Melani Martines

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Melani Martines
Ümumi məlumatlar
Doğum adı Melanie Adele Martinez
Doğum tarixi 28 aprel 1995(1995-04-28)[1][2] (29 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, gitaraçı, kinorejissor, bəstəkar, aktrisa, söz yazıçısı[d]
Fəaliyyət illəri 2012-ci ildən
Janrlar emo pop[d], indi-pop, elektronika, R&B
Musiqi alətləri gitara
Səs tembri messo-soprano[5]
Albom şirkəti Atlantic
Təhsili
  • Baldwin Senior High School[d]
İmzanın şəkli
melaniemartinezmusic.com — Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995[1][2], Astoriya, Kuins[3][4]) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır.

Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü.[6] Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby",[7] "Pacify Her"[8] və "Soap"[9] mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse"[10] və "Pity Party"[11] mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır.

Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü.

Melani Adel Martines[12] 28 aprel 1995-ci ildə[13] Kuinsin Astoriya məhəlləsində[14] Puerto-RikoDominikan kökənli[15][16] Meri və Xose Martinesin[17] ailəsində dünyaya gəlib. Anası onun adını Katarina qoymağı planlaşdırıdı, lakin Melani adını seçməyə qərar verdi. Melani dörd yaşında olarkən valideynləri ilə birlikdə Lonq-Aylend-də yerləşən Baldvinə köçüb.[14] O, Brendi, Britni Spirs, Şakira, The Beatles, Tupak Şakur, The Notorious B.I.G.Kristina Aqilera kimi musiqiçiləri dinləyərək böyümüşdür,[18][19][20] uşaq ikən onun arzusu müğənni olmaq idi.[21]

Melani Plaza İbtidai Məktəbində (ing. Plaza Elementary School) oxuyub, mahnı oxumağı ona müəllimi cənab Nadien öyrətmişdir.[14] Melani uşaq bağçasında şeir yazmağa başlayıb.[22] O, böyüyərkən çox az dostu olduğunu, emosional və duyğularını ifadə etməkdə çətinliklər çəkdiyini buna görə də evdən çölə çıxmadığı bildirib.[23] O, fotoqraflıq və rəssamlıqla məşğul olub.[24] Uşaqkən onu emosional olduğu üçün Cry Baby (azərb. "ağlağan körpə"‎) adlandırıblar, Melani bunun ilk albomu olan "Cry Baby"nin yaranmasına səbəb olduğunu qeyd etmişdir.[23][25][26][27]

Melani seksuallığı haqqında danışmaqdan çəkindiyini, biseksual olduğunu üçün latın amerikan valideynlərinin bunu qəbul etməyəcəyini düşünürdü. Onun sözlərinə görə valideynləri hazırda onun seksuallığını tam olaraq qəbul edir.[28]

On dörd yaşında olarkən internetdən sevdiyi mahnıların akkordlarına baxaraq öz-özünə gitara çalmağı öyrəndiyini, bu akkordların üzərinə şeirlərini əlavə edərək ilk mahnısını yaratdığını qeyd edib,[23][29] sonralar gitara çalmağın artıq keçmişdə qaldığını bildirib.[24][26][27][30] Melani Baldvin Liseyindən (ing. Baldwin High School) məzun olub.[31][32]

2012: Başlanğıc və The Voice

[redaktə | mənbəni redaktə et]

Melani 2012-ci ildə, 11-ci sinifdə oxuyarkən televiziyada yayımlanan istedad müsabiqəsi MSG Varsity Talent Show-da iştirak etdi. O, The Beatles qrupunun və Barrett Stronqun "Money (That's What I Want)" və The Four Tops-un "Shake Me, Wake Me (When It's Bit)" mahnılarını ifa etdi. O, ikinci turda mübarizədən kənarlaşdırıldı.[33]

Melani daha sonra 2012-ci ildə The Voice-in üçüncü mövsümü üçün seçmələrə qatıldı.[23] O, seçimlərdən əvvəl verilişə baxmamışdı. İlk televiziyada göstərilməyən seçmələr Javits Mərkəzində keçirilən açıq audisiya idi. Onun dediyinə görə seçmələrə gedərkən anasının maşını Kuins-Midtoun tunelinə çatmazdan əvvəl xarab oldu və ikisi ora çatmaq üçün taksi ilə "avtostopla" getməyə məcbur oldular. Bundan bir neçə ay sonra Melani, Ruzvelt Field Mall-da olarkən, "ikinci raunda" yüksəldiyi xəbərini aldı. O, nəhayət şou üçün seçilənə qədər bir neçə dəfə geri çağırış aldı.[14]

