Müzakirə:Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri

Vikipediya saytından
Ən son rəy:1 ay öncə, Abutalub tərəfindən "Başlıq" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Adlandırma

[mənbəni redaktə et]

Abutalub, fəaliyyətiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, "Azərbaycan–Monqolustan mədəni əlaqələri" kimi adlandırmalıyıq. Gadir (müzakirə) 08:35, 27 may 2023 (UTC)Cavabla

Salam, məqalə müasir dövlətlər haqqında deyil. Elxanilər və Cəlairilər dövründə müasir Azərbaycan və Monqolustan dövləti olmayıb. Ancaq hər iki xalqın mədəniyyətlərinin bir-biri ilə əlaqəsi olub.— Abutalub (müzakirə) 08:45, 27 may 2023 (UTC)Cavabla

@Abutalub, məzmuna diqqət yetirdim, sadəcə hazırkı adlandırma bir qədər qəribə gəlir. O dövlətlər mövcud olan zaman Azərbaycan adlı dövlət də mövcud olmyıb, o prizmadan yanaşacağıqsa. Mənbələrdə də qeyd etdiyim formada verilib. Məsələn, bax. Müasir dövr üçün ayrıca məqalə yaratmağı düşünürsünüz? Gadir (müzakirə) 08:58, 27 may 2023 (UTC)Cavabla
Azərbaycan dövləti mövcud olmayıb, ancaq Azərbaycan ədəbiyyatıAzərbaycan musiqisi ifadələri qeyd ediləndə bu sahələrin orta əsrlərdəki təkamülü də nəzərdə tutulur. Deməli, Azərbaycan sözü 1918-ci ildən əvvəlki dövr üçün də azərbaycanlılar üçün istifadə edilir. Ancaq Monqolustan sözü deyiləndə sırf müasir Monqolustan nəzərdə tutulur. İstəsəz, məqalənin adını Azərbaycanlı-monqol mədəni əlaqələri edə bilərik (Azərbaycanlı–erməni mədəni münasibətləri məqaləsində olduğu kimi). Müasir əlaqələrə gəldikdə isə bu məqalədə də qeyd edilə bilər, Azərbaycan–Monqolustan münasibətləri məqaləsində də.— Abutalub (müzakirə) 09:11, 27 may 2023 (UTC)Cavabla
Bəli, mən də onu qeyd edirəm ki, "Macar musiqisi" ya da "Macarıstan musiqisi" hər ikisi eyni anlayışdır. Bu da onun kimi. Qeyd etdiyiniz digər məqalə də eyni formada adlanıdırılmalıdır, məncə, hamısı. Digər keçid verdiyiniz səhifədə qısa məlumat vermək olar, amma ümumi mövzu üçün olan bu məqalədə geniş ətraflı məlumat verilərsə, daha yaxşı olar. Gadir (müzakirə) 09:15, 27 may 2023 (UTC)Cavabla
Dövləti olmayan minlərlə xalq var dünyada. Və 200 dövlətinin çoxu da tək etnik qrupun yaşadığı dövlətlər deyil. Monqolların özü də kompakt olaraq bir yerdə yaşamır. Monqolustan Uzaq Şərqdə yerləşir, monqolların yaşadığı Kalmıkiya Şimali Qafqazdadır. Daxili Monqolustan isə Çinin tərkibində monqol müxtariyyətidir. Monqol mədəniyyətinin müasir Monqolustan mədəniyyəti ilə eyni anlayışlar olmadığı fikrindəyəm.— Abutalub (müzakirə) 09:27, 27 may 2023 (UTC)Cavabla
@Toghrul R, @White Demon, @Solavirum, fikirləriniz maraqlıdır. Bildiyiniz kimi bizdə belə mövzularda millətlərin yox, ölkələrin adları qeyd edilir. Digər versiyanı yönləndirmə kimi vermək olar. Bu barədə KM-da ümumi müzakirə açmaq lazımdır? Gadir (müzakirə) 09:04, 27 may 2023 (UTC)Cavabla

