40°22′19″ şm. e. 49°50′20″ ş. u.HGYO

Mələkli ev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mələkli ev
Şimal-qərb fasadının görünüşü
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir N.Rəfibəyli küçəsi ilə R.Rza küçələrinin kəsişməsi
Tikilmə tarixi 1893
Vəziyyəti stabil
İstinad nöm.3349
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Mələkli ev (Bakı)
Mələkli ev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mələkli evBakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1]

Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb.

Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır.

Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori.

2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb. Mələyi yerinə qaytarıblar.[2]

Bina 1917-ci il oktyabr inqilabına qədər Sergey Tumayevə məxsus idi. Sovet dövründə binanı milliləşdiriblərYazıçılar İttifaqına veriblər. Bu binada ədiblər və nomenklatura işçiləri işləyib. Binanın tanınmış sakinləri şairlər Rəsul RzaNigar Rəfibəyli olub, binanın fasadında onların xatirəsinə lövhə quraşdırılıb.[2]

  1. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine (Распоряжение Кабинета Министров Азербайджанской Республики об исторических и культурных памятниках) (az.)
  2. 1 2 Расул Рза и Нигяр Рафибейли. Улицы, связанные одной судьбой. day.az. — 2014. — 28 yanvar.