Melani Britni Spirsin "Toxic" mahnısını oxumaq üçün sınaqdan keçdi. Dörd münsifdən üçü, Adam Levin, Si Lo Qrin və Bleyk Şelton onun üçün "Mən səni istəyirəm" düyməsini basdı. Melani məşqçisi kimi Adam Levini seçdi.[34]

Melani rəqabət mərhələsində Keytlin Mişel ilə yarışdı. Onlar Elli Qoldinqin "Lights" mahnısının duet ifasını etdilər. Melani qalib gəldi və Nokaut raunduna keçdi. Mişel Si Lo Qrin tərəfindən götürüldü və davam etdi. Melani nokaut mərhələsində Sem Ceymslə yarışdı. O, La Rouxun "Bulletproof" mahnısını oxumağı seçdi. Levin Ceymsi aradan qaldırdı və Melani, Adam Komandasının qalan beş üzvündən biri kimi Canlı Turlara keçdi. Canlı turların birində Melani "Hit the Road Jack" mahnısını ifa etdi. İctimai səsvermə zamanı Adam komandasının üzvləri Amanda Broun və Brayan Keiti xilas etdi.

Daha sonra Levin müsabiqədə qalması üçün Loren Allred və Cozelin Rivera əvəzinə Melanini seçdi. Üçüncü həftədə Melaninin "Seven Nation Army" ifası səsvermə dövrünü iTunes Top 200 sinql hit-paradında 10-cu yerdə tamamladı və onun səsləri on dəfə çoxaldı.[35] Dördüncü həftədə bu yenidən baş verdi, "Too Close" səsvermə müddətini 6-cı yerdə tamamladı.[36] Beşinci həftədə tamaşaçıların səsverməsi ilə, Melani Adam komandasının üzvü Amanda Braun ilə birlikdə seçkidən kənarlaşdırıldı, bu Levinin sənətçisiz qalmasına səbəb oldu. Melani bu haqda dedi: "Mən heç vaxt bu qədər uzağa çatacağımı gözləmirdim və bu xəyal etdiyimdən də artıqdır. Bir sənətçi kimi kim olduğumu ifadə etdiyim və insanlara həqiqətən toxunduğum üçün çox şadam."[37]

     – Performansların studiya versiyası iTunes-da ən yaxşı 10-da qərarlaşıb
Raund Mahnı Orijinal sənətçi Tarix Sıra Nəticə
Görmədən dinləmə "Toxic" Britni Spirs 7 sentyabr 2012 4.1 3 kreslo çevrilərək Adam komandasına qoşuldu
Döyüş raundu "Lights" (vs. Caitlin Michelle) Elli Qoldinq 15 oktyabr 2012 11.5 Məşqçi tərəfindən xilas edildi
Nakaut raundu "Bulletproof" (vs. Sam James) La Roux 29 oktyabr 2012 16.5 Məşqçi tərəfindən xilas edildi
Canlı pley-off "Hit the Road Jack" Rey Çarlz 5 noyabr 2012 18.3 Güvəndə (Məşqçi xilası)
Top 12 "Cough Syrup" Young the Giant 12 noyabr 2012 21.9 Səsvermə nəticəsində xilas oldu
Top 10 "Seven Nation Army" The White Stripes 19 noyabr 2012 23.3 Səsvermə nəticəsində xilas oldu
Top 8 "Too Close" Alex Clare 26 noyabr 2012 25.4 Səsvermə nəticəsində xilas oldu
Top 6 "The Show" (Məşqçinin seçimi) Lenka 3 dekabr 2012 27.10 Kənarlaşdırıldı
"Crazy" (Sənətçinin seçimi) Gnarls Barkley 27.6

2013–2014: Dollhouse

[redaktə | mənbəni redaktə et]

Melani şoudan sonra 2013-cü ilin çox hissəsini yazmağa sərf etdiyi orijinal material üzərində müstəqil olaraq işləməyə başladı. O, 9 fevral 2014-cü ildə "Dollhouse" adlı ilk sinqlını buraxdı.[38]

Daha sonra mahnının hekayəsini "Edvard Qayçıəl" filminə bənzədərək dedi: "Bu mükəmməl qazonu olan möhtəşəm evdir və hamısı eyni görünür, amma hər evin arxasında sərvət və mükəmməllik arxasında gizlənən bir qrup insan var."[39] Melani həmçinin yaratdığı Indiegogo səhifəsi ilə fanatları tərəfindən maliyə dəstəyi alaraq mahnısı üçün musiqi videosu yayımladı, saç, makiyaj və çəkilişlər onun dostları tərəfindən edildi.[15][40][41] Mahnının ərsəyə gəlməsində Nyu-Yorklu prodüserlər Kinetics & One Love-un dəstəyi oldu.[42]

