Müzakirə:Ana səhifə

Vikipediya saytından
(Müzakirə:Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:10 gün öncə, Gadir tərəfindən "Xəbərlər bölməsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
float
float
float
float

Bu müzakirə səhifəsi yalnız Ana səhifəyə aiddir.

Digər suallar burada verilməməlidir.


Əgər sizin Ana səhifəyə aid olmayan suallarınız varsa,

Kənd meydanına müraciət edin.
Arxivə buradan baxa bilərsiniz.
Mövzu əlavə et

Türk dilli Vikipediyalar

[mənbəni redaktə et]

Salam. Ana səhifədən Türk dilli Vikipediyalara keçidin yığışdırılmasını təklif edirəm. Bu keçidlərin heç bir əhəmiyyəti yoxdur. Eminn (müzakirə) 20:15, 20 aprel 2024 (UTC)Cavabla

Mümkünsə kimsə keçid verilən vikilərdən neçəsində(hansılarda) oxşar bölmənin olduğunu qeyd edərdi də.— Bikar müzakirə 20:23, 20 aprel 2024 (UTC)Cavabla
Cənubi Azərbaycan, Çuvaş, Krım-tatar, Qaraqalpaq, Özbək, Tatar, Tıva, Türkmən, Uyğur, Yakut dillərində mövcuddur. Çoxunda var. Amma bununla nə demək istəyirik? Əsas məsələ budur. Turan ideyasını təbliğ edirik? Ana səhifəyə daxil olan istifadəçini həmin dillərə niyə yönləndiririk ki? Eminn (müzakirə) 20:30, 20 aprel 2024 (UTC)Cavabla
Məncə də o bölməni ləğv etmək lazımdır. Araz Yaquboglu (müzakirə) 03:30, 21 aprel 2024 (UTC)Cavabla
Niyə görə? Orada təbliğlik nə var ki? Sadəcə qeyd olunub. Türkdilli vikipediyaların bir arada olması və qeyd olunması yaxşıdır düşünürəm. Durur da, nə zərəri və maneəçiliyi var ki? Niyə görə hesab edirsiniz ki əhəmiyyəti yoxdur? Bir vaxtlar "günün seçilmiş şəkli" bölməsinin də yığışdırılmasını təklif etdiyinizi xatırlayıram. Hörmətlə, Gadirmüzakirə 03:43, 21 aprel 2024 (UTC)Cavabla
Hər halda ingilisdilli versiyadakı kimi digər vikipediyaları da qeyd etmək olar, cari məqalə sayı ilə. Amma bunlar da qalsın, cari məqalə saylarını qeyd etmək olar. Hörmətlə, Gadirmüzakirə 03:44, 21 aprel 2024 (UTC)Cavabla
@Atakhanli, @White Demon, @Sura Shukurlu, @Samral, @Solavirum, @Nemoralis kimi istifadəçilərin də fikirləri maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 03:48, 21 aprel 2024 (UTC)Cavabla
Eminn Həmin bölmədə Azərbaycan dilinə yaxın olan digər dil bölmələri göstərilib sadəcə, burada Turan falan quran və ya qurmaq istəyən kimsə də yoxdur. O zaman belə çıxır ki, sizin də mənsubu olduğunuz "Türkdilli vikimediyaçılar" istifadəçi qrupunun vikimediaçılarıda turanı təbliğ edir ? Hərdən burada təklif xətrinə təkliflər verilir. Bunu qətiyyən doğru hesab etmirəm. — Bu imzasız yazı Baskervill (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 05:51, 21 aprel 2024 (UTC)Cavabla
@Gadir, istifadəçi qrupunun məqsədləri qeyd edilib. Ana səhifədə olmasının önəmi nədir məsələn? Biz istifadəçiləri niyə həmin vikipediyalara yönləndiririk? Zərəri və maneəçiliyi yoxdur, bəs faydası nədir? Şəkil bölməsinin ləğvini ona görə istəmişdim ki, orda başlıq yazmırıq, sadəcə şəkil yerləşdiririk. Baxan istifadəçilər məlumat əldə etmirlər. Eminn (müzakirə) 06:55, 21 aprel 2024 (UTC)Cavabla
