Liverpul — Böyük Britaniyada şəhər. Mersisayd qraflığının mərkəzi, Mersi çayının sağ sahilindədir. Mühüm nəql qovşağı. İlk dəfə mənbələrdə Liverpul adı təqribən 1191-ci ildə çəkilir. 1207-ci ildə şəhər hüququ almışdır.
Klassisizm üslubunda Old-Blü-Kot qospitalı (1714–18) və ratuşa (1748–97), neoklassisizm üslubunda Sent-Corc-Holl şəhər zalı (1842–54) və ingilis bankı (1845–48), neoqotika üslubunda kilsə (1904–24). Katolik kilsəsi (1967) var. Yerli futbol klubu — Liverpul FK.