Müzakirə:Səttar xan

Vikipediya, azad ensiklopediya
Ən son rəy: 13 il öncə, Poetikcan tərəfindən
Naviqasiyaya keç Axtarışa keç

"Xan" sözü ad yox, titul olduğuna görə onun kiçik hərflə yazılması düzgün olmazdımı ?--Acategory 11:40, 9 noyabr 2010 (UTC)Cavabla

Tamamilə haqlısınız! Azərbaycan dilində yeganə düzgün yazılış "Səttarxan" dır. Bütün ədəbiyyatımızda, elmi və bədii əsərlərdə bu cür yazılıb. Ən gözəl misal Səttarxanın müasiri və Səttarxana şeirlər həsr etmiş Sabirin "Hophopnaməsi"dir. Bəs "Səttar Xan" yazılışı haradan əmələ gəlib? Bu, İran Məşrutə İnqilabı haqqında məqalələr yazan xaricilərin, birinci növbədə də ingilislərin yazılışıdır. O zamankı İranda sadə adamlar familiya işlətmirdilər, Səttarxan sözünün iki hissədən ("Səttar" və "xan") əmələ gəldiyini bilən xaricilər birinci hissəni ad, ikincini familiya kimi təqdim edirdilər, beləliklə "Sattar Khan" yazılışı yaranmışdı. Shah Abbas kimi yazılışlara bənzətmə də rol oynamışdı. --Monakhfirst 12:06, 9 noyabr 2010 (UTC)Cavabla

Əgər bu bizim tanıdığımız Səttarxandırsa, məqalənin adı və içindəki ad düzgün yazılışa gətirilməlidir. Digər dillərdə onun adının fərqli yazılması bizim yazılışı dəyişməməlidir.

Yox, əgər bu başqa Səttar xandırsa, Azərbaycan dilində titullar kiçik hərflə yazılır. Məsələn, Nadir şah, Üzeyir bəy, Filankəs koxa və s. --Acategory 13:31, 9 noyabr 2010 (UTC)Cavabla

Azərbaycanın tək bir Səttarxanı var! Bir Bağırxanı var!--Poetikcan 13:47, 9 noyabr 2010 (UTC)Cavabla

Əmirəqız Məhləsi

[mənbəni redaktə et]

Əslində daxil olmuş "Əmirxiz" ad aparılmış Məhlə adı doğru degil bəlkə daha doğrusu "Əmirə qız" doğrudur. Amirxiz əslində Əmirə qızın farslaşdirma şəklidir!