Mario Varqas Lyosa
Mario Varqas Lyosa | |
---|---|
isp. Mario Vargas Llosa | |
Doğum adı | Jorge Mario Pedro Vargas Llosa |
Doğum tarixi | 28 mart 1936[1][2][…] (88 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | roman yazıçısı, dramaturq, siyasətçi, jurnalist, esseist, ədəbiyyat tənqidçisi, universitet müəllimi[d], nasir, dramaturq, filosof, publisist, yazıçı, kinorejissor |
Fəaliyyət illəri | 1959-cu ildən |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | magik realizm |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları |
|
mvargasllosa.com | |
Mario Varqas Lyosa Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Xorxe Mario Pedro Varqas Lyosa, 1-ci markiz Varqas Lyosa, (isp. Jorge Mario Pedro Vargas Llosa, 1er Marqués de Vargas Llosa. 28 mart 1936[1][2][…], Arekipa, Peru) — Peru nasiri və dramaturqu, publisist, ictimai-siyasi xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010).
Həyatı
[redaktə | mənbəni redaktə et]Mario Varqas Lyosa 1936-cı ildə anadan olmuşdur. Xorxe Mario daha dünyaya gəlmədən, valideynləri — Ernesto Varqas Maldonado və Dora Lyosa Ureta boşanmışlar və Mario 10 yaşına qədər ailəsi haqqında bilgi sahibi olmamışdır.
Orta təhsilini Boliviyada konsul işləyən babasının yanında almış, daha sonra isə hərbi məktəbi bitirmişdir.
1953-cü ildə San Markos Milli Universitetinin (Universidad Nacional Mayor de San Marcos) Ədəbiyyat və hüquq fakültəsinə qəbul olunmuşdur. Bu addımı atası tərəfindən xoş qarşılanmadığı üçün bəzi problemlər yaşamışdır. 18 yaşındaykən dayısının 31 yaşlı baldızı — Xulia Urkidi ilə evlənmişdir.
1959-cu ildə İspaniyada, Madrid Komplutense Universitetində (Universidad Complutense de Madrid) "Xavier Prado" təqaüdü ilə doktorantura oxumağa başlayır və bu universitetdən fəlsəfə və ədəbiyyat doktoru ünvanını alır. Daha sonra Parisə gedir. Parisdə Berlitz Liseyində (Escuela Berlitz) ispan dili müəllimliyi edir. Bu arada FransPres kimi agentliklərin ispan dili şöbələrində də işləyir.
1964-cü ildə Peruya qayıdır və Xulia Urkidi ilə boşanır.
1965-ci ildə Patrisiya Lyosa ilə evlənir və ondan Alvaro (1966), Qonzalo (1967) və Morgana (1974) adlı uşaqları dünyaya gəlir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yosa ədəbiyyata "İnkanın qaçışı" (1952) pyesi ilə gəlmişdir. Sonradan hekayələr yazmış, ədəbi jurnallar nəşr etdirmişdir. "Şəhər və itlər" (1962), "Yaşıl ev" (1966), "Pantaleon və qonaqlar" (1973), "Xuliya xala və yazıçı" (1979) romanları, hekayələri, pyesləri, tənqidi yazıları onu bütün dünyada tanıtmışdır.
1990-cı ildə Peruda prezident seçkilərində namizəd olmuşdur, lakin Alberto Fuximoriyə uduzmuşdur.
Lyosa 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı verən İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının Lyosaya "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" verildiyi bildirilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Mario Vargas Llosa // filmportal.de. 2005.
- ↑ 1 2 Mario Vargas Llosa // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Quiénes son los miembros de la RAE y cómo se organizan (isp.). 2023.
- ↑ 1 2 Fransa Akademiyası (fr.). 1635.
- ↑ 1 2 https://www.epe.es/es/cultura/20230202/sido-instalacion-vargas-llosa-academie-82413678.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 28 martda doğulanlar
- 1936-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Peruda doğulanlar
- İspan dili Krallıq Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Fransa Akademiyasının üzvləri
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- Fəxri Legion ordeninin kavalerləri
- Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni kavalerləri
- "Xristofor Kolumb" ordeni ilə təltif edilənlər
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- Servantes mükafatı laureatları
- Qabriela Mistral ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Peru yazıçıları
- Perulu Nobel mükafatı laureatları