Jozef Servan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jozef Servan
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1741(1741-02-14)[1]
Doğum yeri
  • Roman-sür-İzer[d]
Vəfat tarixi 10 may 1808(1808-05-10)[2] (67 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi diviziya generalı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Mari Servan de Jerbe (fr. Joseph Marie Servan de Gerbey; 14 fevral 1741[1], Roman-sür-İzer[d]10 may 1808[2], Paris) — Fransa diviziya generalı və Fransanın hərb naziri (iki dəfə).

Roman-sür-İzer (müasir Drom departamenti) şəhərinin yerlisi olan kiçik bir zadəgan ailəsinin oğlu olmuşdur. 20 dekabr 1760-cı ildə könüllü olaraq piyada alayına getmişdir. 1769-cu ildə Paolinin başçılıq etdiyi Korsikadakı üsyançılara qarşı Fransa kampaniyasında iştirak etmişdir. 1772-ci ildə Servan artıq kapitan olmuşdur. O, ilk dəfə 1780-ci ildə "Vətəndaş əsgəri" broşüratını nəşr etməklə şöhrət qazanmış və orada ümumbəşəri hərbi çağırış lehinə hərbi işə götürmənin dayandırılması üçün kampaniya aparmışdır. Bu tədbir Fransa inqilabından sonra həyata keçiriləcəkdi.[3]

1792-ci ildə Servan düşərgə marşalı (briqadir) rütbəsinə yüksəlmişdir. Jirondistlərin tərəfdarı olan Servan həmin il 9 mayda hərbi naziri portfelini almış, krala sadiq olan əsas hərbi birləşmələr Kral Qvardiyasının və İsveçrə alaylarının ləğvinə nail oldu. Elə Servan da öz fərmanı ilə Fransa ordusunda ilk dəfə olaraq bütün bədən cəzalarını ləğv etmişdir. Bu qərar İnqilabNapoleon müharibələri dövründə sarsılmaz olaraq qalmışdır. Bir ay sonra, 13 iyun 1792-ci ildə Servan vəzirlikdən istefa vermiş, Milli Assambleya xüsusi fərmanla ona minnətdarlığını bildirmişdir.[3]

Buna baxmayaraq, artıq 10 avqustda Servan ikinci dəfə hərbi nazir olmuşdur. Onun sələfi, kral tərəfdarı Şarl Abankur, inqilaba qarşı çıxdığı üçün həbs edilmişdir. Bir ay sonra linç edilmişdir. Servan "Marselyeza"nın tanrıdan bəhs edən misrasını himndən çıxarmışdır. 25 sentyabrda Servan general-leytenant rütbəsinə yüksəlmiş və artıq 14 oktyabr 1792-ci ildə ikinci dəfə nazir vəzifəsindən istefa vermiş, İspaniyaya qarşı əməliyyatlar teatrında Qərbi Pireney ordusuna komandanlıq etmişdir. O, yakobin terroru dövründə həbs olunmuşdur, lakin yakobinlərin devrilməsindən sonra sərbəst buraxılmışdır.[3]

Napoleon hakimiyyətə gəldikdən sonra o, ordenin yaradılmasından qısa müddət sonra general Servanı "Fəxri legion" ordeninə layiq görmüşdür. İstər konsulluqda, istərsə də imperiyanın başlanğıcında Servan bir müddət fəxri vəzifələrdə çalışsa da, 3 may 1807-ci ildə istefa vermişdir. O, Parisdə vəfat etmişdir.[3]

  1. 1 2 Joseph Marie Servan de Gerbey // SNAC (ing.). 2010.
  2. 1 2 Joseph Servan // GeneaStar.
  3. 1 2 3 4 "Статья «Joseph Servan» в словаре: Charles Mullié, Biographie des célébrités militaires des armées de terre et de mer de 1789 à 1850, 1852". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-02.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Jacques François Lanier. Le général Joseph Servan de Gerbey (Romans, 1741- Paris, 1808). Pour une armée au service de l’homme, Préface de Michel Vovelle, Valence, SRIG, 2001.