Həmkar, hər ikisini də müzakirəyə çıxara bilərsiniz, əlbəttə. İndi mövzumuz barədə fikir bildirəcəm. Məncə, qalması məsləhətdir. Çünki Azərbaycan dili də türk dilidir və orada türkdilli vikilərin qeyd edilməsində problem görmürəm, düzdü, zəruri də deyil, amma hər halda qalması daha yaxşıdı. Faydası odur ki, oxucu digər türk dillərindəki məzmunla da və vikilərlə də tanış ola bilər rahat şəkildə. Həmçinin yuxarıda qeyd etdiyim təklifi də icra edə bilərik. İngilisdilli versiyanın ana səhifəsinə nəzər yetirin. Hörmətlə, Gadirmüzakirə 07:00, 21 aprel 2024 (UTC)Cavabla
Digər tərəfdən Baskervill düz deyir, o zaman o qrupu da ləğv edək ki, Turan ideologiyasının təbliği üçün bir araya yığışırıq? :)) Hörmətlə, Gadirmüzakirə 07:02, 21 aprel 2024 (UTC)Cavabla
@Gadir hələ Vikimedia fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş Türk Vikimedia Konfransına nə demək olar ? Qalması daha məqsədə uyğundur. Ləğv edilməsi üçün tutarlı arqument yoxdur. Arqumentlər bir növ mən görmək istəmirəm, mənə belə xoşdur təəssüratı yaradır. Baskervill 07:07, 21 aprel 2024 (UTC)Cavabla
Həmin bölmənin olmasının heç bir əhəmiyyəti yoxdur. İngilis, alman, holland, isveç, dan, norveç, şotland və s. dilləri german dilləri qohum dillərdi, german dilləridir. Amma EnViki həmin dilləri ana səhifəsində bu cür göstərir? Ya da RuVikidə slavyan dilləri üçün ana səhifədə ayrıca bölmə var? EnVikidə heç simple enviki üçün belə keçid yoxdur. Mənə çox maraqlıdır ki, indiyə qədər neçə nəfər ana səhifənin həmin bölməsi ilə digər türkcə vikilərə keçid edib. Ondansa fransızca, rusca, ispanca və s. kimi böyük dil bölmələrinə keçid qoymaq daha məntiqlidir. Mən vallah həmin vikilərə daha çox girmişəm, nəinki bu qeyd olunan dillərə. Kosmik Ozan utora! 11:20, 21 aprel 2024 (UTC)Cavabla
Envikidəki kimi məqalə sayına görə düzə bilərik, təkrar tərtib edərik. Dediyim kimi, bu zəruri deyil, sadəcə olmağı yaxşıdır demişəm, oda ki, subyektiv fikrimdir. Hörmətlə, Gadirmüzakirə 11:22, 21 aprel 2024 (UTC)Cavabla
@Baskervill, eynilə əks arqumetlər də "bizə belə xoşdur, qalmasını istəyirik" təəssüratı yaradır. Problemi yoxdur, qalsın. 2006-cı ildən Ana səhifədə yerləşdirmişik. Heç o vaxt da bir müzakirə getdiyini tapa bilmədim. Sadəcə @Mehrdad səhifəni yaradıb və əlavə edib. Eminn (müzakirə) 08:06, 21 aprel 2024 (UTC)Cavabla
Vikinin təzə vaxtları olub, indi belə bir şey edəsi olsaq, konsensusla hərəkət edərdik, təbii ki. Qalsın deyirsinizsə, qalsın da)) Özünüz də problem olmadığını qeyd edirsiniz. Əsas odur ki, VP:MİLLİ pozulmayıb ki. Hörmətlə, Gadirmüzakirə 08:08, 21 aprel 2024 (UTC)Cavabla
Ləğv olunmalıdır. O vaxtı türklər ləğv etmişdi. Rusca vikidə görmüsünüz ki, slavyan dilləri üçün hissə olsun Ana səhifədə? Ya da envikidə german dilləri üçün? Azərbaycan dilinin lüğətində çoxlu ərəb-fars mənşəli söz var, hətta türk dilləri arasında ən çox bu sözlərə malik olanıdır, onda samidilli və irandilli vikipediyaları da qoyaq. --► Hörmətlə: SolaVirum 10:12, 21 aprel 2024 (UTC)Cavabla
Azərbaycan dili türk dilidir axı, ona görə türkdilli vikilər qoyulub. Envikidə məqalə sayına görə edirlər. Elə bir şeyə necə baxırsız? Hörmətlə, Gadirmüzakirə 11:18, 21 aprel 2024 (UTC)Cavabla

✅Y Müzakirəyə əsasən həmin bölmə silindi. Hörmətlə, Gadirmüzakirə 13:36, 1 iyun 2024 (UTC)Cavabla

Şəkil

[mənbəni redaktə et]

@Toghrul R günün seçilmiş şəklinə baxardız. Araz Yaquboglu (müzakirə) 05:07, 14 may 2024 (UTC)Cavabla

