Meluhha

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Meluhha
e.ə.2350 — e. ə. II minillik

Meluhha (şum. 𒈨𒈛𒄩𒆠 Me-luḫ-ḫaKI) — şumerlərin dəniz ticarəti apardıqları uzaq ölkə. Bir çox şumer və Akkad mətnlərində qeyd edilmişdir. Dəqiq yeri müəyyən edilməmişdir və müzakirə mövzusudur.

Şumer mətnlərində ticarətin aparıldığı üç ölkə daima xatırlanır: Maqan, Dilmun və Meluhha. Maqan adətən Omanla, başqa bir fikrə görə isə qədim Misirlə eyniləşdirilir. Dilmun indiki Bəhreyn ərazisində məhsulların paylanması mərkəzi idi. Meluhhanın dəqiq yeri bəlli deyil.

Bəzi alimlər hesab edirlər ki, "Meluha" sözü qərbi Hindistan bölgəsinin şumercə adı olmuşdur.[1] Finlandiyalı tədqiqatçı Asko Parpola ölkənin adını erkən şumer qeydlərindəki "Me-lah-ha" sözündən götürmüşdür. O, bu sözü dravid dilindəki "met-akam"? yəni "yüksək məskən" ilə müqayisə etmişdir. Bundan əlavə, o, sanskrit dilində "barbar, yad" mənasını verən "mleççha"nın da bu sözdən törədiyini bildirmişdir.

  1. McIntosh, Jane R. (2008). The Ancient Indus Valley: New Perspectives. Santa Barbara, California: ABC-CLIO. ISBN 9781576079072.