Bir maraqlı faktı da qeyd edim ki, monqolların vətəni hal-hazırda Monqolustandan başqa Daxili Monqolustan (Çin), Buryatiya (Rusiya), Kalmıkiya (Rusiya) kimi ərazilərdir, hansı ki başqa-başqa bölgələrdə yerləşir. Ona görə də bütün monqol mədəniyyətini təkcə Monqolustanda aid etmək düzgün deyil.— Abutalub (müzakirə) 09:21, 27 may 2023 (UTC)Cavabla

Ana vətənləri Monqolustandır. Gadir (müzakirə) 09:23, 27 may 2023 (UTC)Cavabla
Daxili Monqolustan niyə onların ana vətəni deyil? Ərazi tarixi Monqolustanın bir parçasıdır. Orada yaşayırlar və sayları Monqolustandan çoxdur orada. Eyni məntiqlə Azərbaycan-yəhudi mədəni əlaqələri haqqında məqalə yazılarkən adını Azərbaycan-İsrail əlaqələri mi qoymalıyıq? Yəhudilərin dünyanın hər yerində yaşadığını nəzərə almayıb, hamısını İsrailə aid etməliyik?— Abutalub (müzakirə) 09:30, 27 may 2023 (UTC)Cavabla
Sizin fikrinizcə Koreya xalqının mədəniyyəti Şimali yoxsa Cənubi Koreyaya aiddir?— Abutalub (müzakirə) 09:34, 27 may 2023 (UTC)Cavabla
Elə mən də bunu vurğulayıram ki, ikisi haqda necə məqalə yaradılacaq? Ölkələrin adları qeyd edilməlidir. Bax, 1, 2. Ümumi məqalə. Hal-hazırda Şimali Koreya ilə Cənubi Koreya arasındakı siyasi bölünmə zaman-zaman mədəniyyətlərində fərqliliyə gətirib çıxarmışdır. Daxili Monqulustan üçün də ümumi olaraq Monqolustan yazılmalıdır. Siyasi və qlobal arenada Monqolustan olaraq tanınır. Ümumiyyətlə, Monqolustan dedikdə monqollar nəzərdə tutulur onsuz da. Və bəli, yəhudilərin ana vətəni də israildir. Başqa ölkələrdə yaşamaları ya da çoxluq halında olmaları o ölkələrin onların ana vətəni olması mənasına gəlmir. İsrail yazılmalıdır. İndi məsələn, Azərbaycanla Türkiyə üçün belə bir məqalə yaradılsa, başlıq necə olacaq? Azərbaycan da türk ölkəsidir, onu da nəzərə almaq lazımdır. Onsuz da mənbələrdə Azərbaycan-Türkiyə əlaqələri şəklində qeyd edilir, hər bir ölkə ilə olduğu kimi. Ana vətənləri qeyd edildikdə zatən millətləri başa düşülür. Bilirik ki, Türkiyə yazanda anadolu türkləri nəzərdə tutulur. Necə ki, Türk siyasəti yox, Türkiyə siyasəti yazıldığı kimi. Mənbələrdə hamısı belə, ölkələrin adı ilə qeyd edilir olunur, bu, sadəcə bir nümunə idi. Hörmətlə, Gadir (müzakirə) 10:05, 27 may 2023 (UTC)Cavabla
Tarixən Azərbaycan-ərəb mədəni əlaqələri də mövcud olmuşdur. Biz bunu indi İraqın, Küveytin, Sudanın və ya Mavritaniyanın adına yazmalıyıq? Monqolların ən azı iki ana vətəni var haəhazırda: Monqolustan və Çinin tərkibindəki Daxili Monqolustan. Gördüyünüz kimi ikimizin də fikrinə uyğun gələn nümunələr var.— Abutalub (müzakirə) 10:42, 27 may 2023 (UTC)Cavabla
Bizdə adətən belə mövzuları ölkələrarası qeyd edirlər. Gadir (müzakirə) 09:24, 27 may 2023 (UTC)Cavabla