@Araz Yaquboglu, ✔ Yerinə yetirildi, @Toghrul R, yeri gəlmişkən, həmin bölmə mobil versiyada görünmür. Türkdilli Vikipediyalar bölməsi də görünmürdü, amma o zatən konsensusla silindi. Hörmətlə, Gadirmüzakirə 13:51, 1 iyun 2024 (UTC)Cavabla

Təsadüfi səhifə

[mənbəni redaktə et]

Salam. Menyudakı bu ifadəni, təklif edirəm ki, "Təsadüfi məqalə" olaraq dəyişək, onsuz həmin keçid oxucuya məqalə təklif edir, digər səhifələr yox. Hörmətlə, Gadirmüzakirə 15:52, 15 may 2024 (UTC)Cavabla

Məncə də. Kosmik Ozan utora! 16:33, 15 may 2024 (UTC)Cavabla
Siyahılar necə? Araz Yaquboglu (müzakirə) 18:42, 15 may 2024 (UTC)Cavabla
Araz bəy, onlar da "məqalə" gedir. Siyahı məqalələr. Fakt məqalə ad fəzasından başqa səhifə çıxmır orada. Sırf buna görə siyahılara səhifə demək doğru deyil, məncə. Hörmətlə, Gadirmüzakirə 18:45, 15 may 2024 (UTC)Cavabla
@Nemoralis, bunu həll edə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 20:55, 18 may 2024 (UTC)Cavabla
Burda söhbət hansı menyudan gedir? Soldakı sidebardırsa müzakirə niyə Ana səhifədə açılıb? İfadəni translatewiki:MediaWiki:Randompage/az səhifəsindən dəyişmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, translatewikidən edilən tərcümə bütün layihələrdə eyni olacaq. Yəni vikisitatda filan da "məqalə" yazılacaq. Nemoralis (müzakirə) 21:02, 18 may 2024 (UTC)Cavabla
Bəli, onunla bağlıdır. Əslində indi fikir verdim, haqlısız ana səhifəyə aid bilib burda açmışam səhvən. Yox, o layihələrdə uyğun olmayacaq, sadəcə bunun üçün edə bilmərik? Hörmətlə, Gadirmüzakirə 21:09, 18 may 2024 (UTC)Cavabla
Lokalda yarada bilərsiniz: MediaWiki:Randompage Nemoralis (müzakirə) 21:12, 18 may 2024 (UTC)Cavabla
Təşəkkür edirəm. Vaxt edib imkan olsa aşağıdakı başlığa da nəzər yetirə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 21:15, 18 may 2024 (UTC)Cavabla

Həftəlik SM, YM, SS məqalələr

[mənbəni redaktə et]

Salam. Seçilmiş məzmunla bağlı qeydlər olsa ki, x məqalə ən son bu vaxt ana səhifəyə çıxıb, hesab edirəm, çox yaxşı olardı. Hörmətlə, Gadirmüzakirə 20:55, 18 may 2024 (UTC)Cavabla

Eyni zamanda müvafiq məqalələrin müzakirə səhifələrində də bu qeyd edilsə yaxşı olar. Hörmətlə, Gadirmüzakirə 21:00, 18 may 2024 (UTC)Cavabla
Məsələn, müəyyən müddət, yəni həftə ana səhifəyə çıxmamış məqalələr deyə siyahı olsa çox gözəl olar, texniki olaraq da mümkün olub alınsa belə bir şey. Hörmətlə, Gadirmüzakirə 21:08, 18 may 2024 (UTC)Cavabla

Yenilənmə

[mənbəni redaktə et]

Salam. Təklif edirəm ki, ana səhifənin yenilənməsində Azərbaycan vaxtından istifadə edək. Nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 20:03, 26 may 2024 (UTC)Cavabla

@Gadir, Azərbaycan vaxtının Azvikidə tətbiq edilməsi dəfələrlə müzakirə edilib və icma qərar verib ki, Vikipediyanın öz vaxtı daha məqsədə uyğundur. Axı bura Azərbaycan yox, azərbaycanca vikipediyadır. Azvikiyə təkcə Azərbaycandan daxil olmurlar. Kholat Syakhl (müzakirə) 13:23, 2 iyun 2024 (UTC)Cavabla
Lokal vaxtın ümumi tətbiqi yox, ana səhifənin yenilənməsi üçün tətbiqi nəzərdə tutulub bu başlıqda. Hörmətlə, Gadirmüzakirə 13:41, 2 iyun 2024 (UTC)Cavabla
@Gadir sizcə buna ehtiyac varmı ? Kholat Syakhl (müzakirə) 13:45, 2 iyun 2024 (UTC)Cavabla
Mən lokal vaxt təklifini də hələ də dəstəkləyirəm, amma onun çox fərqi yoxdu. Ana səhifə isə hesab edirəm Bakı vaxtı ilə yenilənsə, daha yaxşı olar. Bu, mənim fikrimdir, təbii ki. Hörmətlə, Gadirmüzakirə 13:47, 2 iyun 2024 (UTC)Cavabla