Melani 7 aprel 2014-cü ildə Atlantic Records səsyazma şirkəti ilə müqavilə bağladı və qastrol səfərinə çıxacağını bildirdi. O, 19 may 2014-cü ildə "Dollhouse" adlı debüt mini-albom buraxdı.[43][44][45] Mini-albomdan olan yeganə sinql "Carousel", Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən qızıl sertifikat aldı və FX-kanalında nümayiş olunan "Amerikan Qorxu Hekayəsi: Bədheybətlər Şousu" serialının önizləməsində göstərildi.[43][46][47] Mahnı Alternativ Rəqəmsal Mahnılar hit-paradında doqquzuncu pilləyə yüksəldi. Trek üçün video da yayımlandı.

2015–2017: Cry Baby

[redaktə | mənbəni redaktə et]

Melani 1 iyun 2015-ci ildə Lesli Qorun, "It's My Party" mahnısının sempli olan "Pity Party" sinqlını buraxdı, mahnı daha sonra RIAA tərəfindən qızıl sertifikata layiq görüldü.[48] 10 iyul 2015-ci ildə albomun ikinci sinqlı "Soap" buraxıldı.[49] Rəsmi musiqi videosu YouTube-da otuz milyondan çox baxış topladı. Alternativ Rəqəmsal Mahnılar hit-paradında on iki, Pop Rəqəmsal Mahnılar hit-paradında isə on altıncı pilləyə çatdı.[47][50][51] "Sippy Cup" 31 iyulda, on dörd gün sonra isə "Cry Baby" albomu 14 avqust 2015-ci ildə buraxıldı və tənqidçilər tərəfindən müsbət rəylər aldı.[47][52][53][54] Albom Billboard Top 200 hit-paradında 6-cı yer oldu. Melani 2015-ci ilin dekabrında Milad temalı "Gingerbread Man" sinqlını buraxdı. Mahnını "Pərəstişkarları üçün hədiyyə" olaraq 21 dekabr 2015-ci ildə SoundCloud-da yayımladı. Mahnı 2016-cı ilin yanvarında iTunes-da sinql kimi buraxıldı.[25][55] Onun "Cry Baby" mahnısının klipi 14 mart 2016-cı ildə dərc edildi.[56][57] Melaninin rejissorluq etdiyi "Alphabet Boy" üçün karaoke üslublu musiqi videosu 2 iyun 2016-cı ildə yayımlandı. Melani "Soap" və "Training Wheels" həmçinin "Tag, You're It" və "Milk and Cookies" üçün ikili musiqi videoları yayımladı.[58][59]

Melani ikinci albomun yazılmasını tamamladı və onları Cry Baby-nin məhəlləsində yaşayan personajların hekayələri kimi təsvir etdi.[26][60] 2016-cı ilin oktyabrında o, Cry Baby Perfume Milk adlı ətri üçün reklam çarxı buraxdı. Bu, birbaşa Melaninin səsyazma leybl Atlantic tərəfindən paylandı və bu, onları ətir yayımlayan ilk musiqi şirkəti etdi. Melani 2016-cı ilin noyabr ayında üçüncü mini-albomu, "Cry Baby's Extra Clutter"-i, buraxdı, mini-albomda Cry Baby albomundakı bonus treklər və "Gingerbread Man" sinqlı yer alırdı. O, "Pacify Her", ardınca 2016-cı ilin dekabrında "Mrs. Potato Head" üçün mahnı klipləri yayımladı.[61][62] "Mad Hatter" üçün isə video klip 23 sentyabr 2017-ci ildə yayımlandı. Cry Baby 24 fevral 2017-ci ildə Platinum sertifikatına layiq görüldü.[63][64] 

2017–2019: K-12 albom və film

[redaktə | mənbəni redaktə et]

Melani 2017-ci ilin mart ayında ikinci albomundan hər bir mahnının hekayəsini izah edən bir film çəkmək arzusunda olduğunu dilə gətirərək "Hazırda bir film yazıram… bu ili onun üzərində işləyərək, rejissorluq və çəkilişlə keçirəcəyəm, makiyaj və hər şey burada işim çoxdur" dedi.[65][66] Melani 5 may 2019-cu ildə albomun adını açıqlayan tizer yayımladı,[67] ardınca albomun üz qabığını və 6 sentyabrda buraxılacağını bir gün sonra Instagram üzərindən təqdim etdi.[68][69] Film dünyada seçilmiş bəzi kinoteatrlarında nümayiş olunduğu halda, Melani filmi YouTube-a da yerləşdirdi və onu endirilə bilən "K-12" versiyasına daxil etdi. Melani PeopleTV-yə verdiyi müsahibədə "K-12" albomunu və filmini davam etdirməyi, iki davam və iki vizual albom hazırlamağı planlaşdırdığını qeyd etdi: "Növbəti filmimdə nə etmək istədiyimi planlaşdırdım, ondan sonrakı film və hər ikisinin də albomları var… Ümid edirəm ki, bu dəfə proses daha sürətli olacaq və dörd il falan olmayacaq, çünki mən bunu ən azı bir dəfə etmişəm və lazım olan hər şeyin yolunu öyrənib və tapmışam" dedi.[70]

