Neftçi Qurban (film, 1970)
Naviqasiyaya keç
Axtarışa keç
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 3 saniyə əvvəl Bikar (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Neftçi Qurban | |
---|---|
Fayl:Neftçi Qurban (film, 1970).jpg | |
Janr | bioqrafik |
Rejissor | Mirzə Mustafayev |
Ssenari müəllifi | Leonid Tahirov |
Operatorlar |
Mirzə Mustafayev Mehman Dadaşov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr |
![]() |
İl | 1970 |
Texniki məlumatlar |
1 hissə 290 metr 35 mm |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film məşhur dəniz qazma ustası, Respublika Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasova, onun neftçi hünərinə, açıq dənizdə, dalğalar qoynunda buruq quran, xaruqələr yaradan əməyinə, adi kəndli oğlunun məşhur neft ustasına qədər ucalan həyat yoluna həsr olunmuşdur.
- İlk kadrlardan biz gənc Qurbanla tanış oluruq. O, Xəzər neft mədənlərinə Naxçıvandan gəlmişdir. Hətta ən təhlükəli anlarda belə biz onu gah katerdə qazma sahələrini gəzən, gah da orada işləyən adamların arasında görürük. Beləliklə, tamaşaçının gözü qarşısında qəhrəmanın-igid, cəsur, fədakar insanın şəxsiyyəti canlanır.
Filmdə dəniz qazma ustası, məşhur Mixail Kaveroçkinlə bağlı epizodlar çox təsirlidir. O, Qurbanın müəllimi olmuşdur. Sonrakı kadrlarda biz neftçi Qurbanın fəaliyyəti ilə bağlı başqa səhnələrlə də tanış oluruq.
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1) 1972-ci ildə Qorkidə fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalı
- Film SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomuna layiq görülmüşdür.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Mirzə Mustafayev
- Ssenari müəllifi: Leonid Tahirov
- Operator: Mirzə Mustafayev, Mehman Dadaşov
- Səs operatoru: Əziz Şeyxov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.