Haqqın dərgahı (film, 1991)
Naviqasiyaya keç
Axtarışa keç
Haqqın dərgahı | |
---|---|
Fayl:Haqqın dərgahı (film, 1991).jpg | |
Janr | sənədli film |
Rejissor | Hatəm Əsgərov |
Ssenari müəllifi | Məmməd İsmayıl |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Debüt" Yaradıcılıq Birliyi |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır.
Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur.
Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Hatəm Əsgərov
- Ssenari müəllifi: Məmməd İsmayıl
- Operator: Rəfael Salamzadə
- Səs operatoru: Əsəd Əsədov
- Mətni oxuyan: Rasim Balayev
Sponsor
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.