2020–2022: After School

[redaktə | mənbəni redaktə et]

Melani 2020-ci ilin yanvar ayında Instaqram hekayələri vasitəsilə "After School" adlı mini-albom buraxacağını elan etdi. Mini-albom K-12-nin delüks versiyası kimi buraxıldı, lakin bu hekayə baxımından K-12 ilə əlaqəli deyildi.[71] 10 fevral 2020-ci ildə After School-dan "Copy Cat" adlı ilk sinql buraxıldı.[72] Mahnıda amerikalı reper və bəstəkar Tierra Vak iştirak etdi. Melani mahnılarında ilk dəfə olaraq başqa sənətçi ilə əməkdaşlıq etdi.[73] 26 iyun 2020-ci ildə mini-albomdan "Fire Drill" adlı ikinci sinq buraxıldı. Mahnı əvvəllər onun "K-12" filminin sonunda səslənmişdi.[74]

"Cry Baby"nin delüks versiyasında buraxılmış "Play Date" mahnısı 2020-ci ildə video paylaşma tətbiqi olan TikTok-da populyarlıq əldə etdi, həmçinin ABŞ-də Spotify-da ən çox oxunan 100 mahnıdan biri oldu.[75]

2023–hal-hazırda: Portals

[redaktə | mənbəni redaktə et]

Melani 18 fevral 2023-cü ildə bütün Instagram paylaşımlarını arxivləşdirdikdən sonra dumanlı, yuxuya bənzəyən meşədəki göbələyin gövdəsində "RIP Cry Baby" həkk olunmuş, yeni mahnıdan tizer paylaşdı. Növbəti bir neçə gün o bütün sosial media platformalarında yeni mahnılarından snippetlər yerləşdirməyə başladı.[76] 22 fevral 2023-cü ildə "Portals"-ın buraxılış tarixi həmçinin albomun şəkli və adı məlum oldu.

Melaninin musiqisi pop,[19][77][78] alternativ pop,[79] art pop,[80] elektropop,[81] emo pop[82] və qaranlıq pop[83] kimi bilinir.

Onun debüt albomu "Cry Baby" və ikinci albomu "K-12" hip-hop və R&B tonlarına malikdir.[84][85]

Melaninin mahnılarının mövzusu adətən şəxsi təcrübələrə əsaslanır.[86] Öz musiqisini "çox qaranlıq və dürüst", "uşaq pianoları, musiqi qutuları və oyuncaqlar kimi qorxuducu nostalji uşaq səsləri ilə, hip hop/trapdan ilhamlanmış ritmlər" kimi təsvir edir.[87] Melaninin musiqisi The Guardian tərəfindən "qeyri-adi, söyüşlü elektropop: kimi təsvir edilmişdir.[81] Melani baş qəhrəman Cry Baby-ni özünün "nağıl" versiyası kimi təsvir edir.[88]

Melani ilham mənbəyi kimi Beatles,[89] Neutral Milk Hotel, Feist, Kimbra,[14] Zoui Deşanel, Regina Spektor,[33] və CocoRosie-ni göstərdi. Onun musiqisinə təsir edən xüsusi albomlara Fiona Epplin "The Idler Wheel…" və Ariana Qrandenin "Yours Truly" və "My Everything" daxildir.[15] Uşaq ikən atasının evdə tez-tez hip hop musiqisi dinləməsinin, onun musiqisinə təsir etdiyini bildirir.[31][90]

Melani həmçinin Mark Rayden, Aleksandra Waliszewska və Nicoletta Ceccoli-nin rəsmlərindən ilham aldığını bildirir.[16][91] O, Tim Burton-dan təsirləndiyini və onunla film çəkmək arzusunda olduğunu da qeyd edib.[30][92]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Melani biseksualdır.[93]

Melani iki "eksklüziv" dodaq boyası buraxmaq üçün kosmetika şirkəti Lime Crime, Inc ilə əməkdaşlıq etdi: 17 avqust 2015-ci ildə "Cry Baby" adlı mavi pomada və 9 mart 2016-cı ildə "Teddy Bear" adlı qəhvəyi dodaq boyası.[94] 25 oktyabr 2016-cı ildə o, Cry Baby Perfume Milk adlı yeni ətir üçün reklam çarxını buraxdı. Ətirin buraxılışını Melaninin musiqi şirkəti Atlantic Records etdi.

