Konstantin Siolkovski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Konstantin Siolkovski
Konstantin Eduardoviç Siolkovski
Doğum tarixi 5 (17) sentyabr 1857
Doğum yeri
Vəfat tarixi 19 sentyabr 1935(1935-09-19)[1][2][…] (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Vyatka Kişi Gimnaziyası[d]
Fəaliyyəti riyaziyyatçı, ixtiraçı, yazıçı, fantastika yazıçısı[d], fizik, filosof, astronom, alim, kosmoloq, müəllim
Mükafatları III dərəcəli "Müqəddəs Anna" ordeni III dərəcəli Müqəddəs Stanislav ordeni "Qırmızı əmək bayrağı" ordeni
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Eduardoviç Tsiolkovski (rus. Константи́н Эдуа́рдович Циолко́вский; 5 (17) sentyabr 1857, İjevsk[d], Ryazan quberniyası[d], Rusiya imperiyası[1]19 sentyabr 1935[1][2][…], Kaluqa, RSFSR, SSRİ[1][4][…]) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini təbliğ edən tədqiqatçısı.

Tsiolkovski 10 yaşında olarkən qızılca xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Tsiolkovski fizika, astronomiya, mexanikahəndəsəni oyrənir.

Üç il təhsil alan Konstantin atası tərəfindən geri, evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Tsiolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Tsialkovcki özünə qapılmış şəkildə yaşayır.

Yules Vernenin fantastik əsərlərini oxuyan Tsiolkovski sonralar özü planetlərarası kosmik uçuşlar mövzusunda heykayələr yazmağa başlayır. Getdikcə o öz hekayələrini fiziki və texniki problemlərlə zənginləşdirir. Nəticəsində Tsiolkovski nəzəri məsələlərin həllinə aid müəllifə çevrilir. 1885-ci ildən Siolkovski bir çox kosmik uçuşların həyata keçirilməsi üzrə yollar haqqında yazır, burada tam metaldan hazırlanmış kosmik gəmilərdən də söhbət gedir.

Evində apardığı ilk sınaqlar zamanı ona aydın olur ki, hərbidə istifadə olunan adi raketlərin köməyi ilə kosmosa üçmaq mümkün deyil. O, bunun üçün başqa yanacaq növlərindən (hidrogen, oksigenkarbohidratlar) istifadə etməyi təklif edir. Raket sahəsində apardığı tədqiqatların zirvəsi onun 1903-cü ildə "Elmi xəbərlər" jurnalında çap etdirdiyi "Kosmosun reaktiv aparatlarala tədqiqi" məqaləsindəki "Raket düsturu" olmuşdur.

1880-ci ildə Tsiolkovski tam metal gəmi konsepsiyasını işləyir. 1930-cu ildə ABŞ onu bu ideyasını ZMC-2 adlı hava gəmisini hazırlamaqla həyata keçirir.

  • Nikola Stilijanov Kalicin: Weltraumflüge von Ziolkowski bis Gagarin, VEB Fachbuchverlag, 1961