Filipomen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Filipomen
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 253
Vəfat tarixi təq. e.ə. 183 və ya e.ə. 183[1]
Vəfat səbəbi zəhərlənmə
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filipomen (yun. Φιλοποίμην Philopoímēn; e.ə. 253təq. e.ə. 183 və ya e.ə. 183[1]) — Qədim Yunanıstan siyasi xadimi və sərkərdəsi. Əsas hərbi-siyasi fəaliyyəti Axayya ittifaqı ilə bağlı idi. E.ə. 207-ci ildən başlayaraq müxtəlif vaxtlarda 8 dəfə strateq (e.ə. 200-cü ilədək 3 dəfə, e.ə. 193-cü ildən sonra 5 dəfə) seçilmişdir. Bir sıra hərbi islahatlar keçirmiş Filipomen, demək olar ki, bütün Peloponnesi, e.ə. 192 ildə isə Spartanı Axayya ittifaqına birləşdirmişdi. Yunanıstanın müstəqilliyi uğrunda Romaya qarşı inadlı mübarizə apardığına görə "Sonuncu ellin" ləqəbini almışdır. Axayya ittifaqından ayrılmış messenalılarla müharibədə yaralanmış Filipomen əsir götürülərək edam edilmişdir.[2]

  1. 1 2 Filopoimén // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. FİLOPEMÉN // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 9-cu cild: Fedinq – Gitara. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2020. 600 səh.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]