55°31′56″ şm. e. 58°15′18″ ş. u.HGYO

Duvan rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Duvan rayonu
Дыуан районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°31′56″ şm. e. 58°15′18″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 3 246 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.942 nəf. (2021)[1]
Rəsmi sayt
Duvan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir.

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır. İqlimi müelayim kontinental və sərindir. Yanvar ayının orta temperaturu −15,5 °C, iyul ayının isə: +17,7 °C təşkil edir. İl ərazində əraziyə 437 mm yağıntı düşür. Kənd təsərrüfatına daxil olan torpaqlar qara və tünd boz meşə torpaqlarıdır. Təbii ehtiyatları: təbii qaz, tikinti daşı, kirəçdaşı, kərpic xammalı, qum və çınqıl qarışığı və qum, agro-filiz.

Duvan rayonu 30 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon mərkəzi Duvan kəndi olmuşdur.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: ruslar — 63,9 %, başqırdlar — 20,4 %, tatarlar — 12,8 %, mordvalılar[2], digər millər — 1,1 %[3].

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

13 kənd inzibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir[4]

Rayon əsasən maldarlıq-taxılşılıq üzrə ixtisaslaşmışdır. Ərazisinin 125,5 min ha (rayon ərazisinin 38,6 %) kənd təsərrüfatına cəlb olunmuşdur. 23,6 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının iri buynuzlu maldarlıq, donuzçuluq, kartofçuluq sahələri inkişaf etmişdir. Ərazisinin 188,3 min hektarını (rayon ərazisinin 58 %) meşə sahələri tutur. Oduncaq ehtiyatı 25,9 mln.m³-dir.

Ərazisindən Mesyaqutovo — Satka avtomagistralı keçir. Mesyaqutovo kəndini Krasnoufa, Ufa ilə isə Maloyaz kəndi ilə birləşdirən yol vardır.

Rayon ərazisində 21 ümumtəhsil mərkəzi, 13 orta məktəb, Duvan Çoxşaxəli Kolleci, Mezyagutov Pedaqoji Kolleci, Yaroslavka kəndində Duvan çoxşaxəlir kollecinin şöbəsi, 23 kütləvi kitabxana, 30 klub, mərkəzi və 3 xəstəxana fəaliyyət göstərir. Burada rus dilində «Duvan xəbərləri» qəzet buraxılır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Əhməd Fazıloviç Yerikeyev — tatar şairi
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. Мордовское население в Башкортостане. ФЕДЕРАЛЬНОЕ ГОСУДАРСТВЕННОЕ БЮДЖЕТНОЕ УЧРЕЖДЕНИЕ НАУКИ ИНСТИТУТ ЭТНОЛОГИЧЕСКИХ ИССЛЕДОВАНИЙ ИМ. Р. Г.КУЗЕЕВА УФИМСКОГО НАУЧНОГО ЦЕНТРА РОССИЙСКОЙ АКАДЕМИИ НАУК Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine  (rus.)
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.