Paduspanilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paduspanilər
Təbəristan 665-1598-ci illər arasında
Banisi I Paduspan
Sonuncu hökmdar IV Cahangir
Hazırkı rəhbər Yoxdur
Əsası qoyulub 665
Soyun kəsilməsi 1598
Titullar
Məlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paduspanilər (fars. پادوسبانیان‎) — Təbəristanın Royan, Rüstəmdar, Nur və Kucur şəhərlərində 665-1598-ci illər arasında hökm sürən məhəlli bir xanədan.

Xanədanın qurucusu I Paduspanın atası Gavbara, Sasani hökmdarı III Yəzdigirdin Təbəristan valisiydi. Əməvi xəlifəsi Muaviyə dövründə Maskala bin Hübəyrə idarəsindəki islam ordusu Təbəristana yürümüş, fəqət müvəffəq ola bilməmişdi. Süleyman bin Əbdülməlik zamanında Yəzid bin Mühəlləb 98-ci ildə (716-17) Təbəristanın "ispəhbəd" unvanlı idarəçisiylə illik xərac və hədiyələr qarşılığında sulh bağladı. 105 (723/24) -cü ildə xanədanın başında II Paduspan vardı. Eyni ailədən Dabivənd xanədanının torpaqlarını da ələ keçirən II Paduspan qırx il hökm sürdü və ölümündən sonra yerinə oğlu Şəhriyar keçdi.

Abbasi xəlifəsi Əbu Cafər əl-Mənsur dövründə Əmir Əbül-Hasib və Ömər bin Ala dağlıq Deyləm bölgəsini istila etdilər (141/758-59). Təbəristanda Abbasilər dövründə ağır vergilər üzündən meydana gələn iki böyük üsyan qısa müddətdə yatırıldı. Daha sonra xanədanın başına Abdullah bin Vəndad Ümmid keçdi. Bu dövrədə Ələviyyə xanədanının qurucusu Dai əl-Kəbir Həsən əl-Ələvi Təbəristanı istila etdi (250/864). Abdullah otuz dörd il hökm sürdükdən sonra öldü və yerini əmizadəsi Əfridun bin Karin aldı. Onun qısa sürən hökmdarlığından sonra xanədanın başına oğlu III Paduspan keçdi.

Səffarilərin qurucusu Yaküb bin Leys Təbəristanı ələ keçirincə (260/873-741, III Paduspanı buraya vali təyin etdi. Ancaq Yaqubun bu əyalətdəki hakimiyəti dörd ay sürdü. Həsən əl-Ələvinin ölümündən sonra xanədanın başına, "dai əs-səğir" ləqəbi ilə məşhur olan qardaşı Məhəmməd keçdi. III Paduspanın ölkə¬ni on səkkiz il idarə etdikdən sonra ölümünə görə oğlu Şəhriyar ona xələf oldu. Samanilər, Məhəmməd bin Zeyd əl-Ələvinin öldürülməsindən 1287/900) sonra Təbəristana hakim oldular, İspəhbəd Şəhriyar da onlara itaət etdi. Şəhriyarın zamanında Məhəmməd bin Zeydin intiqamını almaq istəyən Nasır-Lilhak Həsən əl-Utruş, Təbəristana hakim olan Samaniləri məğlub edərək bölgəni itaət altına aldı (301/914).

Paduspanilərdən Əbü1-Fəzl Məhəmməd ilə Mazandaran hakimi Şəhriyar bin Dara arasındaki anlaşmazlıq savaşla sonuclandı. Məğlub olan Şəhriyar bin Dara bir müddət sonra Büveyhilərin yardımıyla Təbəristanın böyük bir qisminə hakim oldu. Paduspanilər daha sonra Büveyhilərin üstünlüyünü tanıdılar, zaman zaman da Səlcuqlulara tabe oldular. Nasırüddövlə Şərəfəddin Nasr bin Şəhrivəşin zərb etdirdiyi sikkələrdən, onun Səlcuqlu sultanı Məhəmməd Təpər və oğlu Sultan Mahmud bin Məhəmmədə tabe olduğu anlaşılır. Nasırüddövlə, "ostandar" ünvanını işlədən ilk Paduspani hökmdarıdır. Paduspanilərdən diqqəti çəkən hökmdarlardan biri də Şəhrivəş bin Həzarəsb idi. Şəhrivəşin ölümüylə (553/1158] yerinə qardaşı Keykavus (ö. 580/1184 |?]| keçdi. Onunla Bavəndilərdən Şah Qazi arasında anlaşmazlıq çıxdı və şiddətli savaşlar oldu. Keykavusun ölümüylə Royana Həzarəsb bin Şəhrivəş hakim oldu. Həzarəsb Bavəndilərdən Şah Ərdəşirə yenilincə, qardaşıyla bərabər Həmədanda olan İraq Səlcuqlu sultanı Toğrul bəyin yanına sığındı (təxmini 581/1185). Ancaq bir daha ölkəsinə dönməyə müvəffəq ola bilmədən öldü.