Melani on altı yaşında "101 Dalmatin" filminə baxdıqdan sonra saçının yarısını Cruella de Vil ilə eyni şəkildə sarıya boyadı.[19][92][95] O, görünüşü, eləcə də musiqi videolarında və ifa zamanı "körpə kuklası"dan ilhamlanmış geyimləri ilə tanındı.[96]

Cinsi istismar iddiası

[redaktə | mənbəni redaktə et]

4 dekabr 2017-ci ildə bir vaxtlar Melaninin rəfiqəsi olan Timothy Heller, Twitter-də ciddi ittiham irəli sürdü. Heller Melaninin ona təcavüz etdiyini iddia etdi.[97] Ertəsi gün Melani Hellerin ittihamlarına cavab yazaraq, iddiaların onu "dəhşətə saldığını və kədərləndirdiyini" və Hellerin "heç vaxt birlikdə etməyi seçdikləri şeyə yox demədiyini" söylədi.[98][99] Melani 9 dekabr 2017-ci ildə, Hellerin "yalan ifadələrinə" cavab olaraq ikinci bəyanatını verdi. O, bunları dedi: "…Mən heç vaxt kimsə ilə onun razılığı olmadan intim münasibət qurmamışam".[100][101] Daha sonra Melani, Hellerin ittihamlarına cavab olaraq SoundCloud-da "Piggyback" mahnısını yayımladı.[102][103]

Studiya albomları

İl Adı Rol Qeyd
2019 K-12 Cry Baby Ssenari müəllifi, rejissor, geyim dizayneri, bəstəkar
İll Adı Rol Qeyd
2012 The Voice Özü 3-cü mövsüm
İl Adı Rol Qeyd
2019–2020 Extra Credit Özü YouTube Premium

Əsas

  • Dollhouse Tour (2014–2015)
  • Cry Baby Tour (2015–2017)
  • K-12 Tour (2019–2020)
  • Portals Tour (2023)

