40°22′55″ şm. e. 49°50′50″ ş. u.HGYO

Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (Bakı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi
Xəritə
40°22′55″ şm. e. 49°50′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Ş.Əzizbəyov küçəsi, 205
Aidiyyatı Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası
Tikilmə tarixi XIX əsr
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.3023
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (Bakı)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir.

Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır.

Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.