Müzakirə:Virciniya xurması

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 il öncə, Gadir tərəfindən "ad" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
[mənbəni redaktə et]

@Sortilegus, adı yer ilə əlaqəlidi? Elə olan halda Vircinia olmalıdı. Bikar Orxan (müzakirə) 19:11, 6 iyun 2023 (UTC)Cavabla

Bikar Orxan məntiqlə elə olmalıdır. Bizdə, ümumiyyətlə, "Virginiya" nəyə görə "Virciniya"dır ki? Ruslardan gələn transliterasiyadırsa, ruslar da "Virginiya" yazırlar. Mən ingilis dili mütəxəssisi olmadığım üçün bu məsələdə qərar verməkdə çətinlik çəkirəm.— Sortilegus (müzakirə) 19:22, 6 iyun 2023 (UTC)Cavabla
@Bikar Orxan, @Sortilegus, 2021-ci ilin orfoqrafiya lüğətində "Virciniya" kimi verilib. Gadir (müzakirə) 19:28, 6 iyun 2023 (UTC)Cavabla
Məncə, bu ruslardan bizə keçmiş yanlış transliterasiyanın nəticəsidir. Məsələn, ruslar Virginiya ştatına (Virciniya ştatı) Виргиния (Virginiya), Virginia Woolf-a (Virciniya Vulf) Вирджиния Вулф (Virciniya) yazıblar. Biz hamısına "Virciniya" yazırıq. Gadir orfoqrafiya lüğətimizə istinad edib, biz də o cür etibarlı mənbələrə istinad edərək yazaq. Yoxsa qarışıqlıq yaranacaq.— Sortilegus (müzakirə) 19:40, 6 iyun 2023 (UTC)Cavabla
Razıyam, @Sortilegus. Gadir (müzakirə) 19:43, 6 iyun 2023 (UTC)Cavabla