Nigar Rəfibəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli
Doğum tarixi 23 iyun 1913(1913-06-23)
Doğum yeri
Vəfat tarixi 9 iyul 1981(1981-07-09) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Rəsul Rza
Uşağı Anar
Atası Xudadat bəy Rəfibəyli
Təhsili
  • Moskva Dövlət Pedaqoji Universiteti[d]
Fəaliyyəti yazıçı, şair, dramaturq, tərcüməçi
Fəaliyyət illəri 1940–1981
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları
"Azərbaycan SSR xalq şairi" fəxri adı — 1981 "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1967
"Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).

Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçiredaktor (1931)[1], "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.

"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir.[2] 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi (Bakı)

Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

  • Şerlər (1934)
  • Dənizin səsi gəlir (1964)
  • İşıqlı dünyam (1969)
  • Günəşdən gənclik istədim (1974)
  • Həzin bir axşamda düşsən yadıma (1982)
  • Şanlı nəsillərin yadigarısan (1982)

Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

  • Zəfər nəğməsi (1943)
  • Şerlər (1949)
  • Anaların səsi (1951)
  • Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən (1957)

Uşaqlar üçün yazdığı kitablar

  • Balaca qəhrəman (1942)
  • Günəşin cavabı (1966)
  • Məstanın balaları (1968)
  • Bizə bahar yaraşır (1978)
  1. Mədəniyyət TV. "Nigar Rəfibəyli – 110: ədəbiyyatımızda zərif məhəbbət lirikasının ustası" (az.). Youtube.com. 30.06.2023. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  2. AzərTAc. "Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür" (az.). AzərTAc. 23.06.2024. 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
  3. Şairə N. X. Rəfibəylinin Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 iyun 1973-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şeirlərinə yazılmış mahnılar

[redaktə | mənbəni redaktə et]