Mark Krass

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mark Krass
lat. Marcus Licinius Crassus
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 115[1][2]
Doğum yeri
Vəfat tarixi 8 iyun e.ə. 53[3] və ya 9 iyun e.ə. 53[2]
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
Anası bilinmir
Hərbi fəaliyyəti
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Lisini Krass (e.ə. 115[1][2], Qədim Roma8 iyun e.ə. 53[3] və ya 9 iyun e.ə. 53[2], Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi. 1-ci triumviratın üzvü idi. Suriya əyalətini idarə edərkən parfiyalılar Krassın ordusunu Karra döyüşündə darmadağın etmiş, onun özü isə həlak olmuşdur.

Krasın Parfiya səfəri

[redaktə | mənbəni redaktə et]

Hələ Lukkdakı danışıqlar zamanı Krass Parfiyaya hərbi səfərə çıxmağa meyl göstərirdi. Parfiya Roma üçün o qədər də təhlükəli görünmürdü . O, Parfiyada şöhrət və çoxlu sərvət əldə edəcəyi xəyalında idi. Lakin Krassın bu planı Romada birmənalı qarşılanmadı. Rəqibləri onun Pompeyin bağladığı sülh müqaviləsini səbəbsiz yerə pozduğuna görə günahlandırırdılar. Əyalətlərin bölgüsü haqqında yığıncaqda Mark Lisiniyə qarşı xalq tribunu Atey xesusi aktivlik göstərirdi: o hətta liktora Krassı həbs etməyi əmr etdi, lakin bu baş tutmadıqda onu lənətlədi. Krass ənənəni pozaraq hətta öz konsul ilinin sonunu gözləmədən əyalətə yola düşdü.

Müharibənin birinci ili (e.ə. 54-cü ildə) Krass Dəclə çayını kеçərək Mesopotamiyuya soxuld, bir sıra şəhərlər tutdu. Qışlamaq üçün o Suriyaya qayıtdı, Plutarx bunu ciddi səhv adlandırdı: onun fikirincə Mark Lisini Krass düşmənə hazırlaşmaq şansı verdi, hərçənd, bu zaman o, Babilistanı və Selevikləri tuta bilərdi. 53-cü ilin qışında Krass Yerusəlim məbədini və Suriya İerapolesində (müqəddəs şəhər) Atarmatis ilahəsinin məbədini qarət etdi. Bu zaman Qalliyada vuruşan Krasın oğlu Publi Lisini 1000 qall atlısı ilə Sezar tərəfindən buraya göndərilmişdi. Eyni zamanda Erməni çarı II Artavaz da Suriyaya gəldi və o, Krassa əyər Ermənistana vasitəsi ilə Atropatenaya yürüş edəcəyi təqdirdə öz ordusunu (10 min ağır silahla təchiz edilmiş atlı) təklif etdi. Artavazın sözlərinə görə, bu ərazilərdə parflarla döyüşmək münasibdir. Artavazd bununla da romalıların köməyi ilə Atropatenadan qisas almaq istəyirdi. Hərçənd Krass erməni çarının təklifinə çox razı qalsada, Mesopotamiyaya və Seleviklərin dərinliklərinə nüfuz etməyi daha üstün tutdu.

53-cü ilin yazında Krass ümidlə Mesopotamiyaya Dəclə çayını keçərək Selevkiyaya, parfiya şahlarının qış paytaxtına hərəkət etdi. Onun rəhbərliyi altında 7 legion piyada qoşunları və 4 min atlı qoşun var idi. Bu zaman parfiya şahı II Orod Ermənistana hücum edərək erməni atlılarının Krassa kömək etməyinə mane oldu. Mesopotamiyanın müdafiəsi üşün buraya sərkərdə Sureni təyin etdi.

Görünür, romalılar Dəclə çayına çıxmağı və sonra Dəclənin uzununa Selevkiyaya enməyi planlaşdırırdılar; Fəratdan Dəcləyə — susuz yer vasitəsilə. Roma bələdçisi Edess çarı Abqar idi ki, nəticə etibarı ilə o da parfların agenti idi. Parfiyalıların yüngül süvari dəstələri Krassın qoşunlarını daim narahat edirdi. Artavaz isə bu vəziyyətdə verdiyi sözə əməl edə bilmirdi, çünki, özü də parfiyalılarla mübarizə aparırdı. Parfiya atlıları romalıları aldadıb daha içərilərə apardılar, 53 ilin mayında Krass Karr şəhəri yaxınlığında parfiyalıların qüvvələrinə rast gəldi. Bu qarşılaşmada parfiyalı oxçular romalılara ağır zərbələr endirilər. Krass öz oğlu Publini 6-minlik dəstəylə hücumuna göndərdi. Parfiya atlıları romalıları aldadaraq daha içərilərə apardilar, sonra onları mühasirəyə aldılar. Publinın ordusunun hamısı demək olar ki məhv oldu. Məğlubiyyətin qaçılmaz olduğunu görən Publi özünü öldürdü. Parfiyalılar onun başını kəsərək nizəyə taxıb geridə qalan romalılara hücum edərkən atasına göstərirdilər. Parfiya nizəsində Publinin başını görən, romalılar məyusluğa dücar oldular. Romalılar geri çəkilməyə vadar oldular. Bundan iki gün sonra Krass da bütün ordusu ilə məğlub oldu. Belə ki, Krass dörd koqortayla demək olar ki, dağlıq ərazilərə qədər gedib çatdı, lakin parfiyalılar onu yaxaladılar. romalılar prokonsulu danışıqlara razılaşmağa məcbur etdilər. Parfiya sərkərdəsi Suren Mark Lisini ilə görüş vaxtı sülh haqqında razılaşdı, amma sonra gözlənilməyən onlara hücum etdi. Parfiyalılar romalıları darmadağın еtdilər, Krasın öldürüb başını Parfiya şahı II Oroda apardılar. Bu müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isə əsir düşdü (Əsir düşmüş Roma əsgərlərini sonralar Avqust diplomatik yollarla geri qaytarmışdı). Müharibə nəticəsində bütün Mesopotamiya parfların əlinə keçdi. Parfiya qüdrətli dövlətə çevrilərək Şərqdə Romanın ən böyük düşməninə çevrildi.

Romalıların bu məğlubiyyəti Şərqdə yеnidən istiqlaliyyət uğrunda mübarizənin başlanmasına səbəb oldu. Beləki, yəhudilər Krass Yerusəlim məbədin qarət еtdiyinə görə üsyan еtdilər. Parfiyalılar yеnidən Mеsopotamiyaya yiyəlik еtməyə başladılar və 51-ci ildə Fərat çayını kеçdilər. Lakin Qay Kassi Yəhudi üsyanını yatırdı və Suriyanın müdafiəsini təşkil еtdi. Parfiyalılar Antioxiyanı ala bilmədilər və gеri qayıtmağa məcbur oldular. Sonra isə onlar Suriyadan əl çəkdilər, çünki Pərfiya sarayında narazılıq baş vеrmişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]