Xəbərlər başlığı ilə bağlı yeniliklər

[mənbəni redaktə et]

Nemoralis, Gadir zəhmət olmasa yuxarıdakı xəbəri müvafiq bölməyə əlavə edərdiniz. Hörmətlə;— Kholat Syakhl (müzakirə) 13:25, 2 iyun 2024 (UTC)Cavabla

✅Y Cari həftəyə və növbəti həftəyə əlavə olundu. Hörmətlə, Gadirmüzakirə 13:45, 2 iyun 2024 (UTC)Cavabla

23-cü Həftənin seçilmiş məqaləsi

Nemoralis, Ana səhifədəki həftənin seçilmiş məqaləsinin həcmi çox böyükdür. Zəhmət olmasa bu səhifədəki məzmun ilə əvəz edərdiniz Sözügedən keçiddə Ana səhifə ilə bağlı digər məsələlərdə qeyd edilib. Məsələn, seçilmiş siyahını ortadan bölmək lazımdır. Yaxşı məqalənin sonuncu cümləsini isə həcmi böyük olduğu üçün çıxarmaq gərəkdir. Hörmətlə;— Kholat Syakhl (müzakirə) 06:01, 3 iyun 2024 (UTC)Cavabla

@Kholat Syakhl, diqqətin üçün təşəkkür edirəm. Mən də elə hiss etmişdim, sabah baxacaqdım, @Araz Yaquboglu bəy həll edib artıq. Siyahıya isə düzəlişləri məni qabaqlayan olmazsa, bir azdan edirəm.)) Hörmətlə, Gadirmüzakirə 10:36, 3 iyun 2024 (UTC)Cavabla
@Gadir təşəkkür edirəm ✌️ Kholat Syakhl (müzakirə) 10:50, 3 iyun 2024 (UTC)Cavabla

Xəbərlər bölməsi

[mənbəni redaktə et]

@Atakhanli, @Nicat49, @Kholat Syakhl, salam. Ana səhifə ilə maraqlanan istifadəçi/inzibatçı kimi fikirləriniz maraqlıdır. Sizcə, bu bölmədə max neçə başlıq olsun? Yenilər əlavə olunduqca köhnələr altdan-altdan silinməlidir, yoxsa siyahı bitmədən uzana-uzana gedir. Vizuallıq da pozulur. Bura xəbər lenti deyil, onu da nəzərə alaraq, fikirləriniz maraqlıdır. Envikidə 4-ü keçmirlər, məsələn. Təbii ki, bizə nisbətən ora daha tez-tez yenilənən yerdir. Hörmətlə, Gadirmüzakirə 07:08, 4 iyun 2024 (UTC)Cavabla