Dəstək

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafat İl Kateqoriya İş Nəticə Ref.
Billboard Music Awards 2020 Top Soundtrack K-12 Namizəd [104]
Music Society Awards 2016 Alternative or Indie Recording of the Year "Soap" Qazandı [105]
Alternative or Indie Album of the Year Cry Baby Qazandı
Album of the Year Namizəd
2017 Female Artist of the Year (Alternative or Indie) Özü Qazandı [106]
Best Film or Music Video "Mrs. Potato Head" Namizəd
Breakthrough Long Form Video "Cry Baby" Namizəd
Nickelodeon Mexico Kids' Choice Awards 2020 Challenge of the Year "Play Date" Namizəd [107]
  1. 1 2 http://www.bbc.co.uk/music/artists/0df563ec-1a79-486e-a46d-5b9862a40311.
  2. 1 2 Melanie Martinez // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. 1 2 https://archive.flaunt.com/content/melanie-martinez-k-12-deluxe-amp-passion-for-creating-art.
  4. 1 2 https://ismorbo.com/mor-bo-riot-melanie-martinez-la-excentrica-y-emotiva-cry-baby-del-pop-alternativo/.
  5. https://web.archive.org/web/20180708103902/http://www.reddirtreport.com/rustys-music/audience-invited-melanie-martinezs-perfectly-curated-madness-during-okc-stop.
  6. "Melanie Martinez Delivers A Twisted Sequel To "Dollhouse": Catch Up with the Family From Hell In "Sippy Cup"". Idolator.com. July 30, 2015. November 17, 2017 tarixində arxivləşdirilib.
  7. "Melanie Martinez' "Sippy Cup," "Mad Hatter," "Cry Baby," "Mrs. Potato Head" Certified Gold In US". Headline Planet (ingilis). August 1, 2017. November 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2018.
  8. "Melanie Martinez' "Pacify Her" Receives Gold Certification In United States". Headline Planet (ingilis). September 27, 2017. November 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2018.
  9. "Melanie Martinez' "Soap" Earns Gold Certification In US". Headline Planet (ingilis). April 6, 2017. November 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2018.
  10. "Melanie Martinez' "Dollhouse" Earns Platinum Certification In The US". Headline Planet (ingilis). December 5, 2016. November 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2018.
  11. "Melanie Martinez' "Pity Party" Earns Platinum Certification In United States". Headline Planet (ingilis). July 13, 2017. November 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2018.
  12. "Melanie Adele Martinez (eliminated, Round 2)". News 12 Long Island / MSG Varsity. March 29, 2012. August 3, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 15, 2018.
  13. Melanie Martinez's (18th Birthday Celebration) Stageit Show: Performed Online Live 4/27/13. YouTube. April 27, 2013. Event occurs at 00:18. June 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014. It's my birthday. Not really – tomorrow's my birthday.
  14. 1 2 3 4 5 Connolly, Chris. "'Voicing' her thoughts". Long Island Herald. Baldwin, New York. August 7, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2016.
  15. 1 2 3 DiGiacomo, Frank. "Melanie Martinez on 'Cry Baby,' Not Wanting to Be a Role Model & What She Learned From 'The Voice'". Billboard. July 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  16. 1 2 Weekly Staff, Us. "Melanie Martinez Doesn't Own Jeans: 25 Things You Don't Know". Us Weekly. May 25, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  17. Lovece, Frank. "LI's Melanie Martinez explores bold ideas in her new movie musical 'K-12'". Newsday. September 6, 2019. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2019.
  18. sunnymenagerie. "Melanie Martinez: From Biggie to Pastels". Golden Mixtape. February 24, 2014. September 19, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  19. 1 2 3 Haidari, Niloufar. "I Took Melanie Martinez on a Date to an Ice Cream Parlour". Noisey. June 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2019.
  20. Yeanopos, Kevin. "Life's a 'Carousel' for rising artist Melanie Martinez". AXS. September 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  21. Martinez, Chuey. "Next Up Artist of the Week: Melanie Martinez". KIIS FM. September 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 30, 2016.
  22. Manders, Hayden. "melanie martinez is queen of the dollhouse". Nylon. July 12, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 21, 2016.
  23. 1 2 3 4 "New Noise: Melanie Martinez". Wonderland Magazine. May 18, 2016. July 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  24. 1 2 Sciarretto, Amy. "Interview: Melanie Martinez Reveals 'Cry Baby' Secrets". Artist Direct. August 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  25. 1 2 Ciccone, Rachael. "An Interview with Melanie Martinez: It's Her Party". The Aquarian Weekly. August 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  26. 1 2 3 Masley, Ed. "Melanie Martinez's huge artistic leap from 'The Voice' to 'Cry Baby'". The Arizona Republic. Mi-Ai Parrish. İstifadə tarixi: July 22, 2016.
  27. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; rollingstone10 adlı istinad üçün mətn göstərilməyib
  28. "Melanie Martinez on Instagram: "Happy national coming out day!🌈💗 Everyday I get DM's from kids who have similar experiences to mine growing up, living in a traditional…"". Instagram (ingilis). October 11, 2018. December 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2019.
  29. Carroll, Leah. "The New Pioneers: Melanie Martinez on Transcending 'The Voice' and Pop's Conventions". Billboard. August 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2016.
  30. 1 2 O'Hagan, Patrick. "Patrick O'Hagan Interviews Melanie Martinez". Chattanoogan. August 27, 2015. August 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2016.
  31. 1 2 Gamboa, Glenn. "Melanie Martinez of 'The Voice' issues 'Dollhouse' EP". Newsday. New York City / Long Island. May 16, 2014. August 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2016.
  32. Tutten, James. "Melanie Martinez turns bullying into musical inspiration for new album". Orlando Sentinel (ingilis). Florida. September 2, 2015. January 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2018.
  33. 1 2 "Melanie Adele Martinez (eliminated, Round 2)". MSG Varsity. March 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 22, 2016.
