Mışovur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mışovur
pol. Myszowór
Cadugər romanlar seriyası personajı
Yaradan Andjey Sapkovski
Canlandıran Aleksandr Bednarj
Adam Levi
Məlumat
Cinsi kişi
Peşə druid, məsləhətçi

Mışovur (pol. Myszowór) – Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, druid. Bir müddət Pavettanın tərbiyəçisi olmuşdur.

Druid olan Mışovur Skelliq kralı Branın dostu və məsləhətçisidir. Pavettanın on beşinci ad günü münasibətilə Sintrada təşkil edilmiş ziyafətə qonaq gələn Mışovur, kraliça Kalantenin xahişi ilə qızın sehr üzrə tərbiyəçisi olur. Altı il sonra kraliça ona Geraltı öldürməyi əmr etsə də, qısa müddət sonra əmrini ləğv edir.

"Satqınlıq" komiksində o zaman gənc olan Mışovur Geraltı ilk dəfə Kaer Morxenə gətirir.

Polşa istehsalı olan "Cadugər" teleserialında Mışovur rolunu Aleksandr Bednarj oynayıb. Eyni adlı ABŞ teleserialında isə Mışovur obrazı Adam Levi tərəfindən canlandırılmışdır.