Hacıbala Abutalıbov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacıbala Abutalıbov
21 aprel 2018 – 21 oktyabr 2019
Baş nazirNovruz Məmmədov
ƏvvəlkiAbid Şərifov
SonrakıŞahin Mustafayev
17 yanvar 2000 – 30 yanvar 2001
Baş nazirArtur Rasi-zadə
30 yanvar 2001 – 21 aprel 2018
ƏvvəlkiRəfael Allahverdiyev
SonrakıEldar Əzizov
16 fevral 1995 – 17 yanvar 2000
ƏvvəlkiDarvin Ağamalıyev
SonrakıNatiq Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1944(1944-05-13) (80 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti fizik, siyasətçi
Dini islam

Təltifləri "Şərəf" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk[1]) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019).

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.

1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalamışdır[2].

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.

2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilmişdir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür, ailəlidir, iki oğlu var.

  1. 1 2 https://www.facebook.com/pages/Turkmenbashi-Turkmenistan/111027045591507.
  2. ""Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyul 1999-cu il tarixli, 191 nömrəli Sərəncamı". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. "H. İ. Abutalıbovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 may 2014-cü il tarixli Sərəncamı. Arxivləşdirilib 3 sentyabr 2021 at the Wayback Machine president.gov.az  (az.)