  34. "Baldwin's Melanie Martinez lands spot on the voice". Newsday. October 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 27, 2013.
  35. "US Songs Tuesday, 20th November 2012". iTunesCharts.net. September 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014.
  36. "US Songs Tuesday, 27th November 2012". iTunesCharts.net. September 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014.
  37. Elkin, Jaimie. "'The Voice' Top 4 Revealed: Melanie Martinez And Amanda Brown Eliminated". Huffington Post. December 4, 2012. November 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 27, 2013.
  38. McRady, Rachel. "Voice's First Breakout? Melanie Martinez Releases Haunting New Single". Us Weekly. February 10, 2014. February 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  39. Boise, Danielle. "Interview with Melanie Martinez on 'Dollhouse' EP and Life out on the Road". Target Audience Magazine. June 2, 2014. May 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  40. Min, Lilian. "In conversation with 'Cry Baby' artist Melanie Martinez". HelloGiggles.com. November 20, 2015. August 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2016.
  41. Berrien, Jon. "Interview: "Dollhouse" singer Melanie Martinez plays nice with GroundSounds". GroundSounds.com. May 28, 2014. July 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  42. "Dollhouse". Warner Chappell. July 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  43. 1 2 "Melanie Martinez Opens Her "Dollhouse"; Celebrated Singer/Songwriter Sets Debut EP, Showcased by Haunting New Single, "Dollhouse"". Yahoo! Finance. April 7, 2014. March 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014.
  44. "'Dollhouse' in hand, Melanie Martinez plans shows in the area". Idol Chatter & Voice Views. August 26, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 23, 2014.
  45. Gioino, Catherina. "Melanie Martinez Talks New Album 'Cry Baby'". TheKnockturnal.com. August 20, 2015. September 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  46. Stone, Avery. "How This Eerie Song Wound Up in The 'Freak Show' Trailer". The Huffington Post. October 6, 2014. August 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  47. 1 2 3 "Melanie Martinez – Chart history". Billboard. May 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  48. "Melanie Martinez Teases Debut LP 'Cry Baby' With A Delightfully Depressing "Pity Party": Watch". Idolator.com. June 2, 2015. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  49. "Listen: Melanie Martinez – "Soap"". Trendio. September 25, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  50. "Video: Melanie Martinez – "Sippy Cup"". Trendio.com. August 11, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  51. "Melanie Martinez Details the Inspiration Behind her Debut Album 'Cry Baby'". KTLA. August 12, 2015. August 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2015.
  52. "Talib Kweli, Nada Surf, Melanie Martinez and More Music Reviews". ABC News. August 19, 2015. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  53. "SPIN Pop Report: Melanie Martinez Loads Her Sippycups With Booze". Spin. November 6, 2015. June 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  54. Pareles, Jon. "Review: Melanie Martinez Performs 'Cry Baby' and Other Songs From Her Debut Album". The New York Times. September 13, 2015. ISSN 0362-4331. November 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  55. Martinez, Melanie. "Gingerbread Man". SoundCloud.com. August 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2016.
  56. "Melanie Martinez Gets Delivered by a Doctor in a Rabbit Mask in 'Cry Baby' Video: Watch". Billboard. March 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2016.
  57. Joseph, Jonathan. "Interview With: Melanie Martinez". BestFan.com. March 23, 2016. October 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  58. Gaca, Anna. "Melanie Martinez's 'Cry Baby' Fright Fest Continues With 'Alphabet Boy' Video | SPIN". Spin. June 2, 2016. August 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2016.
  59. Apaza, Kevin. "Melanie Martinez Premieres 7-Minute "Tag, You're It / Milk And Cookies" Music Video: Watch". DirectLyrics.com. August 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2016.
  60. Weatherby, Taylor. "Melanie Martinez Unveils New Fragrance, Cry Baby Perfume Milk: Exclusive". Billboard. October 25, 2016. October 27, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2016.
  61. "Melanie Martinez releases new music video for "Mrs. Potato Head"". Alternative Press. December 2, 2016. December 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2016.
  62. "Melanie Martinez's 'Pacify Her' Video Is Exactly What You'd Expect: Beautiful & Freaky". Billboard. November 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2016.
  63. Cantor, Brian. "Melanie Martinez' "Cry Baby" Album Certified Platinum". HeadlinePlanet.com. March 2, 2017. March 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2017.
  64. "Melanie Martinez Celebrates 'Cry Baby' Chart Success, Looks Ahead To Elaborate Album/Film Project". Billboard. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2018.
  65. "- YouTube". YouTube. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2017.
  66. "Melanie Martinez's next album will feature an accompanying movie". Alternative Press. August 15, 2017. January 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2018.
  67. "Melanie Martinez – K-12". YouTube. May 15, 2019. May 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2019.
  68. Reda, Natasha. "Everything We Know About Melanie Martinez's New Album". PopCrush (ingilis). June 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2019.
  69. "Melanie Martinez on Instagram: '💘K-12 ALBUM COVER💘'". Instagram. December 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2019.
