Pol Lafarq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pol Lafarq
fr. Paul Lafargue
Doğum tarixi 15 yanvar 1842(1842-01-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 noyabr 1911(1911-11-26)[3][4] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhər[d][5]
Dəfn yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi, iqtisadçı, esseist, yazıçı, ədəbiyyat tənqidçisi, filosof
Partiyası
Üzvlüyü
  • Birinci İnternasional[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Lafarq (15 yanvar 1842[1][2][…], Santyaqo-de-Kuba[d], İspaniya imperiyası26 noyabr 1911[3][4], Dravey[d]) — Fransanın inqilabçı marksist sosialisti, siyasi yazıçı, iqtisadçı, jurnalist, ədəbi tənqidçi, aktivistKarl Marksın kürəkəni. Ən məşhur yazısı "Tənbəllik hüququ" əsəridir. Kubada fransız və San-Dominqo mənşəli ailədə anadan olan Pol ömrünün böyük hissəsini Fransada keçirmiş, ayrı-ayrı illərdə İngiltərəİspaniyada da yaşamışdır. 69 yaşında ikən 66 yaşlı həyat yoldaşı Laura ilə birlikdə intihar etmişdir.

P. Lafarqın adı Karl Marksın məşhur sitatı ilə əlaqədar tez-tez hallanır. Belə ki, 1883-cü ildə vəfat edən K. Marks ölümündən bir müddət əvvəl P. Lafarqa və Fransa İşçi Partiyasının təsisçisi Jül Gedə məktub yazmışdı. Hər iki şəxs artıq "marksist" prinsipləri təmsil etdiklərini iddia edirdilər. K. Marks isə onları "inqilabla bağlı gəlişigözəl, bər-bəzəkli ifadələr işlətməkdə" və islahatçı mübarizənin dəyərini inkar etməkdə ittiham edirdi. Bu hadisə Fridrix Engelsin dediyinə görə K. Marksın məşhur sitatının yaranmasına səbəb olmuşdu: "Bir şey dəqiqdir ki, mən marksist deyiləm."

P. Lafarq 1842-ci ildə indiki Kubanın Santyaqo-de-Kuba şəhərində anadan olub. Atası Kubada qəhvə plantasiyalarının sahibi idi. Ailənin sərvəti Lafarqın Santyaqoda, sonra isə Fransada təhsil almasına imkan vermişdi. Lafarqın nənə-babalarının hər biri fərqli etno-dini mənşəli idi. Onun ata tərəfdən babası Bordo bölgəsindən olan fransız xristian idi. Ata tərəfdən nənəsi Haiti inqilabından sonra Kubaya qaçan, əslən San-Dominqodan olan bir mulat idi. Lafarqın ana tərəfdən nənə-babası da San-Dominqodan qaçqın düşmüşdülər. Onun ana tərəfdən babası Fransa yəhudisi, nənəsi isə yerli Taino əcdadından olduğunu iddia edən Yamaykalı qadın idi. Lafarq özünün "ideologiyadan öncə beynəlxalq qana sahib internasionalçı" olduğunu və "damarlarında üç məzlum irqin qanının axdığını" bildirmişdi. Daniel De Leon ondan mənşəyi haqqında soruşduqda, o, dərhal "ən çox zənci kökənimlə qürur duyuram" deyə cavab vermişdi.

1851-ci ildə Lafarq ailəsi yenidən doğma şəhər Bordoya köçdü. Pol burada orta məktəbdə oxudu. Daha sonra o, Parisdə tibb təhsili aldı. Pol intellektual və siyasi karyerasına məhz Parisdə pozitivist fəlsəfəni dəstəkləməklə və III Napoleona qarşı çıxan respublikaçı qruplarla ünsiyyət qurmaqla başlamışdı. Pyer-Jozef Prudonun gördüyü işlər bu mərhələdə ona xüsusi təsir göstərmişdi. Lafarq prudonçu anarxist kimi Beynəlxalq Fəhlə Assosiasiyasının fransız bölümünə qoşuldu. Buna baxmayaraq, o, tezliklə ən görkəmli inqilabçılardan ikisi – K.Marks və Lui Oqüst Blanki ilə ünsiyyət qurmağa başladı. Onların təsiri gənc Lafarqın anarxist meyllərinə son qoydu.

1865-ci ildə Lyejdə keçirilən Beynəlxalq Tələbələr Konqresində iştirak etdikdən sonra Fransa universitetlərində oxumaq Lafarqa qadağan edildi. Buna görə də Pol karyerasına başlamaq üçün Londona getməli oldu. O, Londonda Marksın evində tez-tez qonaq olur və Marksın ikinci qızı Laura ilə görüşürdü. Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi.[7]

Lafarq Birinci İnternasionalın Baş Şurasının üzvü seçildi, sonra İspaniya üzrə müxbir katib təyin edildi. Lakin o, bu ölkədəki işçi qrupları ilə heç bir ciddi əlaqə qura bilməmişdi. İspaniya beynəlxalq konqresə yalnız 1868-ci il Kantonalist inqilabından sonra qoşuldu. Lafarq marksizmi təmsil etməyi seçsə də, İtaliya anarxisti Cüzeppe Fanellinin gəlişi kimi hadisələr onun marksizmdən çox anarxizmdən güclü şəkildə təsirlənməsinə səbəb oldu.

Lafarqın anarxizmə qarşı çıxması onun Fransaya qayıtdıqdan sonra bəzi fransız fəhlə qruplarına böyük təsir etmiş bakuninçi təmayülləri tənqid edən bir neçə məqalə yazmasından sonra məlum oldu; bu məqalələr silsiləsi ilə Polun uzunmüddətli siyasi jurnalist karyerası başladı.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Paul Lafargue // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Paul Lafargue // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. 1 2 The Fine Art Archive. 2003.
  5. Lafargue Planned Suicide Decade Ago (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1911. P. 40. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  6. Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 452. ISBN 978-2-914611-48-0
  7. Wheen, Francis. Karl Marx. London: Fourth Estate. 1999. ISBN 1-84115-114-9. OCLC 688241941.