Lili Kraus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lili Kraus
alm. Lili Kraus
Ümumi məlumatlar
Doğum tarixi 3 aprel 1903(1903-04-03)[1]
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1986(1986-11-06)[1][2][…] (83 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti klassik pianoçu[d], bəstəkar
Janr klassik musiqi
Musiqi aləti piano
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lili Kraus (3 aprel 1903[1], Budapeşt[3]6 noyabr 1986[1][2][…]) — macar əsilli pianoçu.

Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı.

Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela KodayBela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı.

Lili Kraus tezliklə MotsartBethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, YaponiyayaCənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.

Müharibədən sonra Yeni Zelandiyada yaşadı və burada xoşbəxt həyat sürərək ömrünü musiqi bəstələməyə və tədris etməyə həsr etdi. Yeni Zelandiya vətəndaşı oldu və karyerasını bərpa edərək dərs vəsaitlərini geniş şəkildə təqdim etdi. 1950-ci illərin əvvəllərində Henri Temianka ilə birgə Bethovenin bütün sonatalarını ifa etdi. 1967-ci ildən 1983-cü ilə qədər Fort-Uortda Texas Xristian Universitetində rəssam-müəllim kimi tədris etdi. Bundan sonra Şimali Karolina ştatının Aşvill şəhərinə köçərək ömrünün sonuna kimi burada yaşadı.

Krausun həyat yoldaşı Otto Mandl (1889–1956) mədən mühəndisi və filosof olan zəngin bir yəhudi (daha sonra Katolik dinini qəbul etdi) idi. 1930-cu ilin 31 oktyabrında ailə həyatı qurdular və Mandl Krausun karyerasını inkişaf etdirmək üçün öz biznesini satdı.[4] Cütlüyün Rut və Maykl adlı iki övladı vardı.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Societies A. C. o. L., Press O. U., Shipley L. P. Lili Kraus // Kraus, Lili (04 March 1903?–06 November 1986), concert pianist (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1802384
  3. 1 2 Kraus Lili // biografiA: Lexikon österreichischer Frauen (alm.). 2016. Vol. 2. S. 1799. ISBN 978-3-205-79348-9 doi:10.7767/9783205793489
  4. 1 2 "Lili Kraus: The First Lady Of The Piano" (PDF). 2021-02-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-07-02. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]