Martın Terexovski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Martın Terexovski
rus. Марты́н Матве́евич Терехо́вский
Doğum tarixi 1740[1]
Doğum yeri
Vəfat tarixi iyun 1796[1]
Vəfat yeri
Elm sahələri təbiətşünaslıq, botanika, anatomiya
Elmi dərəcələri
Elmi adı
İş yerləri
  • S. M. Kirov adına Hərbi Tibb Akademiyası[d]
Təhsili

Martın Matveyeviç Terexovski (rus. Марты́н Матве́евич Терехо́вский; 1740[1], Qadyaç[d]iyun 1796[1], Sankt-Peterburq) — XVIII əsrin görkəmli rus həkimi, bioloqu, tibb elmləri doktoru, professor.

Martın Terexovski 1740-cı ildə Poltava yaxınlığındakı Qaydaç şəhərində anadan olub. 1763-cü ildə Kiyev Akademiyasını bitirdikdən sonra Peterburq baş quru hərbi qospitalına daxil olmuş, 1765-ci ildə buranı bitirdikdən sonra həkim təyin olunub. Botanika elminə olan böyük həvəsinə görə onu Peterburqdakı Apteklər adasındakı Botanika bağına işə götürürlər. 1770-ci ilə qədər Martın burada işləyir, sonra öz hesabına tibb təhsilini artırmaq üçün xaricə getməyə icazə alır. Strasburqda dörd il yarım necə yaşadığı və təhsil aldığı məlum deyildi. bir çox məlumatlara əsasən güman etmək olar ki, Martın Terexovski burada çətin bir vəziyyətdə yaşamışdır[2].

Terexovski Strasburq Universietini bitirir və 1775-ci ildə "İnfuzorların təbiəti və əmələ gəlməsi haqqındakı məsələnin eksperimental tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1777-ci ildə Kronşteyn Qospital Məktəbinə müəllim təyin edilir. 1779-cu ildə isə Peterburq Qospital Məktəbinə işə göndərilir.

1787-ci ildən başlayaraq Martın Terexovski Peterburq Baş Quru Hərbi Qospitalında kimya fənni üzrə də mühazirələr oxumağa başlamışdır.

Martın Terexovski 1796-cı ildə 56 yaşında dünyasını dəyişmişdir.

  1. 1 2 3 4 ТЕРЕХОВСКИЙ Мартын Матвеевич // Словарь русских писателей XVIII века. Выпуск 3: Р—Я (rus.). / под ред. А. М. Панченко СПб: Наука, 2010. С. 235–236. ISBN 978-5-02-025203-5
  2. Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.16–19.
  • Новогрудский Д. М., Первый русский микробиолог — профессор Мартын Матвеевич Тереховский, "Вестник Акад. наук Казахской ССР", 1948, № 5;
  • Соболь С. Л., История микроскопа и микроскопических исследований России в XVIII веке. М.—Л., 1949 (стр. 252–298).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Тереховский Мартын Матвеевич" (rus). biografija.ru. İstifadə tarixi: 2014-09-16.
  • М.К.Бородій. "ТЕРЕХОВСЬКИЙ". Українська Радянська Енциклопедія (ukrayna). leksika.com.ua. 2014. İstifadə tarixi: 2014-09-16.