifikasiyası həyata keçirilmişdir.

1861-də İtaliyanın birləşdirilməsindən sonra İtaliya krallığı, Kralın əhəmiyyətli səlahiyyətlərə malik olduğu konstitusiyalı bir monarxiyaya çevrilmişdir. İtalya faşizmi, Birinci Dünya müharibəsindən sonra bir diktatorluğa çevrilmişdir. İkinci Dünya müharibəsindən sonra isə, İtalya Respublikası meydana çıxmışdır.

Yaponiyada məhdud demokratik islahatlar Meyci dövrü (Yaponiyada sənaye modernləşməsinin başlandığı dövr), Taishō dövrü (1912-1926) və köhnə Shōwa dövründə tətbiq edilmişdir. Azadlıq və Xalqın Hüquqları Hərəkatı kimi demokratiya tərəfdarı hərəkatların və bəzi proto-demokratik institutların mövcudluğuna baxmayaraq, Yapon cəmiyyəti son dərəcə mühafizəkar bir cəmiyyət və bürokratiya tərəfindən məhdudlaşdırılmışdı. Tarixçi Kent E. Calder, "Meyci rəhbərliyinin, taktiki səbəblərlə bəzi plüralist xüsusiyyətlərə sahib olan konstitusiya idarəetməsini qəbul etdiyini" bildirir və İkinci Dünya müharibəsindən əvvəl Yapon cəmiyyətinə, "kənd mənşəli elitalar, böyük müəssisələr və hərbçilər" kimi "ənənəvi bir koalisiya"nın hakim olduğunu və bu hakim təbəqənin plüralizmə və islahatçılığa qarşı çıxdığını bildirmişdir. İmperiya məclisi, Yapon militarizmi, Böyük depressiya və Sakit okean müharibəsinin təsirlərinə baxmayaraq mövcudluğunu davam etdirsə də, siyasi partiyalar kimi digər plüralist institutlar mövcud ola bilməmişdirlər. İkinci Dünya müharibəsindən sonrakı müttəfiqlərin işğal dövründə isə Yaponiya daha enerjili, plüralist bir demokratiyanı qəbul etmişdir.

Latın Amerikası

[redaktə | mənbəni redaktə et]

Latın Amerikası ölkələri, 1810-cu il ilə 1825-ci illər arasında müstəqillik qazanmış və qısa müddət sonra nümayəndəli hökumət və seçkilərlə bağlı erkən təcrübələr yaşamışdır. Bütün Latın Amerikası ölkələri, Kolumbiyanın 1810, Paraqvayın və Venesuelanın 1811 və Çilinin 1818-ci ildə yaratmış olduğu nümayəndəlikli orqanları müstəqillik sonrasında sürətlə yaratdılar. Adam Przeworski, Latın Amerikasında nümayəndəlikli orqanlar ilə edilən bəzi təcrübələrin çoxunun Avropa ölkələrindən daha əvvəl baş verdiyini göstərir. Fəhlə sinfinin səsvermə hüququna sahib olduğu kütlə demokratiyası isə ancaq 1930-cu1940-cı illər arasında yayılmışdır.


  1. Aries A. Arugay. "Democratic Transitions" (eng). 30.11.2021. 25 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.
  2. Rowman & Littlefield Publishers. "Historical Dictionary of Democracy". https://books.google.com (eng). 2019. 28 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.
  3. Matthijs ogaards. "Measures of Democratization: From Degree to Type to War" (eng). [University of Utah, Sage Publications, Inc.] 2010. 21 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Aries A. Arugay. "Democratic Transitions" (eng). 30.11.2021. İstifadə tarixi: 28 may 2024.

Rowman & Littlefield Publishers. "Historical Dictionary of Democracy". https://books.google.com (eng). 2019. İstifadə tarixi: 28 may 2024.


Matthijs ogaards. "Measures of Democratization: From Degree to Type to War" (eng). [University of Utah, Sage Publications, Inc.] 2010. İstifadə tarixi: 28 may 2024.