Macarıstan Elmlər Akademiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Macarıstan Elmlər Akademiyası
MTA
Magyar Tudományos Akadémia
Loqonun şəkli
Yaranma tarixi 3 noyabr 1825
Qurucusu
mta.hu
mta.hu/english
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstan Elmlər Akademiyası (mac. Magyar Tudományos Akadémia (MTA)) — Macarıstanın ən önəmli və prestijli elmi təşkilatı. Budapeştdə Dunay çayının sahilində yerləşir. Onun əsas vəzifələrinə elmin inkişaf etdirilməsi, elmi tapıntıların yayılması, tədqiqat və inkişafı dəstəkləmək və Macarıstan elmini ölkə daxilində və dünyada təmsil etməkdir.

Akademiyanın tarixi 1825-ci ildə İştvan Seçeninin Bratislavada elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif etdiyi vaxtdan başlayır. İştvandan sonra bir sıra insanlar onun yolunu davam etdirdilər. Məqsədi Macarıstanın inkişafı və ölkədə elm və sənətin öyrənilməsi və yayılması kimi göstərildi. Müəssisə hazırkı adını 1845-ci ildə aldı.

Mərkəzi binası 1865-ci ildə Neointibah memarlığı üslubunda inşa edilmişdir. Binanın memarı Fridrix Avqust Ştüler idi.

Macarıstan Milli Elmlər Akademiyasının bölmələri

[redaktə | mənbəni redaktə et]
Akademiyanın hazırkı prezidenti Laslo Lovas. Daha əvvəl Beynəlxalq Riyaziyyat Birliyinin sədri vəzifəsində çalışmışdır.
İştvan Seçeni elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif edir.

Elmi bölmə Akademiyanın bir və ya bir neçə əlaqəli elm filialları tərəfindən təşkil olunan bir hissəsidir.

Macarıstan Elmlər Akademiyasının hazırda on bir əsas bölməsi var:[1]

  • I. Dilşünaslıq və ədəbiyyat bölməsi
  • II. Fəlsəfə və tarix elmləri bölməsi
  • III. Riyaziyyat bölməsi
  • IV. Kənd təsərrüfatı elmləri bölməsi
  • V. Tibb elmləri bölməsi
  • VI. Mühəndislik elmləri bölməsi
  • VII. Kimya elmləri bölməsi
  • VIII. Biologiya elmləri bölməsi
  • IX. İqtisadiyyat və hüquq bölməsi
  • X. Yer elmləri bölməsi
  • XI. Fiziki elmlər bölməsi

Tədqiqat institutları

[redaktə | mənbəni redaktə et]
  • Macarıstan Elmlər Akademiyasının Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi[2]
  • Macarıstan Elmlər Akademiyasının Kimya Araşdırmaları Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Astronomiya və Yer Elmləri Araşdırma Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Biologiya Tədqiqat Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Kompüter və Avtomatika Araşdırma İnstitutu
  • Macarıstan Elmlər Akademiyasının Ekoloji Tədqiqatlar Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının İqtisadi və Regional Araşdırmalar Tədqiqatları Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Enerji Araşdırmaları Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Humanitar Tədqiqat Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Dilçilik Araşdırmaları İnstitutu
  • Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutu
  • Macarıstan Elmlər Akademiyasının Eksperimental Tibb İnstitutu
  • Macarıstan Elmlər Akademiyasının Təbiət Elmləri Tədqiqat Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Nüvə Araşdırma İnstitutu
  • Macarıstan Elmlər Akademiyasının Fizika üzrə Viqner Tədqiqat Mərkəzi
  • Macarıstan Elmlər Akademiyasının Sosial Elmlər Mərkəzi

Macarıstan Elmlər Akademiyasının prezidentləri

[redaktə | mənbəni redaktə et]
Jozef Teleki 17 noyabr 1830 – 15 fevral 1855
Emil Deşöfi 17 aprel 1855 – 10 yanvar 1866
Jozef Etvöş 18 mart 1866 – 2 fevral 1871
Menhert Lonyay 17 may 1871 – 3 noyabr 1884
Aqoston Trefort 28 may 1885 – 22 avqust 1888
Lorand Etvöş 3 may 1889 – 5 oktyabr 1905
Albert Berzeviçi 27 noyabr 1905 – 22 mart 1936
Jozef Habsburq 22 mart 1936 — oktyabr 1944
Dyula Korniş 7 mart 1945 – 29 oktyabr 1945
Dyula Mour 29 oktyabr 1945 – 24 iyul 1946
Zoltan Koday 24 iyul 1946 – 29 noyabr 1949
İştvan Rusnyak 29 noyabr 1949 – 5 fevral 1970
Tibor Erdey-Qruz 5 fevral 1970 – 16 avqust 1976
Yanoş Sentaqotay 26 oktyabr 1976 – 10 may 1985
İvan T. Berend 10 may 1985 – 24 may 1990
Domokoş Koşar 24 may 1990 – 9 may 1996
Ferenç Qlatz 9 may 1996 – 4 may 2002
Silvester Vizi 5 may 2002 – 6 may 2008
Jozef Palinkaş 6 may 2008 – 5 may 2014
Laslo Lovas 6 may 2014 — indiki
  1. "Archived copy". 2014-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
  2. "Archived copy". 2014-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.