Norveçdə təhsil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Norveç Elm və Texnologiya Universitetinin əsas binası.

Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir.

Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır.[1]

Əsas universitetləri bunlardır:

  • Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır.
  • Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır.
  • Norveç Təbiət və Texniki Elmlər Universiteti. (norv. Norges teknisk-naturvitenskapelige universitet, NTNU) — Norveçin tələbə sayına görə ikinci universitetidir. Tronxeyme şəhərində yerləşir.
  • Tromsye Universiteti (norv. Universitetet i Tromsø, qısa şəkildə UiT (əvvəl UiTø)) — Tromsye şəhərində yerləşir.Dünyanın ən çimal universiteti sayılır.
  • Oslo Universiteti (norv. Universitetet i Oslo) — Norveçin ən qədim və böyük universiteti. Osloda yerləşir. 1811-ci ildə təsis edilib. İndiki adını 1839-cu ildə alıb.[2]
  1. "orge.ru – education". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-04.
  2. "Oslo Universiteti". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-04.