Müzakirə:Həyat

Vikipediya saytından
Ən son rəy:1 il öncə, Vahid Məmmədov tərəfindən "Üzvi maddələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir." mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Üzvi maddələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir.

[mənbəni redaktə et]

bu cümlə elmi olaraq tamamilə səhvdir. üzvi maddə çoxalma qabiliyyətinə malik ola bilməz. onu edə bilən sadəcə canlıdır. Araz Zeyniyev (müzakirə) 17:19, 21 dekabr 2022 (UTC)Cavabla

Salam @Araz.Zeyniyev, məlumatdakı yanlışlığı bildirdiyiniz üçün təşəkkür edirəm, qeyd etdiyiniz məlumat düzəldildi. —Vahid Məmmədov 18ː16, 21 dekabr 2022 (UTC)
@Vahid Məmmədov diqqətiniz üçün təşəkkür ancaq bu halda da səhvdir. ümumiyyətlə maddə ilə birləşmə arasında fərq yoxdur, xüsusilə sözügedən konteksdə. belə başa düşürəm ki, cümlə ing. vikidən tərcümə olunub. cümlənin əsli çox mürəkkəbdir və azərb. versiyasında bölünüb və məna doğru deyil. Araz Zeyniyev (müzakirə) 16:37, 22 dekabr 2022 (UTC)Cavabla
Cənab Məqalənin yaradıcısı mən olmasamda vaxtı ilə məqaləni başdan sona qədər vikipediya Türkiyədən mən tərcümə edərək zənginləşdirmişəm. Sizin ilk iradınızdan sonra mən yenidən vikipediya Türkiyədən məqaləni müqayisə etdikdə o sözün əslinin üzvi maddələr yox üzvi birləşmələr olduğunu gördüm bu səbəbdən üzvi maddələr sözünü üzvi birləşmələr olaraq dəyişdirdim. Siz ikinci dəfə irad bildirdikdə bu səfər mən vebdən üzvi birləşmələrin inkişaf və çoxalma qabiliyyətlərinə malik olub olmadığını araşdırdım və qısa araşdırmamım nəticəsinə əsasən üzvi birləşmələrin inkişaf və çoxalma qabiliyyətlərinə malik olduğunu buradan öyrəndim. Vaxt itirməmək üçün keçid linkin açdıqdan sonra Üzvi birləşmələrin funksional qruplarına görə növləri başlığın məzmununu oxuya bilərsiniz. Hesabınızda mikrobioloq olduğunuzu qeyd etmisiniz, bu səbəbdən mən sizin söylədiklərinizi təkzib etmirəm sadəcə vikipediya qaydalarına əsasən sizdə bilirsiniz ki bizim burada yerləşdirdiyimiz məlumatlar eşitdiyimiz qaynaqlara yox, yazılı qaynaqlara əsaslandırılmalıdır. Yenə iradınız olarsa xahiş edirəm çəkinməyin. —Vahid Məmmədov 20:08, 22 dekabr 2022 (UTC)Cavabla