GTL

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

GTL texnologiya (ing. Gaz-To-Liquid, qazdan - maye) – təbii qazdan yüksək keyfiyyətli, kükürdsüz karbohidrogen məhsullarının alınması prosesidir.

GTL texnologiyasının təməli alman kimyaçıları Frans FişerHans Tropş tərəfindən qoyulmuşdur. Onların kömürün tədqiqi üzrə “Adi təzyiq altında neft karbohidrogenlərin birbaşa sintezi haqqında” adlı işi 1926-cı ildə işıq üzü gordü. Sonralar bu proses Fişer-Tropş prosesi adlandırıldı. Alman alimləri yanacaq mənbəyi olan maye karbohidrogenləri - daş kömürünü qızdırılmaqla, su buxarının keçirilməsi ilə almışlar. Beləliklə , GTL texnologiyası yaradıldı, yəni təbii qazın yüksək keyfiyyətli kükürdsüz karbohidrogen məhsullarına çevrilməsi prosesi. Bu proses üç mərhələdən ibarətdir:

  • Təbii qazın kükürddən təmizlənməsi (oksigenin karbonla birləşməsi yolu ilə) nəticəsində sintez –qazın (H2+CO)istehsalı .
  • Sintez-qazın sintetik xammal neftinə çevrilməsi.
  • Sintetik motor yanacaqlarının və başqa məhsulların təmizlənməsi.

Shell firması bu texnologiyaya 1973-cü ildə qayıtdı. Bir neçə onillik lazım oldu ki, GTL texnologiyası yenidən təkmilləşdirilsin və işə salınsın. Bu sahədə Şhell firmasının kimyaçıları 3500 –dən çox patentə sahib oldular. 2012-ci ildə Qətərdə Shell firması 20 mlrd. dollarlıq sərmaye qoyaraq təbii qazdan sintetik karbohidrogenlərin istehsalı üzrə iri bir zavod işə saldı.

INFRA M100 GTL Plant

Zavod – sutkada 30 min barrel baza yağı, ildə təxminən 1 mln tona yaxın yağ istehsal etmək gücünə malikdir. Sahəsi – 453 futbol meydançasına ekvivalentdir. Zavod, qaz-maye konversiyalı məhsulları – nafta, normal parafinləri, baza sürtkü yağlarını, kerosini (avia yanacaq qismində) və qazoylları (dizel)- istehsal edir. Bu birləşmələri neftdən də almaq olar, lakin onların qazdan sintez edilməsinin bir neçə üstün cəhəti var.

  • Sintetik karbohidrogenlərin təmizlik dərəcəsi çətin təmizlənən mineral karbohidrogenlərdən üstündür. Pearl GTL qurğularında alınan karbohidrogenlər, məsələn, parafinlərin təmizliyinə görə onların yeyinti,kosmetikafarmakoloji sənayelərində istifadəsinə icazə verilir.
  • 2014-cü ildən Shell Helix Ultra yağının istehsalı xüsusi olaraq PurePlus“qaz” bazasında həyata keçirilir. Hal-hazırda Shell firmasının istehsal etdiyi müxtəlif təyinatlı motor yağlarıının tərkibində müəyyən miqdadrda “qaz-yağ”əsası mövcuddur.

GTL yağlarının xassələri

[redaktə | mənbəni redaktə et]
  1. Yüksək özlülük stabilliyi.
  2. Yüksək aşağı temperatur xassələri.
  3. Oksidləşməyə qarşı yüksək davamlıq.
  4. Aşağı uçuculuq.

Baza yağlarının qazdan alınmasının üstünlüyü

[redaktə | mənbəni redaktə et]

Qazdan alınan baza yağının üstünlüyü - qatqısız, kristal qədər təmiz olmasıdır. GTL texnologiyası ilə sintez edilən baza yağı əsasında alınan sürtkü materiallarının istifadəsinin üstünlüyü

  1. Mühərrik detallarının az yeyilməsi.
  2. Yanacaq xərcinin az olması.
  3. Mühərrik detallarının təmizliyi.
  4. Sürtkü materiallarının istismar müddətinin uzanması.
  1. https://www.std-hell.ru/blog/Gtl/gtl_tekhnologiya_shell_proizvodstva_masla_iz_gaza/[ölü keçid]