Bir nümunə daha verim ingilis vikipediyasından: https://en.m.wikipedia.org/wiki/Armenian%E2%80%93Kurdish_relations

Ermənilərin Ermənistan, kürdlərin İraq Kürdüstanı dövləti olduğu halda əlaqələr erməni-kürd əlaqələri adı ilə verilir.— Abutalub (müzakirə) 10:50, 27 may 2023 (UTC)Cavabla

Bəs niyə monqol yazırıq, amma digərini də Azərbaycan yazırıq? Birini ölkə kimi veririk, digərini millət kimi. Burada başlıca problem dilimizdə və mənbələrimizdə bunun qeyd etdiyim formada, ölkələrlə qeyd edilməsidir. Türkiyə kimi bəzi hallar istisna, təbii ki. Məsələn, hamı ingilis siyasəti deyir, biz götürüb İngiltərə siyasəti yazırıq əksər hallarda. Eyni şeydir, bunu bir ölkənin adına bağlamaq nə dərəcədə doğrudur. Rus siyasətçisinə də götürüb Rusiyalı siyasətçi yazırıq. Rus yazsaq, heç kim başa düşməyəcək Rusiyalı ya da Rusiyadan olduğunu? Qeyd etdiyiniz nümunəyə baxdım. Birincisi, uyğun nümunə deyil, çünki kürdlərin hazırda "Kürdüstan" adlı müstəqil dövləti yoxdur. Bu halda, o cür qeyd edilməsi və ingilis dilində bu, normaldır. Söhbət əslində bizim dildə əsasən necə istifadə olunduğundan gedir. Macar və Macarıstanlı, ya da Macarıstan. Təxmini eyni şeylər də olsa, dəqiqləşdirmək lazımdır. Gadir (müzakirə) 10:56, 27 may 2023 (UTC)Cavabla
Ümumi prinsipcə dediyinizlə razıyam. Sadəcə bu məqalənin istisna olduğunu düşünürəm. Azərbaycanlı-monqol əlaqələri Azərbaycan-Monqolustan əlaqələrindən 600-700 il daha qədimdir. Bu məqalənin tərkibində müasir əlaqələr də qeyd edilə bilər, ancaq məqalənin adı yenə eyni qalsa yaxşıdır.— Abutalub (müzakirə) 11:07, 27 may 2023 (UTC)Cavabla
Bir məsələ də budur ki, mən məqalədə əsasən İran azərbaycanlılarının mədəniyyətindən bəhs etmişəm, hansı ki heç zaman Azərbaycan Respublikasında yaşamayıblar. Sultan Əhməd Təbrizdəndir, Əbdülqədir Marağalıdır. Buradakı Azərbaycan ifadəsi azərbaycanlıları və Azərbaycan mədəniyyətini ifadə etmək üçün istifadə edilib, Azərbaycan dövləti ilə əlaqəsi yoxdur.— Abutalub (müzakirə) 11:14, 27 may 2023 (UTC)Cavabla
İndiki halda daha yaxşı səslənir, amma biri ölkə qeyd edilib, digəri millət ilə. İndi məqalənin adı "Azərbaycanlı-monqol mədəni əlaqələri" olmalıdır? Düşünürəm ki, "Azərbaycan-Monqolustan mədəni əlaqələri" daha uyğundur. Digəri heç düzgün və xoş səslənmir. Təbii ki, yuxarıda da qeyd etdiyim kimi, ölkələrin adından istifadə millətlərini müəyyənləşdirmək üçündür. Dövlətlərlə əlaqəsi yoxdur. Gadir (müzakirə) 11:21, 27 may 2023 (UTC)Cavabla
Bizim dildəki bəzi ifadələrdə "Azərbaycan" sözü "azərbaycanlı" sözünə sinonim kimi işlənir, əks halda qəribə səslənir. Məsələn, Yaponiya mədəniyyəti əvəzinə yapon mədəniyyəti yaza bilərsən. İspan mədəniyyəti, alman mədəniyyəti və s. Amma Azərbaycan mədəniyyəti əvəzinə azərbaycanlı mədəniyyəti yazmaq çox qəribə alınır. Ona görə də məqalənin adında problem görmürəm. Şiroi Akuma 11:28, 27 may 2023 (UTC)Cavabla