  70. "Melanie Martinez On The Creation Of 'K-12' & The Anti-Bullying Message Behind The Movie | PeopleTV". YouTube. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  71. "Melanie Martinez Teases New EP, Which Is Probably Called 'After School'". idolator. January 8, 2020. July 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
  72. "Melanie Martinez And Tierra Whack's 'Copy Cat' Is A Resonating Showcase Of Talents". UPROXX (ingilis). February 10, 2020. February 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
  73. "Melanie Martinez's "Copy Cat" Lyrics Meaning". Song Meanings and Facts (ingilis). February 11, 2020. February 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2020.
  74. Wass, Mike. "Melanie Martinez Finally Rings The "Fire Drill"". Idolator. June 26, 2020. İstifadə tarixi: June 26, 2020.[ölü keçid]
  75. "Melanie Martinez's "Play Date" Is A Belated Hit". idolator. April 29, 2020. July 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2020.
  76. "melanie martinez ⟡ on Instagram: "⟡𓋼 𓇗 𓆸 ⟡"". Instagram (ingilis). 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  77. Boricua, Dominicana. "Dominicana-Boricua Melanie Martinez Shows You the Dark Side of Pop". Wearemitu. May 1, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 1, 2018.
  78. Collar, Matt. "Melanie Martinez, Songs, Reviews, Credits | AllMusic". Allmusic. July 29, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 25, 2018.
  79. Campbell, Rachel. "Melanie Martinez Returns to K-12 for an Even Grander Life Lesson — Review". Altpress.com. September 6, 2019. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2019.
  80. Samways, Gemma. "Melanie Martinez review: Pop princess loses her way in fairytale settings". Evening Standard. February 18, 2020. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2021.
  81. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; guardian adlı istinad üçün mətn göstərilməyib
  82. "8 LYRICS FROM EMO-POP QUEEN MELANIE MARTINEZ THAT WILL GIVE YOU THE FEELS". Alternative Press. March 29, 2016. April 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2020.
  83. Rosenzweig, Mathias. "WHAT'S MELANIE MARTINEZ GOT IN THE OVEN?". V. October 28, 2020. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2021.
  84. Buck, Courtney. "Step into the colourful world of Melanie Martinez". The 405. September 18, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 1, 2018.
  85. Collar, Matt. "K-12 – Melanie Martinez | Songs, Reviews, Credits | AllMusic". AllMusic. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2019.
  86. "MELANIE MARTINEZ Interview #109..." Golden Boy Press. October 12, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 22, 2016.
  87. Mania, Greg. "Melanie Martinez Dollhouse Video". Creem. April 19, 2014. March 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 30, 2016.
  88. Nelson, Gabi. "Girl Crush: Melanie Martinez". Valfre.com. September 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  89. Kruczyk, Lauren. "No Pity Party Here – Melanie Martinez's Cry Baby Hits #1 on the Alternative Albums Chart". The Huffington Post. August 19, 2016. October 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2016.
  90. Wass, Mike. "Melanie Martinez on Concept Albums & The Future Adventures of Cry Baby: Idolator Interview". Idolator.com. November 30, 2015. July 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  91. Rodriguez, Priscilla. "EXCLUSIVE: Melanie Martinez Talks About Her Journey After 'The Voice'". Latina. September 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2016.
  92. 1 2 "Melanie Martinez: Our Favorite Cry Baby". ILoveLimeLimeCrime.com. August 10, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 22, 2016.
  93. "UPDATE: Melanie Martinez comes out as bisexual!". 2018. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  94. Deere, Doe. "Cry Baby". LimeCrime.com. August 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2016.
  95. Matta, Madonna. "Melanie Martinez on 'The Voice,' 'Cry Baby,' and New Music". Teen Vogue. Condé Nast. October 27, 2016. November 26, 2016 tarixində arxivləşdirilib.
  96. Rosenzweig, Mathias. "A Look Inside Melanie Martinez's Beautifully Twisted World". Vogue (ingilis). August 2, 2016. June 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2018.
  97. "Melanie Martinez Accused of Sexually Assaulting Former Friend". December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2018.
  98. "Melanie Martinez, Accused of Sexual Assault by Ex-Friend, Responds: 'She Never Said No'". December 5, 2017. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2017.
  99. "'The Voice's' Melanie Martinez accused of sexual assault by former friend, denies allegations". Fox News. December 5, 2017. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2017.
  100. MelanieLBBH. "I understand how hard it could be to see my side of the story" (Tweet). December 9, 2017. December 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2017.
  101. Peters, Mitchell. "Melanie Martinez Shares Additional Comments in Response to Rape Accusation". Billboard. December 10, 2017. December 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2017.
  102. "Melanie Martinez Drops New Song "Piggyback" In Response To Rape Accusations". BreatheHeavy.com. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2017.
  103. "Melanie Martinez Has Released A Song In Response To The Sexual Assault Allegations Against Her". PopBuzz.com. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2017.
  104. Aniftos, Rania. "Post Malone Leads 2020 Billboard Music Awards Nominations With 16: Full List". Billboard. September 22, 2020. ISSN 0006-2510. September 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2020.
  105. "2016 — 1st Annual Music Society Awards". On Music Society (ispan). 2016-05-21. 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  106. "2017 — 2nd Annual Music Society Awards". On Music Society (ispan). 2016-11-21. 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  107. Franciulli, Nicolás. "¡Haz fuerza por tu favorito! Está abierta la votación de los Kids' Choice Awards México 2020" (ispan). spoiler.bolavip.com. September 2, 2020. September 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]