Leypsiq Universiteti Kitabxanası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leypsiq Universiteti Kitabxanası
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1543
Ünvan Beethovenstr. 6, 04107 Leipzig
Telefon +49 341 97-30577[1]
Digər məlumatlar
İşçi sayı
  • 206 nəf. (2017)[2]
ISIL kodu DE-15
Sayt ub.uni-leipzig.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leypsiq Universiteti Kitabxanası (alm. Universitätsbibliothek Leipzig) — Leypsiq Universitetinin mərkəzi kitabxanası. Kitabxana Albertina kitabxanası kimi də tanınır. Bu, Almaniyanın ən qədim universitet kitabxanalarından biridir. 1543-cü ildə yaradılmışdır.

Kitabxana 1543-cü ildə, Reformasiya dövründə, Müqəddəs Pavelin Dominikan monastırının ləğv edildiyi zaman yaradılmışdır. Monastırın Mittelpaulinum adlanan otaqlarının birində dağılmış bir çox monastırların kitabxanaları toplanmışdı. Məhz bu kolleksiya gələcək kitabxananın əsasını təşkil etdi.

Kitabxananın görkəmli kitabxanaçıları arasında bunları qeyd etmək lazımdır: əlyazmalar kataloqunu tərtib edən Yoahim Felleri, Əlifba kataloqunu təqdim edən Kristian Gottlieb Joher, kitabxananı elmi prinsiplər əsasında yenidən təşkil edən Ernst Qotgelf Gerşorff.

XIX-cu əsrin sonlarında kitabxananın fondları o qədər böyüdü ki, təcili olaraq daha böyük binalara köçməyə ehtiyac yarandı. 1891-ci ildə kitabxana Arved Rossbah tərəfindən neorenessans üslubunda dizayn edilmiş yeni binaya köçdü. Yeni kitabxana binası Saksoniya kralı Albertinin (1828–1902) şərəfinə Albertina adlandırıldı.

İkinci Dünya müharibəsi zamanı hava hücumları nəticəsində kitabxana binası qismən dağıdıldı. 1945-ci ilin sentyabrında kitabxananın kolleksiyası sovet qoşunları tərəfindən aşkar edilmişdir. Qiymətli kitabları və əlyazmaları SSRİ-yə göndərmək üçün 85 dəmir yolu vaqonu tələb olunurdu.

Müharibədən sonrakı onilliklər ərzində kitabxananın yalnız sol, zədələnməmiş qanadından istifadə edilirdi. Yalnız Almaniyanın birləşməsindən sonra 1994-cü ildə əsas binanın geniş bərpası, genişləndirilməsi və yenidən qurulması başlandı. Təmir və bərpa işləri 2002-ci ilə qədər davam etdi.

Bu gün Albertina Leypsiqin əsas universitet kitabxanası, humanitar elmlər üzrə mərkəzi kitabxana və Leypsiq Universitetinin arxiv kitabxanasıdır.

Kolleksiyaları

[redaktə | mənbəni redaktə et]

Kitabxananən kolleksiyası hazırda 5,5 milyon cilddən çox, o cümlədən 8700 əlyazma və 3600 incunabula, XVI-cı əsrə aid 25000 qravüra və təxminən 6500 jurnaldan ibarətdir. Ümumi fondun təxminən 3,5 milyonu hazırda jurnallarda saxlanılır, qalanları üç əsas oxu zalında sərbəst şəkildə mövcuddur.

Burafa PapirusOstrakların əhəmiyyətli kolleksiyası da var. Kolleksiyalar arasında ən qədim tibbi traktatlardan biri olan Papirus Ebers (təxminən e.ə. 1525-ci il) və ya ən qədim qorunub saxlanılan dünya salnaməsinin qalıqları olan Leypziger Velçroniki var. Papirus Ebers qədim Misirdən sağ qalmış ən uzun və ən qədim tibbi əlyazmadır və təxminən e. ə. 1600-cü ilə aid edilir.[3]

2014-cü ildən kitabxana media, kommunikasiya və kinoşünaslıq üzrə "adlr.link" mütəxəssis məlumat xidmətini inkişaf etdirir. Alimlər üçün mərkəzi axtarış portalı 2016-cı ildən onlayn fəaliyyət göstərir.[4]

  1. https://www.ub.uni-leipzig.de/standorte/bibliotheca-albertina/.
  2. https://www.ub.uni-leipzig.de/ueber-uns/taetigkeitsberichte/.
  3. "Arxivlənmiş surət". 2024-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  4. "Arxivlənmiş surət". 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]