@Gadir, 5 və yaxud 6 başlıq olmalıdır. Bəzi xəbər məzmunlarının uzun olduğunu nəzərə alıb, 5 başlıq etmək də olar. Hər yeni xəbər əlavə edildikcə ən aşağıdakı xəbər arxivləşdirilməlidir. Əgər tanınmış bir şəxs vəfat edibsə, onu ayrıca xəbər kimi yazmağın tərəfdarı deyiləm. Məsələn, Məmməd Məmmədov vəfat edibsə biz onu filankəs, filan yaşda vəfat edib kimi yox, aşağıda son ölümlər xanasında təqdim etməliyik. Sözügedən bölmə 5-6 il bundan əvvəl mənim tərəfimdən yaradılıb və hesab edirəm ki, Azvikinin ən uğurlu bölmələrindən biridir. Son olaraq şəkil məsələsini qeyd edim. Xəbərlər və Bilirsinizmi bölmələrində təqdim edilən fotoların həcmləri 110-120px-dən çox olmamalıdır. Bəzi həmkarlar 180px-lik fotonu ora əlavə edirlər və bu vizual baxımından çox pis görünür. Bu qədər. Hörmətlə; Kholat Syakhl (müzakirə) 07:13, 4 iyun 2024 (UTC)Cavabla
Bir də aktivlik yoxdur, ona görə əmin deyiləm ki, lazımi maraq olacaq ya yox. Enviki kimi biz də müvafiq alt bölmə yaradıb ora da hansı xəbərlərin əlavə edilib-edilməməsi, diqqətəlayiq olub-olmaması barədə müzakirə (səsvermə) edə bilərik. Amma düşünün ki, 1 həftəyə qərar verənə kimi o xəbər də köhnəlsin artıq. Ona görə də bilmirəm necə olar. Hər halda gələcəkdə olar, indi olmasa da. Son ölümlərlə bağlı fikrinizlə razıyam, bəli. Hadisədə ölənləri də eləcə, hadisə qeyd edilərkən ad da qeyd olunur, bir də son ölümlərə əlavə etmə lüzumu yoxdur, açığı. Piksellərə diqqət edirəm mən. Hörmətlə, Gadirmüzakirə 07:16, 4 iyun 2024 (UTC)Cavabla
Gadir, Envikidə olan güncəl portalını Azvikidə də, yaradıb, Xəbərlərlər bölməsinə əlavə etmək lazımdır. Bəzi xəbərlər var ki, lokal xarakter daşıyır və Ana Səhifəyə çıxarılacaq qədər əhəmiyyətli olmur. Bütün bunlar isə siz demiş aktivlik üzərində qurulmuş məsələlərdir. Azviki kiçik icmadır və bizim kimi 70-80 vikipediyaçının olduğu vikilərdə belə xəbərlər bölməsi mövcuddur. Vallah mən türkməncə kimi vikipediyalara baxanda, Azvikinin halına min dəfə şükür edirəm. — Kholat Syakhl (müzakirə) 07:22, 4 iyun 2024 (UTC)Cavabla

Salam. Əlbəttə ki, müəyyən limit olmalıdı. Minimum 5, maksimum 6 başlığın saxlanılmasının lehinəyəm. Son ölümlər bölməsinin də həmçinin. İndiki halda cəmi 2 şəxs qeyd olunub.— Nicat49   müzakirə 20:12, 4 iyun 2024 (UTC)Cavabla

Ora əlavə etməyə məqalə yoxdu. Mövcud olmayan mövzuları da əlavə edə bilmərik, ona görə 2 nəfərdir. Onların da üstündən xeyli vaxt keçib, köhnəliblər, boş qalmasın deyə saxlanılıb. Amma lokal viki vəziyyəti də nəzərə alıb max son 1 ay içində ölənləri saxlamaq olar. 7-8 nəfər olar yəqin ki. Hörmətlə, Gadirmüzakirə 20:24, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir əvvəlki ayların da ölüm statistikasına göz gəzdirin. — Bikar müzakirə 20:27, 4 iyun 2024 (UTC)Cavabla
Baxdım. Yarı-yarı yaxud 3 dəfəyə 1 aya sığışdırmaqla əlavə etmək olar, amma bəzən ora əlavələr edilir və məqalələr yaradılır. Hörmətlə, Gadirmüzakirə 20:29, 4 iyun 2024 (UTC)Cavabla
Maydakıları əlavə etdim. Hörmətlə, Gadirmüzakirə 20:33, 4 iyun 2024 (UTC)Cavabla

"Seçilmiş siyahı" bölməsi

[mənbəni redaktə et]

Bu bölmənin ləğvini, daha doğrusu, digər seçilmiş bölmə ilə birləşdirilməsini təklif edirəm. Onsuz da mahiyyətcə ikisi də seçilmiş məqalədir, əhatəli siyahılar olanda onu ana səhifəyə çıxararıq, belə də ana səhifə çox uzun görünür və vizuallıq korlanır. En və trvikidə də seçilmiş məzmunla bağlı 2 məqalə var və ana səhifələri bizə nisbətən daha yığcamdır. Fikirləriniz maraqlıdır. Yeni ana səhifənin tərtibatı ilə bağlı yaxında təklif verəcəm. Hörmətlə, Gadirmüzakirə 14:14, 8 iyun 2024 (UTC)Cavabla

Xəbərlər bölməsi

[mənbəni redaktə et]

@White Demon, @Atakhanli, @Nicat49, salamlar, bu bölmə ilə maraqlanan inzibatçı həmkarlar. {{Xəbərlər}} şablonu yaradıb ana səhifəyə əlavə etdim, düşündüm ki, belə daha səmərəli və rahat olar. Vahid səhifədən yenilənən bölmə kimi, bu bölmə ilə maraqlana bilərsiniz. Lütfən növbəti dəfə əlavələrinizi bu səhifədən edin. Belə silib-pozmaq, düzəliş etmək də bizə daha rahat olacaq. Hörmətlə, Gadirmüzakirə 15:01, 15 iyun 2024 (UTC)Cavabla