Mənbənin dəqiqləşdirilməsi

[mənbəni redaktə et]

Salam @Abutalub! Musiqi bölməsinin ilk abzasında Iranicaonline-ın əsas səhifəsini mənbə kimi göstərmisiniz. Görünür xəta olub, çünki əsas səhifədə Muğamla bağlı heç nə yoxdu. Mümkünsə mənbəni tapıb əlavə edəsiniz. Hal-hazırda mən bu məqaləni tərcümə edirəm. Təşəkkürlər. Aredoros87 (müzakirə) 21:02, 7 dekabr 2023 (UTC)Cavabla

https://iranicaonline.org/articles/azerbaijan-xi. — Abutalub (müzakirə) 05:52, 8 dekabr 2023 (UTC)Cavabla

Başlıq

[mənbəni redaktə et]

@Abutalub, salamlar. "Tarixi" sözü sizcə də böyüklə verilməli deyil? Qədim Roma, Qədim Yunanıstan kimi. Hörmətlə, Gadirmüzakirə 15:54, 7 iyun 2024 (UTC)Cavabla

Qədim Yunanıstan bir sivilizasiyanın adıdır. Tarixi Azərbaycan isə sadəcə ərazidir. Məncə, fərq ondan əsaslanır. Tarixi sözünün böyük yazıldığı mənbələr varsa, dəyişdirə bilərik ancaq.— Abutalub (müzakirə) 15:57, 7 iyun 2024 (UTC)Cavabla
Doğrudur, mən də ona görə tərəddüdə düşdüm yenə də. Mənbə axtarıb hələ nəticə ilə qarşılaşanmadım. Bəlkə düzəliş verib "tarixi Azərbaycan ərazisində" yazaq? Hörmətlə, Gadirmüzakirə 16:09, 7 iyun 2024 (UTC)Cavabla
Belə götürəndə Qafqaz elə Azərbaycanı əhatə eliyir, o bəs etmir? Niyə xüsusilə vurğulayırıq ki? Məqalənin adını bir neçə dəfə dəyişdirmisiniz deyəsən. Söhbət azərbaycanlılardan gedirsə, elə əvvəlki ad normal idi. Hörmətlə, Gadirmüzakirə 16:13, 7 iyun 2024 (UTC)Cavabla
Tarixi Azərbaycan təqribən indiki İran Azərbaycanı və bizim tərkibimizdə olan Muğandır. Qafqaz dedikdə isə Şimali Azərbaycan, Borçalı, Ermənistan ərazilərini nəzərdə tutmuşam. Çünki buralarda yaşayan azərbaycanlılarda da monqol əlaqəsi var. Məqalədə söhbət əlbəttə əsasən, azərbaycanlılardan gedir, ancaq uyğurlar, qıpçaqlar və Anadolu türkləri haqqında da məlumatlar var. Belə daha geniş adlandırmadır məncə.— Abutalub (müzakirə) 16:21, 7 iyun 2024 (UTC)Cavabla
Anladım. "Qafqaz və tarixi Azərbaycan ərazisində monqol-türk əlaqələri tarixi" əlavəsinə isti baxırsız? Mahiyyəti dəyişdirmir, sadəcə daha adekvat olacağını düşünürəm. Hörmətlə, Gadirmüzakirə 16:29, 7 iyun 2024 (UTC)Cavabla
Razıyam— Abutalub (müzakirə) 16:47, 7 iyun 2024 (UTC)Cavabla