Müzakirə:Adi Sibir porsuğu

Vikipediya, azad ensiklopediya
Ən son rəy:3 il öncə, Sebirkhan tərəfindən "Wolverine/Росомаха Azərbaycanca nədir?" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Wolverine/Росомаха Azərbaycanca nədir?

[mənbəni redaktə et]

Salam, İstifadəçi:Burocan, mən Qütb porsuğu məqaləsinin adını və məlumatını Sibir porsuğu olaraq adlandırdım. Bunun mənbəsini Azərbaycan dilinin rəsmi saytından götürdüm (www.azleks.az) və qeyd yerinə bunu əlavə etdim, eyni söz başqa lüğətlərdə də işlənir (obastan.com və s.). Lakin, Siz məqaləni heç bir qeyd yazmadan keçmiş vəziyyətə bərpa etdiniz. Xahiş edirəm, bu mövzuya dəqiqliq gətirin, çünki Wolverine/Росомаха sözü Azərbaycan dilində "Sibir porsuğu" adı ilə tanınır, və olan lüğətlər bunu təsdiq edir, heç bir lüğətdə "Qütb porsuğu" deyilən bir şey yazılmayıb. Sebirkhan (müzakirə)

Hər iki lüğətdə "Sibir porsuğu" yazılıb. [1], [2]NMW03 (müzakirə) 15:10, 28 may 2021 (UTC)Cavabla
Hər vaxtınız xeyir, Sebirkhan. Bu cürə texniki məsələlərdə istifadəçilərin müzakirə səhifələrinə müraciət edə bilərsiniz. Qeyd etdiyiniz məqalə başlığına gəldikdə isə, mənbələrdə yekdil fikir yoxdur. "Qütb porsuğu", "Sibir porsuğu" hətta "Şimal porsuğu" adı belə istifadə olunur. Bundan əlavə, sözügedən "Azleks" layihəsinin vebsaytı "Azərbaycan dilinin rəsmi saytı" deyil, özəl bir nəşriyyatın təşəbbüsüdür. — Burocan (müzakirə) 18:26, 28 may 2021 (UTC)Cavabla
Nəzərinizə çatdırım ki, Azərbaycan dilinin nizamlaşdıran organı AMEA dilçilik institudur və həmin sayt AMEA institutu doktorları tərəfindən idarə olunur, amma əsas o deyil, əsas odur ki orda işlənən lüğətlərin belə mənbələri var. Sizi müzakirə dəvət edirəm ki, bu sual çözək Sebirkhan (müzakirə) 18:41, 28 may 2021 (UTC)Cavabla
Burocan, azerdictobastan saytında da "sibir porsuğu" yazılıb. Əslində yazdığınız yanlışdır. Bu saytlar özlərindən lüğət uydurmurlar ki. Dilçilik İnstitutu tərəfindən yayımlanmış lüğəti elektron halda təqdim edirlər. NMW03 (müzakirə) 19:34, 28 may 2021 (UTC)Cavabla
Aydındır, NMW03. Ola bilsin mənim mənbəm etibarlı olmayıb. Üzrlü hesab edin Sebirkhan. Redaktələrinizi ən qısa müddətdə bərpa edəcəyəm. — Burocan (müzakirə) 20:06, 28 may 2021 (UTC)Cavabla
Salam Aleykum. Bu məqaləni mən rus dilindən azərbaycan dilinə tərcümə etmişəm. Açığı uzun illər əsasəndə Şimal Buzlu okeanın adaları, Kamçatka və Arktik qurşağın təbiətinə aid məqlələri tərcümə edərkən Rosmaxa çox qarşıma çıxıb ancaq heç bir tərcümə lüğətində qarşılığını tapa bilməmişəm. Axırda Şimal porsuğu: Ölməzlik (film, 2013) vastəsi ilə anlamını tapmışam. Sadəcə bizim dilə elmi məlumatların çoxunun ruslar vastəsi ilə gəlməsi səbəbindən sibir porsuğu adı verilib. Məntiqə qalsa isə bu canlılar təkcə Sibirdə yaşamır. Amma elmi nədirsə o da yaılmalıdır. Ancaq "Qütb porsuğu", "Şimal porsuğu" adlarının alternativ adlar kimi qalmasıda mümkündür.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q 20:24, 28 may 2021 (UTC)Cavabla
Bu aydındır ki, bu heyvan ancaq sibirdə yaşamır, amma dərinə biologiyaya girsək bilinir ki, həm insanlar, həm də birçox canlılar Amerika qitəsində Sibirdən köç ediblər. O ki qaldı gulo gulo heyvanına, məncə bu aydın məsələdir ki bizim (Azərbaycan) dilimizdə Amerikada yaşayan bu heyvanın tayına bizim tarixi sözümüz yoxdur, amma elm də bunu qəbul edir ki gulo gulo heyvanının əsas üzvü gulo gulo gulodur, yəni bu heyvanın Sibirdə yaşayan tayı, adədən elmdə bir heyvanın adı təkrarlanırsa Azərbaycan dilində ona "əsl" sözü əlavə olunur. Mənim təklifin budur:
gulo gulo – sibir porsuğu
gulo gulo gulo – əsl sibir porsuğu
gulo gulo luscus – şimali amerika porsuğu

nədən mən "qütb porsuğu" kəliməsinə qarşı durdum? çünki bu söz nə ədəbiyyatda işlənməyib, nə lüğtlərdə, həm də əsas səbəb odur ki bu porsuqların hamısı Şimal Qütb dairəsi içində yaşamır, ona orta Sibir bölgəsində də rast gəlmək olar. Bu sadəcə mənim təklifimdir və müzakirə davamına və tənqidə hazıram Sebirkhan (müzakirə) 12:17, 29 may 2021 (UTC)Cavabla