Elçin Nəbiyev
Elçin Nəbiyev | |
---|---|
Elçin Fikrət oğlu Nəbiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2021 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | helikopter qəzası |
Dəfn yeri | İkinci Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | –2021 |
Elçin Nəbiyev (10 dekabr 1967, Xalatala, Balakən rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycanlı hərbçi-şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, A. R. Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi vəzifəsinin icraçısı, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsinin iştirakçısı.
İlk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.[1]
Elçin Nəbiyev sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib.[2] Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.[3]
44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.[4]
30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzasında həlak olub. Dövlət Sərhəd Xidmətinin hadisə ilə bağlı rəsmi açıqlamasında ehtiyatda olan polkovnikin "işçi Nəbiyev" kimi qeyd olunması Azərbaycan mediasında birmənalı qarşılanmayıb.[5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dünən şəhid olan Nəbiyev ehtiyatda olan polkovnik idi". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "DSX-nin işçi kimi təqdim etdiyi Elçin Nəbiyev kim idi? - Xidmət yoluna qısa baxış - VİDEO". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "14 şəhiddən biri olan "işçi Nəbiyev" kimdir? - VİDEO". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "14 şəhidin içində adı "İşçi Nəbiyev" yazılan şəxs kimdir? – Gizli qəhrəman". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "14 şəhiddən biri olan "işçi Nəbiyev" kimdir?". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "Ötən gün şəhid olan "İşçi Nəbiyev" əslində kimdir? - Video". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şəki Ensiklopediyasında — Elçin Nəbiyev
- Aytəkin Alxaslı. ""Qaraheybət" şəhidi polkovnik Nəbiyev oğluna nə vəsiyyət edib? – "Əgər bir gün qayıtmasam..."". Bizim.media (az.). 02.12.2021. 2 Dec 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.12.2021.
- 10 dekabrda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Balakən rayonunda doğulanlar
- 30 noyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Xızı rayonunda vəfat edənlər
- Stavrapol Pilot və Şturman Ali Hərbi-Aviasiya Məktəbinin məzunları
- Əlifba sırasına görə hərbi xadimlər
- Qaraheybət aviasiya poliqonunda helikopter qəzası