Mark Giu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mark Giu
kat. Marc Guiu Paz
Ümumi məlumatlar
Tam adı Mark Giu Paz[1]
Doğum tarixi (18 yaş)
Doğum yeri Qranollers, İspaniya[1]
Vətəndaşlığı
Boyu 187 sm[1]
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub İngiltərə Çelsi
Nömrəsi 38
Karyerası
Gənclik karyerası
2010—2013 İspaniya Sant Seloni
2013—2023 İspaniya Barselona
Klub karyerası[* 1]
2023—2024 İspaniya Barselona B 13 (4)
2023—2024 İspaniya Barselona 3 (1)
2024—h.h İngiltərə Çelsi 1 (0)
Milli yığma[* 2]
2022—2023 İspaniya İspaniya U-17 17 (10)
2023—2024 İspaniya İspaniya U-19 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Giu Paz (4 yanvar 2006, İspaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunda hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusu.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Giu Barselona bölgəsinin Qranollers şəhərində anadan olmuşdur. O, karyerasına La Liqa təmsilçilərindən olan "Barselona" komandasının fan-klubu hesab edilən Penya Barselonista Sant Seloni klubunda başlamışdır.[2] 2013-14 mövsümündə Barselona klubuna qoşulan oyunçu özünü illər ərzində "La Masia" akademiyasında inkişaf etdirmişdir. Giu 2023-cü ilin iyun ayında mövsüm öncəsi "Selta de Viqo" klubu və Yaponiya təmsilçisi "Vissel Kobe" klubuna qarşı hazırlıq görüşləri üçün əsas komandaya dəvət edilmişdir.[3] O, komandada qeyri-rəsmi debütünü sonuncu oyunda etmiş və Robert Levandovskini əvəzləyərək meydana daxil olmuşdur.[4][5]

11 oktyabr 2023-cü ildə Giu La Liqa təmsilçilərindən olan "Qranada" klubu ilə görüş üçün yenidən əsas komandaya çağırılmışdır. Buna baxmayaraq, həmin görüşdə o, meydana daxil olmamışdır.[6] Həmin ay onun adı The Guardian nəşri tərəfindən dərc edilən dünyanın ən yaxşı 2006-cı il təvəllüdlü futbolçuları siyahısına əlavə edilmişdir.[7] 22 oktyabr tarixində Giu "Atletik Bilbao" klubuna qarşı liqa görüşündə karyerasında rəsmi debütünü reallaşdırmışdır. 79-cu dəqiqədə meydana daxil olan futbolçu 23 saniyə sonra topa ikinci toxunuşunda qolla yadda qalmış və komandasına 1-0 hesabı ilə qələbə qazandırmışdır.[8][9][10] 17 yaş 291 günlüyündə fərqlənən Giu "Barselona" klubunun La Liqa tarixində ən gənc və ən sürətli qol vuran debütantı olmuşdur.[11][12][13]

Üç gün sonra Giu UEFA Çempionlar Liqasında debütünü "Şaxtyor Donetsk" klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.[14] O, turnirdə ilk qolunu 13 dekabr tarixində "Antverpen" klubuna qarşı oyunda vurmuş və komanda 3-2 hesabı ilə qələbə qazanmışdır.[15][16]

1 iyul 2024-cü ildə Giu İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubu ilə 6 milyon avro qarşılığında[17] beş illik müqavilə imzalamışdır.[17][18] O, klub ilə debütünü 18 avqust tarixində "Mançester Siti" klubuna qarşı oyunda etmiş və komanda rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.[19]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Giu İspaniya millisinin U-17 və U-19 yaş qruplarında çıxış etmişdir.

2023-cü ilin may ayında Giu 2023 Avropa U-17 Çempionatında iştirak etmək üçün İspaniya U-17 millisinə dəvət edilmişdir.[20] O, Paris Brunner, Robert Ramsak və komanda yoldaşı Lamin Yamal ilə birlikdə turnirdə 4 qol vuraraq, turnirin şərikli bombardiri olmuşdur.[21] 2023-cü ilin noyabr ayında Giu 2023 U-17 Dünya Çempionatında milliyə yenidən dəvət almış[22] və turniri iki qolla başa vurmuşdur.[23][24]

Barselonanın gənc məşqçisi İvan Karrasko Giunu "klassik '9' nömrə, meydanda fiziki gücündən əla istifadə edən mütəxəssis" kimi təsvir etmişdir. Bəziləri onu Samuel Eto'o ilə müqayisə edirlər.[2] O, top ilə davranışı əla bacarır, tempi, gücü və verimliliyi ilə digərlərindən fərqlənir. İspan futbol mütəxəssisi Gillem Balage Giunu "qutudakı daha effektiv hücumçu" kimi təsvir etmişdir.[25]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
29 avqust 2024 tarixində yenilənib[26]
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
Klub Mövsüm Liqa Ölkə Kuboku[a] Avropa Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Barselona Atletik 2023–24 Primera Federasiyası 13 4 4[b] 2 17 6
Barselona 2023–24 La Liqa 3 1 2 0 2[c] 1 0 0 7 2
Çelsi 2024–25 Premyer Liqa 1 0 0 0 2[d] 0 0 0 3 0
Ümumi karyera 17 5 2 0 4 1 4 2 27 8
  1. İspaniya Kral Kuboku görüşləri daxildir.
  2. Primera Federasiyası pley-off görüşləri daxildir.
  3. UEFA Çempionlar Liqası görüşləri daxildir.
  4. UEFA Konfrans Liqası görüşləri daxildir.