Şah Ərdəşir daha sonra Keykavusun nəvəsi Zərrinkəmər bin Cüstanı Royana hökmdar təyin etdi. Onun ölümü (12131 üzərinə yerinə oğlu Bisütun keçdi. Ona da uşaq yaşdakı oğlu Fəxrüddövlə Namavər xələf oldu (1223). Xarəzmşah Məhəmməd dövründə (1200-1220) Mazandaran və Təbəristan bölgələri Xarəzmşahlara bağlandı. Fəxrüddövlə Namavər (ö. 640/1242-43) Cəlaləddin Xarəzmşahın xidmətində oldu. Ölkəsinə dönüncə Royan və Deyləmanı hakimiyəti altına aldı. Paduspanilərdən Səhrakim bin Namavər (ö. 671 /1272-73), Hülaku xan ilə Abaqa xanın İrandakı istila hərəkətına qatıldı. Ancaq daha sonra Monqol ordusunu tərk edərək ölkəsinə çəkildi. Abaqa xan onun cəzalandırılması üçün Qazan Bahaduru göndərdi. Şəhrakim öncə qaçmağı düşündüysə də, sonra Qazan Bahadurdan üzr dilədi. Qazan Bahadur da hökmdarlığının davamı üçün Monqol xanından yarlıq aldı. Şəhrakimin yerinə keçən oğlu Fəxrüddövlə Şah Qazi adil və dindar bir hökmdardı, 701-ci (1302-ci) ildə ölüncə yerinə qardaşı Keyxosrov keçdi (1302-1313).

Paduspanilərdən Cəlalüddövlə İskəndər bin Ziyar dövründə Rüstəmdar, GilanMazandaran bölgələrindəki xalqın çoxu Cəlalüddöviəyə tabe oldu. Cəlalüddövlə Kucur qəsəbəsini paytaxt olaraq qurdu. Buraya Qəzvindən gətirtdiyi bir çox adamla Rey və Səhriyardan məşhur TürkMonqol tayfalarını qəsəbənin müxtəlif yerlərinə əyləşdirdi. Bir əyləncə sırasında mühafizlərdən biri tərəfindən öldürülüncə (761/1359-60) yerinə qardaşı Fəxrüddövlə Şah Qazi, onun ölümündən (781 /1379) sonra da oğlu Adudüddövlə Qubad keçdi. Ancaq Adudüddövlənin hökmdarlığı qısa sürdü və 1381-ci ildəki bir savaşda öldürüldü. Daha sonra Paduspani taxtına Sadüddövlə Tus bin Ziyar keçdi. Əmir Teymur Təbəristana hakim olunca (1393) Paduspanilərdən Kəyumərs bin Bisütunu Nur qalasını idarəsiylə vəzifəyləndirdi. Ancaq bir müddət sonra Teymurlularla anlaşmazlığa düşdüysə də, nəticədə Şahrux mirzəyə elçilər göndərərək itaət ərz etdi və əlli il səltənətdən sonra 857-ci (1453-cü) ildə öldü. Onun ölümündən sonra oğullan Məlik Müzəffər, Məlik Kavus və Məlik İskəndər arasındakı mübarizə Qaraqoyunlu hökmdarı Sultan Cahanşahın müdaxiləsiylə sona çatdı və ölkə torpaqlan bərabər olaraq bölündü.

Məlik Kavusun 871-ci (1467-ci) ildə ölümünə görə yerinə böyük oğlu Məlik Cahangir keçdi. Xanədanın mənsubları arasındaki mübarizə bu dövrdə də davam etdi. İskəndər 801-ci (1476-cı) ildə öldü. Paduspanilər bundan sonra da Kucur və Nurda iki əmirliyə bölünmüş olaraq varlıqlarını davam etdirdilər. Səfəvi hökmdarı I Şah Abbas dövründə hər iki qolun hakimiyətinə son verildi (1598).

Paduspan hökmdarları

[redaktə | mənbəni redaktə et]