Oqtay Əsədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oqtay Əsədov
2 dekabr 2005 – 10 mart 2020
ƏvvəlkiMurtuz Ələsgərov
SonrakıSahibə Qafarova
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1955(1955-01-03) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Dostluq" ordeni "Şərəf" ordeni "Kurmet" ordeni
"Birlik" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2005–2020).

Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.[1]

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.[1][2]

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2 dekabr 2005-ci ildən 10 mart 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olmuşdur.[1]

Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilə qudadır.[3]

  1. 1 2 3 "Arxivlənmiş surət". Azərbaycan Respublikasının Milli Məclisi. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2024.
  2. "Arxivlənmiş surət". 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  3. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]