40°22′42″ şm. e. 49°50′38″ ş. u.HGYO

Heydər Əliyevin heykəli (Bakı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Heydər Əliyevin heykəli
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Ünvan Bülbül prospekti 35
Metro 28 may metro stansiyasına yaxın
Memarlıq üslubu monumental heykəltaraşlıq
Heykəltaraşlar Mixail Noqin
Salavat Şorlanov
Tikilib 10 may 2005
Hündürlüyü 5,2 metr
Material bürünc, qranit
Saxlanıldığı yer Heydər Əliyev Sarayının qarşısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heydər Əliyevin heykəliBakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə.

Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.[1]

Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür.[2]

Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib:

" Heydər Əliyev sadəcə bir şəxsiyyət deyil, Azərbaycan dövlətini öz çiyinlərində yaradan dövlət xadimidir və kompleksdə bu abu-havanı, əhval-ruhiyyəni yaratmaq, bu şəxsiyyətin dəyərini çatdırmaq böyük məsuliyyət idi.[1] "

Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürüncqranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi. Şerbakov onu tam hüquqlu üzv və hətta komandanın rəhbəri adlandırır.[1]

  1. 1 2 3 В Баку открыли памятник Гейдару Алиеву // naviny.by. 10 мая 2005.
  2. "Heydər Əliyevin heykəli" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2022-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]