Fərdi

  • UEFA Avropa U-17 Çempionatı bombardiri: 2023[27]
  • UEFA Avropa U-17 Çempionatı Turnirin Komandası: 2023[28]
  1. 1 2 3 Mark Giu at WorldFootball.net
  2. 1 2 "Who is Barca's Marc Guiu? A goalscorer in the shadows". sport.es. 7 October 2023. 25 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  3. Cardero, Jordi. "Xavi ya mira hacia el futuro: se lleva cuatro juveniles a Vigo" [Xavi is already looking to the future: he takes four youth players to Vigo]. relevo.com (ispan). 3 June 2023. 23 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  4. "The debutants against Vissel Kobe - one by one". fcbarcelona.com. 6 June 2023. 7 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  5. Gascón, Javier. "Marc Guiu, el '9' que más gusta a Deco" [Marc Guiu, the '9' that Deco likes the most]. mundodeportivo.com (ispan). 8 October 2023. 22 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  6. "The FC Barcelona squad for the trip to Granada". fcbarcelona.com. 7 October 2023. 23 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  7. Christenson, Marcus; Bloor, Steven; Blight, Garry. "Next Generation 2023: 60 of the best young talents in world football". theguardian.com. 11 October 2023. 12 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2023.
  8. "FC Barcelona 1–0 Athletic Club: Dream debut seals three points". FC Barcelona. 22 October 2023. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024.
  9. Herrero, Laia Cervelló. "Marc Guiu: Barcelona's 17-year-old match-winner transforms his world in 23 seconds". The Athletic (ingilis). 23 October 2023. 5 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2023.
  10. Marsden, Sam; Llorens, Moises. "Xavi: 'No fear in faces' of Barca teens like Guiu". ESPN (ingilis). 23 October 2023. 29 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2023.
  11. "Guiu, 17, gets winner 33 seconds into Barca debut". BBC Sport. 22 October 2023. 30 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2023.
  12. "Marc Guiu: Veni, vidi, vici" (ingilis). FC Barcelona. 23 October 2023. 4 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2023.
  13. Thomas, Joshua. "Barcelona teenager Marc Guiu scores winning goal 30 seconds into debut against Athletic Club". Optus Sport. 23 October 2023. 8 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2023.
  14. "Marc Guiu, man of the moment". FC Barcelona. 30 October 2023. 11 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024.
  15. "Héctor Fort makes first team debut" (ingilis). FC Barcelona. 13 December 2023. 16 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2023.
  16. Juan, Sergi de. "Marc Guiu mete presión a Lewandowski". Diario AS (ispan). 16 December 2023. 28 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2023.
  17. 1 2 Millar, Colin. "Chelsea complete Guiu signing from Barcelona". The Athletic (ingilis). The New York Times. 1 July 2024. ISSN 0362-4331. 1 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2024.
  18. "Marc Guiu completes Chelsea transfer!". www.chelseafc.com. Chelsea F.C. 1 July 2024. 5 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2024.
  19. "Match report: Chelsea 0-2 Man City". 18 August 2024. 19 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2024.
  20. "Convocatoria de la Sub-17 para el Europeo de Hungría". Real Federación Española de Fútbol (ispan). 2023-05-04. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  21. "2023 Under-17 EURO: Top scorers". UEFA.com (ingilis). 2023-06-02. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  22. "OFICIAL | Lista de convocados de José Lana para el Mundial sub-17". Real Federación Española de Fútbol (ispan). 2023-10-24. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  23. "Gran debut de España al ritmo de Guiu y Junyent (2-0)". Real Federación Española de Fútbol (ispan). 2023-11-10. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  24. "CRÓNICA | España supera a Japón y ya espera rival en cuartos (2-1)". Real Federación Española de Fútbol (ispan). 2023-11-20. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  25. "Guiu, 17, gets winner 33 seconds into Barca debut". BBC Sport (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
  26. Soccerway.com saytında profili (ing.)
  27. "2023 Under-17 EURO: Top scorers". UEFA.com (ingilis). 2 June 2023. 15 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024.
  28. "2023 UEFA European Under-17 Championship Team of the Tournament". UEFA.com (ingilis). 10 June 2023. 9 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mark Giu at LaPreferente.com (İspan dilində)